Milli Məclisin deputatları Avronest Parlament Assambleyasının komitə iclaslarında iştirak ediblər

 

Avropa Parlamentində Avronest Parlament Assambleyasının komitə iclasları keçirilib.

AZƏRTAC xəbər verir ki, iclaslarda Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Sahibə Qafarovanın başçılığı ilə azərbaycanlı deputatlar da iştirak ediblər.

Avronest Parlament Assambleyasının iqtisadi inteqrasiya, hüquqi yaxınlaşma Avropa İttifaqı siyasəti ilə uyğunlaşma sosial məsələlər, işlə təminetmə, təhsil, mədəniyyət vətəndaş cəmiyyəti komitələrinin birgə iclasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Sahibə Qafarovanın məruzəsi dinlənilib.

Avropa Parlamentinin üzvü Mariya Qrapininin Sahibə Qafarovanın birgə hazırladıqları "Avropa İttifaqı Şərq Tərəfdaşlığı ölkələrində təhsildə innovasiyalar təhsil islahatları: çağırışlar fürsətləradlı məruzə Azərbaycan nümayəndə heyətinin rəhbəri tərəfindən təqdim edilib. İlk təqdimatı keçirilən məruzənin bu ilin sonunda Avronest Parlament Assambleyasının növbəti plenar sessiyasında qəbul edilməsi gözlənilir.

Avronest Parlament Assambleyasının digər iki - siyasi məsələlər, insan hüquqları demokratiya, eləcə enerji təhlükəsizliyi komitələrinin birgə iclasında hər bir komitə üçün hazırlanmış qətnamə layihələri Avropa Parlamenti Şərq Tərəfdaşlığı ölkələri parlamentlərinin üzvləri, eləcə Avropa Komissiyasının müvafiq bölmələrinin rəhbərlərinin ekspertlərin iştirakı ilə müzakirə edilib.

İclaslarda nümayəndə heyətinin rəhbəri ilə yanaşı, Milli Məclisin deputatları Cavanşir Feyziyev, Məlahət İbrahimqızı, Azər Kərimli Tahir Mirkişili iştirak ediblər. Deputatlarımız iclaslar çərçivəsində Avropa Parlamentindən Şərq Tərəfdaşlığı üzrə digər ölkələrdən olan həmkarları ilə fikir mübadiləsi aparıb, məruzələrə edilmiş vacib əlavə dəyişikliklərlə bağlı mövqelərini bildiriblər.

Bu komitələrin iclasları cari ilin mayında keçirilməsi nəzərdə tutulan Avropa Parlamenti seçkilərindən əvvəl Avronest Parlament Assambleyasının sonuncu iclasları olub.

 

Azərbaycan.- 2019.-1 fevral.- S.11.