Qaraçay-Çərkəz
Respublikası ilə sıx əməkdaşlıq Azərbaycan-Rusiya
münasibətlərinin inkişafına töhfədir
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev fevralın 1-də Rusiya
Federasiyasının Qaraçay-Çərkəz
Respublikasının başçısı Raşid Temrezovun rəhbərlik
etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki,
dövlətimizin başçısı Azərbaycan-Rusiya
ikitərəfli münasibətlərinin bütün sahələrdə
uğurla inkişaf etdiyini vurğulayaraq, iki ölkə
prezidentləri arasında yüksək səviyyədə
qarşılıqlı etimadın mövcud olduğunu bildirdi
və bunun əlaqələrimizin genişlənməsində
xüsusi rol oynadığını dedi. Prezident İlham
Əliyev, eyni zamanda, Azərbaycan Respublikasının Rusiya
Federasiyasının ayrı-ayrı regionları, o cümlədən
ümumi tarixi-mədəni dəyərlərə mailik
olduğumuz Şimali Qafqaz regionu və eləcə də
Qaraçay-Çərkəz Respublikası ilə sıx əməkdaşlığının
həyata keçirilməsinin Azərbaycan-Rusiya münasibətlərinin
inkişafına töhfə verdiyini dedi. Dövlətimizin
başçısı Azərbaycan ilə Rusiyanın müxtəlif
regionları arasında əlaqələrin uğurlu
inkişafında ötən il iki ölkə prezidentlərinin
iştirakı ilə Bakıda keçirilən IX Azərbaycan-Rusiya
Regionlararası Forumunun önəmini qeyd etdi. Prezident İlham
Əliyev Raşid Temrezovun ölkəmizə səfərinin səmərəli
və uğurlu keçəcəyinə əminliyi ifadə
etdi.
Azərbaycan Prezidenti ilə
görüşdən böyük məmnunluq
duyduqlarını deyən Qaraçay-Çərkəz
Respublikasının başçısı Raşid Temrezov Azərbaycan-Rusiya
ikitərəfli münasibətlərinin inkişafında
regionlararası qarşılıqlı fəaliyyətin rolunu
qeyd edərək, bu gün Bakıda biznes nümayəndələri
arasında keçiriləcək görüşün əhəmiyyətini
vurğuladı. O bildirdi
ki, Rusiyanın
Qaraçay-Çərkəz regionu ilə
Azərbaycan arasında iqtisadi əməkdaşlığın
həyata keçirilməsi üçün
qarşılıqlı maraq mövcuddur və bunun üçün yaxşı imkanlar
var. Raşid Temrezov mədəni və humanitar
əlaqələrin də yüksək səviyyədə olduğunu bildirərək, bunun
münasibətlərimizin inkişafına öz
töhfəsini verdiyini vurğuladı.
Azərbaycan.-
2019.-2 fevral.- S.5.