Azərbaycan
Dövlət Aqrar Universitetinin yeni tədris korpusunun tikintisi və
avadanlıqlarla təchizatına dair tədbirlər
haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər
tutaraq qərara alıram:
1. Azərbaycan Dövlət Aqrar
Universitetinin yeni tədris korpusunun tikintisi və
avadanlıqlarla təchizatı məqsədilə Azərbaycan
Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli
sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasının 2019-cu il dövlət büdcəsində
digər layihələr üzrə dövlət əsaslı
vəsait qoyuluşu (investisiya xərcləri)
üçün nəzərdə tutulan vəsaitin
bölgüsü”nün 1.12.23-cü yarımbəndində
göstərilmiş məbləğin 14 245 000 (on dörd
milyon iki yüz qırx beş min) manatı Azərbaycan
Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə
ayrılsın.
2. Azərbaycan Respublikasının
Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində
göstərilən məbləğdə maliyyələşməni
təmin etsin.
3. Azərbaycan Respublikasının
Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri
həll etsin.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
1 fevral 2019-cu il
Azərbaycan.
- 2019.- 2 fevral.- S.5.