Mədəni irsimizin dünyada təbliği
Ötən illər ərzində mədəni irsimizin dünyada təbliği istiqamətində mühüm addımlar atılıb.
Xalça ustası Lətif
Kərimovun (2006), Üzeyir Hacıbəylinin
"Leyli və Məcnun” operasının
(2008), "Arşın mal alan”
operettasının (2013), görkəmli yazıçı Mir Cəlal Paşayevin
(2008), xalq rəssamı Səttar Bəhlulzadənin
(2009), xalq yazıçısı İlyas Əfəndiyevin (2014) 100 illik yubileyləri, böyük mütəfəkkir
Seyid Yəhya Bakuvinin
vəfatının 550, şairə Məhsəti Gəncəvinin
yaradıcılığının 900 (2013), "Kitabi-Dədə
Qorqud” dastanının alman
dilinə tərcüməsi və nəşrinin 200 illiyi (2015) UNESCO səviyyəsində qeyd edilmişdir. Görkəmli şair Molla Pənah Vaqifin 300 illiyi UNESCO-nun 2016-2017-ci
illər üzrə yubileylər proqramında yer
almışdır. 2018-ci ildə UNESCO-nun
yubileylər proqramına dahi bəstəkar
Qara Qarayevin 100 illiyi daxil edilmişdir.
Ötən ilin oktyabrında isə böyük musiqiçinin
Bakı şəhərində ev-muzeyinin
açılışı olmuşdur.
Azərbaycan.- 2019.-1 fevral.- S.10.