Azərbaycan İstiqlal Muzeyi beynəlxalq komitəyə üzv olub
Azərbaycan İstiqlal Muzeyinin İkinci Dünya müharibəsi tarixinin beynəlxalq komitəsinə üzv olunması xəbəri yeni ilin ilk günlərində hamının ovqatına rəng qatdı.
Xatırladaq ki, beynəlxalq komitənin yaradılması barədə memorandum 2018-ci ilin mayında Rusiya Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Moskvadakı Qələbə Muzeyində imzalanıb. Məqsəd İkinci Dünya müharibəsi haqqında tarixi xatirələrin yaşadılması və gələcək nəsillərə çatdırılmasıdır. Bu təşəbbüsə İkinci Dünya müharibəsində antifaşist koalisiyasının iştirakçısı olmuş Amerika, Avropa ölkələri, həmçinin keçmiş sovet respublikaları - MDB ölkələrinin müxtəlif hərbi-tarixi və memorial muzeyləri qoşulub.
Bu
muzeydə İkinci Dünya
müharibəsi illərində Azərbaycan xalqının fədakarlığını
əks etdirən daimi ekspozisiyada
100-ə yaxın eksponat nümayiş
etdirilir.
Azərbaycan.- 2019.-1 fevral.- S.10.