İlham Əliyev ən böyük himayədarımız, Mehriban Əliyeva dayağımızdır

 

Qubadlılı şəhid ailələri azərbaycan Prezidentinə və birinci xanıma minnətdarlıq edirlər

 

Prezident İlham Əliyevin və Mehriban xanım Əliyevanın şəhid ailələrinə, Qarabağ müharibəsi əlilləri və onların ailə üzvlərinə göstərdiyi diqqət və qayğı hər zaman yüksək dəyərləndirilib.

Yanvarın 28-də dövlət başçısının şəhid ailələri ilə görüşməsi, səmimi söhbət etməsi, "ev almayan şəhid ailəsi qalmayacaqfikrini bəyan etməsi onları bir daha qürurlandırdı. Çünki cənab İlham Əliyev bu xoşməramlı, humanist missiyası ilə hər kəsə şəhid ailələrinə münasibətin necə olmasının nümunəsini göstərdi.

Azərbaycan vətəndaşı, xüsusilə də ən həssas təbəqə olan şəhid ailələri, müharibə əlilləri bir daha gördü ki, dövlət də, ölkənin lideri də hər zaman onların yanındadır, daim onlara sahib çıxıb və bundan sonra da belə olacaq.

 

Milli Qəhrəman ailəsinə göstərilən ehtiram

 

Dövlət başçısının şəhid ailələri ilə bağlı imzaladığı son fərmana əsasən 12268 nəfər şəhidin vərəsələrinə birdəfəlik ödəmələr ediləcək. Şəhid vərəsələrinin əhatə dairəsinə 1997-ci ilin avqust ayının 2-dək şəhid olmuş əlavə 2725 nəfərin (o cümlədən vərəsələri 11 000 manatdan az sığorta ödənişi almış 2264 şəhid hərbi qulluqçunun və 461 şəhid polisin) vərəsələri də daxil edilib. Artıq 3758 şəhidin 5144 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olunubonlardan 3100 şəhid üzrə 4200 vərəsəyə ödəniş edilib.

Birdəfəlik müavinət təyin edilən şəhid ailələri isə dövlət başçısına öz minnətdarlıqlarını bildirirlər. Onların sırasında Qubadlı şəhidlərinin vərəsələri də var.

Azərbaycanın Milli Qəhrəmanı, polis əməkdaşı Vasili Əliyevin ailəsi də bu sıradadır. Əslən Qubadlı rayonundan olan Əliyevlər ailəsi bu gün Sumqayıt şəhərində məskunlaşıblar. Milli Qəhrəmanın həyat yoldaşı Aygün Əliyeva deyir ki, 1982-ci ildə ailə qursalar da, cütlük cəmi 10 il evlilik həyatı yaşayıb. İki yadigarları var - Elmir və Zülfiyyə. Hazırda hər ikisi Sumqayıt şəhərində yaşayır, ailəlidirlər.

Vasili Əliyev 1980-ci ildən Qubadlı rayonunda polis əməkdaşı kimi çalışıb. 1992-ci il oktyabrın 19-da qəhrəmancasına şəhid olub. Bir il sonra Azərbaycan Respublikası Prezidentinin 11 may 1993-cü il tarixli fərmanı ilə Vasili Əliyevə Milli Qəhrəman adı verilib. Vasili Əliyev şəhid olanda 32, həyat yoldaşının isə 27 yaşı var idi.

İki uşaqla başsız qalan Aygün Əliyeva bir qərar verir. Dövlətin himayəsinə sığınmaq və uşaqlarını böyütmək üçün həyat yoldaşının yolunu davam etdirmək üçün polis orqanında işə qəbul olunur. 1993-cü ilin fevral ayından Daxili İşlər Nazirliyinin əməkdaşı olur.

Ailə Qubadlının işğalından sonra Buzovnadakı xəstəxanada məskunlaşır. 1996-cı ildə ulu öndər Heydər Əliyevin Milli Qəhrəman ailələrinin üzvləri ilə görüşündə yaşanan maraqlı tarixçə onların həyatını dəyişir. Ulu öndər həmin görüşdə tapşırıq verir və Sumqayıtın icra hakimiyyəti bir otaqlı evin orderini Aygün xanıma təqdim edir.

 

Dövlətin qayğısı həmişə üzərimizdə olub

 

2008-ci ildə şəraitin çətinliyi üzündən Aygün Əliyeva Prezident İlham Əliyevə ərizə ilə müraciət ünvanlayır. Çox çəkmir ki, ailənin bu müraciəti də müsbət cavablandırılır.

- Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva şəxsən evi mənə təqdim etdilər. İki otaqlı evlə təmin olundum. Orda mənim polis işçisi olduğumu biləndə çox təəccübləndilər. Sakitcə dayanıb Prezidenti dinləyirdim. Mehriban xanım kənardan gəlib məni qucaqladı və qayıtdı ki, nəyə ehtiyacınız olarsa, mən canla-başla hazıram. Həqiqətən də adına uyğun bir xarakterə malik insandır. Hər ikisindən də Allah razı olsun, çox razıyam.

Prezident İlham Əliyev də o qədər səmimi, humanist insandır ki, elə bilirsən, sənə qardaşdır. Hər adam dövlət başçısı ola bilməz. O, xalqına bu cür yüksək qayğı göstərir. Tarix onu necə gözəl yetişdirib. Hər zaman dəstəklərini hiss etmişəm. Yoldaşıma da minnətdaram ki, şərəfli ölümü ilə bizə işıqlı yol açıb getdi. Dövlətin qayğısı həmişə üzərimizdə olub.

Şəhid vərəsələrinə verilən 11 min manat birdəfəlik ödəmə də həqiqətən, şəhid ailələrinə böyük təsəllidir. Bu, bir daha təsdiq edir ki, Azərbaycan dövləti, onun lideri heç vaxt bu kateqoriyaya aid insanları yaddan çıxarmır. Hər zaman cənab İlham Əliyevin, Mehriban xanım Əliyevanın himayəsi altındayıq.

 

Hər zaman Prezidentin diqqətindəyik

 

Qubadlının digər polis Milli Qəhrəmanı Kərəm Mirzəyevin oğlu Cahandar Mirzəyev də onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısına öz minnətdarlıq hissini belə izah edir:

- Prezident İlham Əliyev şəhid ailələrinə hər zaman xüsusi diqqət göstərib. Ulu öndər Heydər Əliyev necə edirdisə, cənab İlham Əliyev də həmin yolu davam etdirir.

Şəhid və Milli Qəhrəman ailələri hər ay təqaüd alırlar. Dövlət başçısı şəhid ailələrinə verilən təqaüdü də artırdı və bu aydan 300 manat həcmində olacaq. 11 min manat birdəfəlik ödəmə isə Azərbaycan Prezidentinin bizlərə necə qayğı göstərdiyinin təsdiqidir. Milli Qəhrəman oğlu kimi belə bir humanist addıma görə Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm.

Bu gün şəhid hərbi qulluqçuların vərəsələrinin birdəfəlik ödəmə təminatı ilə bağlı məsələyə dövlət başçısının xüsusi diqqət ayırması ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalmış və qazi olmuş şəxslərə olan ehtiramın bariz təcəssümüdür. Ümumiyyətlə, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan xalqını maraqlandıran və narahat edən məsələlərə daim diqqətlə, həssaslıqla, doğmalıqla, böyük sevgi ilə yanaşıblar.

Prezident İlham Əliyevlə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələri ilə görüşü, dövlət başçısının səsləndirdiyi dəyərli fikirlər və şəxsən şəhid anasının ayağa qalxmasına razı olmayaraq özünün ahıl insanlara yaxınlaşıb plastik kartı təqdim etməsi bir daha şəhidlərimizin və onların ailələrinin nə qədər dəyərli olduğunu nümayiş etdirdi. Bu səhnə Azərbaycan dövlətinin, xüsusilə ölkə Prezidentinin öz şəhidinə, şəhid ailələrinə, müharibə əlillərinə necə sahib çıxdığının əyani təsdiqi idi.

Biz bu diqqət və qayğını yüksək dəyərləndirir və bəyan edirik ki, hər zaman dövlət başçısının yanındayıq, onun müstəqil, humanist siyasətinin dəstəkçisiyik.

 

Tanrı Sizi qorusun, cənab Prezident!

 

Daxili işlər orqanlarının əməkdaşı olmuş Qubadlı şəhidi Bəhmən Mehdiyevin həyat yoldaşı Təranə Şahmuradova da Azərbaycan Prezidentinə dərin təşəkkürünü bildirir:

- Şəhid ailələri hər zaman dövlətin himayəsində olublar. Prezident cənab İlham Əliyev verdiyi göstəriş tapşırıqlarla, imzaladığı fərman sərəncamlarla bizim ən böyük himayədarımız olduğunu təsdiqləyib.

Son görüş isə heç zaman unudulmayacaq bir xatirə kimi yaddaşlara yazıldı. Görüşdə dövlət başçısı bəyan etdi ki, evi olmayan şəhid ailəsi qalmayacaq. Bu kateqoriyaya aid olan insanlar hər zaman onun diqqətindədir. Dövlət başçısı bunu keçən il prezident seçkilərindən dərhal sonra imzaladığı ilk fərmanla da təsdiq etdi. Şəhid vərəsələrinə birdəfəlik ödəmələrin edilməsi ilə bağlı fərman ölkə ictimaiyyəti tərəfindən çox yüksək dəyərləndirildi. Yanvarın 28-də isə fərmana dəyişiklik edildi birdəfəlik yardım alacaq vərəsələrin sayı daha da artdı. Bu kateqoriyaya 461 şəhid polisin adı daxil edildi. Bu da onu göstərir ki, şəhid ailələri ilə bağlı məsələlər hər zaman şəxsən dövlət başçısının nəzarətində olur. Bu, çox böyük humanist addımdır şəhidlərimizə, onların müqəddəs ruhuna göstərilən diqqətin dövlət səviyyəsində daha bir ifadəsidir. Göstərdiyi diqqət qayğıya görə dövlət başçısı İlham Əliyevə birinci xanım Mehriban Əliyevaya ailəmiz adından minnətdarlığımı bildirirəm. Tanrı Sizi qorusun, cənab Prezident!

O gün olsun ki, Qarabağ torpağı düşmən işğalından azad edilsin şəhidlərimizin ruhu şad olsun.

 

238 şəhidi, 11 Milli Qəhrəmanı olan rayon

 

Bu gün sayı 38 min 16 nəfər olan Qubadlı rayon əhalisi respublikamızın 41 müxtəlif şəhər rayonunda məskunlaşıblar. Sumqayıt şəhərində 23 min 886 nəfər, Bakı şəhərində 11 min 188 nəfər, Abşeron rayonunda 1983 nəfər digər 3 şəhər, 28 kənd rayonunda 959 nəfər müvəqqəti yaşayır.

Qubadlı rayonu torpaqlarımızın bütövlüyü uğrunda mübarizədə 238 şəhid verib. Bununla yanaşı, 316 nəfər Qarabağ əlili,100 nəfərdən çox insan isə itkin düşmüş kimi qeydə alınıb. Şəhidlərindən 11 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adı ilə təltif olunub. Onlardan Şükür Həmidov Fəxrəddin Cəbrayılov hal-hazırda öz fəaliyyətlərini davam etdirirlər.

2016-cı ilin Aprel döyüşlərində Qubadlıdan olan hərbçilər böyük şücaət göstəriblər. Ali Baş Komandan İlham Əliyev tərəfindən Aprel zəfərində fərqlənən Şükür Həmidova Azərbaycan Respublikasının Milli Qəhramanı, Mais Bərxudarova general-mayor hərbi rütbəsi Faiq Qasımova igidliyə görə I dərəcəli medal verilib.

 

Şəhid ailələrinə qayğı rayon rəhbərliyinin daim diqqət mərkəzindədir

 

Şəhidlərin xatirəsinin anılması, şəhid ailələrinə qayğı rayon rəhbərliyinin daim diqqət mərkəzində olan məsələlərdəndir. Rayon icra hakimiyyətinin başçısı Malik İsaqov şəhid ailələrini qəbul qrafikindən kənar istənilən vaxt qəbul edərək onları dinləyir, üzləşdikləri problemlərin aradan qaldırılması istiqamətində tədbirlər görür.

Bundan başqa, rayonda şəhid adlarının əbədiləşdirilməsi istiqamətində bir çox işlər həyata keçirilib. Belə ki, rayonun ümumtəhsil məktəblərinin əksəriyyəti mədəniyyət evləri Qubadlı şəhidlərinin adını daşıyır. O cümlədən, döyüşlərdə şəhid olmuş Milli Qəhrəman adına layiq görülmüş keçmiş polis işçiləri Vasili Əliyevin adı rayon mədəniyyət evinə, Kərəm Mirzəyevin adı isə rayonun Xanlıq kənd orta məktəbinə verilib. Qubadlı şəhər 2 saylı tam orta məktəb isə şəhid Bəhmən Mehdiyevin adını daşıyır.

Rayon icra hakimiyyətinin təşəbbüsü ilə Qubadlı rayonunda olan şəhidlərin qısaca həyat yolunu əks etdirən "Vətən oğul istəyəndəkitabı nəşr olunub.

Bütün bunlarla yanaşı, şəhidlərin anım günləri, onların şərəfinə idman yarışları yubiley tədbirləri keçirilir. Bir qayda olaraq hər il şəhidlərin uyuduğu Bakı Sumqayıt şəhərlərindəki Şəhidlər xiyabanına kütləvi ziyarət təşkil olunur.

Bayramlar, əlamətdar günlərdə şəhid ailələrinə, imkansız aztəminatlı ailələrə mütəmadi olaraq yardımlar edilir. Rayon icra hakimiyyətinin daxili imkanları hesabına yas mərasimlərinin təşkilinə, xəstələrin müalicəsinə sair məsələlərlə bağlı aztəminatlı ailələrə maddi kömək olunur.

 

Qubadlıdan olan 270-dən çox məcburi köçkün ailəsinə fərdi ev verilib

 

Son 15 ildə ölkəmizdə məcburi köçkünlərin problemlərinin həlli sahəsində genişmiqyaslı işlər görülüb, ölkədəki bütün çadır düşərgələri, fin tipli qəsəbələr ləğv edilib.Yeni salınmış 102 qəsəbə şəhərcikdə 265 min nəfər məskunlaşdırılıb.

Dövlət tərəfindən 270-dən çox Qubadlı rayonundan olan məcburi köçkün ailəsinə fərdi ev verilib. Sumqayıt şəhəri 26-cı məhəllədə yerləşən "Şəfasanatoriyası ərazisində 800 nəfərlik mərasim evi, 12-ci mikrorayon ərazisində 100 nəfərlik, 47-ci məhəllə ərazisində 150 nəfərlik mərasim evləri tikilib, zəruri avadanlıqlarla təmin edilərək məcburi köçkünlərin istifadəsinə verilib.

Eyni zamanda, "Şəfasanatoriyasının I II mərtəbəsində olan 74 boş otaq 1500-dən çox fərdi ev RİH-in köməyi ilə təmir olunaraq məcburi köçkünlərə təqdim edilib.

 

Onlar tezliklə doğma yurda qayıdacaqlarına inanırlar

 

Hər zaman Azərbaycan dövlətinin qarşısında duran strateji vəzifələrdən ən başlıcası əhalinin sosial müdafiəsinin təmin edilməsi olub. Xüsusən də aztəminatlı, şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin, məcburi köçkünlərin sosial-rifah halının, mənzil-məişət şəraitinin yaxşılaşdırılması daim Prezident İlham Əliyevin diqqətdə saxladığı məsələlərdəndir.

Dövlət başçısı bütün məsələlərdə daim xalqın yanında olub, hər zaman onun sevincini də, kədərini də bölüşüb.

Qubadlılıların məskunlaşdığı 41 şəhər və rayonun heç birindən Qubadlı dağları görünmür. Ancaq hər bir qubadlılı, hətta qaçqınlıqda anadan olan körpələrimiz harada yaşamalarından, dünyanın hansı nöqtəsində olmalarından asılı olmayaraq Qubadlı dağlarını görürlər, özüöz ürəklərinin gözü ilə. Və tezliklə doğma yurda qayıdacaqlarına inanırlar. Ali Baş Komandan İlham Əliyevin apardığı müdrik siyasət, götürdüyü düzgün istiqamət buna zəmanət verir.

 

Fərizə ƏHMƏDOVA

 

Azərbaycan.- 2019.- 2 fevral.- S.1; 8.