Nüşabə qalası
Abidələrimiz
Nüşabə qalası kimi tanınan Bərdə türbəsi 1322-ci ildə
memar Əhməd ibn Əyyub əl-Hafiz Naxçıvani
tərəfindən inşa
olunmuşdur. Abidənin hündürlüyü 13 metrdir. Silindr formasında gövdəsi,
konusvarı günbəzi
vardır. Türbənin bütün divarı firuzəyi kaşı və kərpiclə naxışlanmışdır. Türbənin səthindəki bu
naxışlarda "Allah” sözü
çox simmetrik bir formada, zərgər
dəqiqliyi ilə təkrarlanır, abidəyə
qeyri-adi bir bənzərsizlik verir.
Elə bu səbəbdən də bəziləri onu "Allah-Allah” türbəsi
adlandırırlar.
Tarixin müxtəlif zamanlarında
bölgəyə səfər
edən dünyanın
məşhur səyyahlarının
əsərlərində Bərdə
türbəsi qiymətli
memarlıq abidəsi kimi xarakterizə edilir. Tarixi məxəzlərdə göstərilir ki, qala monqolların Azərbaycana yürüşü
zamanı dağıdılsa
da, sonra yenidən bərpa olunmuşdur. XIII əsrdə yaşamış
məşhur səyyah
Həmdullah Qəzvini
qalanın Makedoniyalı
İsgəndər tərəfindən
miladdan əvvəl tikildiyini yazmışdır.
O, əsərində Sasani
hökmdarı Firuzun zamanında qalanın abadlaşdırıldığını da qeyd edir.
Mütəfəkkir Nizami Gəncəvi "İsgəndərnamə”
poemasında "Bərdə
nə gözəldir,
necə qəşəngdir”
deyə Bərdəni
tərənnüm edərkən
türbənin təsvirini
də vermişdir. Poemada ağıllı və müdrik Azərbaycan qadınının
ümumiləşdirilmiş obrazı kimi təqdim olunan Nüşabənin dünya
fatehi İsgəndəri
mat qoyması poetik bir dillə təsvir edilir. Azərbaycanın qadın hökmdarı
Nüşabə İsgəndəri
əqlinin gücü
ilə döyüşsüz,
davasız məğlub
duruma salır. Xalqımızın şanlı tarixinə
hər zaman hörmət və ehtiramla yanaşan qədirbilən bərdəlilər
şəhərin mərkəzində
Nüşabənin heykəlini
ucaltmış, ətrafında
yaraşıqlı park salmışlar.
Parkın ətrafındakı divar boyu "İsgəndərnamə” poemasından
dəyərli misraların
yazılması bu yaraşıqlı və cazibədar məkanda qəribə ansambl yaradır, ziyarətçiləri
heyran qoyur.
Nüşabə qalasının təmirinə,
bərpasına müxtəlif
zamanlarda cəhdlər
olmuş, təşəbbüslər
göstərilmişdir. Ötən əsrin
50-ci illərində türbəni
bərpa etmək məqsədilə görülən
işlərin xeyirdən
çox ziyanı olmuşdur. Abidənin günbəz hissəsinə
60 ton ağırlığında beton konstruksiya tökülməsi yan divarlarda çatlar yaratmış, türbəni
dağılmaq təhlükəsi
ilə üz-üzə
qoymuşdur.
Tariximizə, mədəniyyətimizə hər
zaman qayğı ilə yanaşan Prezident İlham Əliyevin 2013-cü ildə
imzaladığı sərəncamla
Bərdə türbəsinə
yeni həyat verildi. Bərdə türbəsinin yenidən
qurulması Mədəni
İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sifarişi ilə "Azərbərpa” Elmi-Tədqiqat
Layihə İnstitutu tərəfindən həyata
keçirilmişdir. Təmir-bərpa işləri Mədəniyyət
Nazirliyinin ciddi nəzarəti altında aparılır, hər kərpicin, hər naxışın öz yerini tutmasına, ilkin görkəmi qoruyub saxlamaqla milli ornamentlərin ifadəsinə böyük
önəm verilirdi.
Nəhayət, gözlənilən gün gəlib çatdı. 2018-ci il martın 25-də əsaslı təmir və bərpadan sonra abidənin açılışı oldu.
Tədbirdə iştirak edən
Prezident İlham Əliyev görülən
işləri yüksək
qiymətləndirdi. Məmnunluğunu
gizlətməyən dövlət
başçısı dəyərli
tövsiyələr verdi və xüsusi vurğuladı ki, tarixi mədəniyyət
abidələrini hər
kəs sevməlidir:
"Biz onu qayğı
ilə qoruyub mühafizə etməli, gələcək nəsillərə
çatdırmalıyıq. Tarixi mədəniyyət abidələri
xalqımızın milli
sərvətidir. Bu abidələr bizim tarixi keçmişimizi, kimliyimizi özündə
yaşadır”.
Bu gün
Bərdənin tarixi mədəniyyət abidələri,
xüsusilə Nüşabə
qalası yerli və xarici turistlərdə böyük
maraq doğurur. Hər bir ziyarətçi bu abidələrlə ətraflı şəkildə
tanış olduqdan sonra Azərbaycan xalqının
şanlı tarixə
malik olduğu qənaətinə gəlir.
Bir vətəndaş olaraq
biz şərəfli keçmişimizlə
öyünür, dünyaya
günəş kimi doğan Azərbaycanımızın
bugünü ilə qürur duyuruq.
Hikmət HEYDƏROV,
Bərdə Turizm İnformasiya Mərkəzinin
direktoru
Azərbaycan. - 2019.-1 fevral.- S.10.