25 yaşlı
doktorant
Azərbaycanda uğurlu
təşəbbüslərin müəllifi kimi tanınan Təbriz Cəfərov indi də Türkiyədə təhsil diasporumuzu təşkilatlandırır
Gənclik millətin yaşaması,
inkişafı üçün
təməl daşıdır,
deyirlər. Bir millətin mövcudluğu
üçün sağlam
gəncliyin olması vacib şərtdir. Hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin
daha da möhkəmləndirilməsi,
gələcəyin etibarlı
təminatı intellektual
səviyyəli potensial
kadrların yetişdirilməsindən
asılıdır. Bu baxımdan Azərbaycanda gənclərlə iş sahəsində görülən
tədbirlər gəncliyin
inkişafına hər
zaman təkan verib, onların cəmiyyətdə özlərini
təsdiq etməsində
böyük rol oynayıb.
Prezident təqaüdçüsü
və gənc "Qlobal səfir”
Son illər
Azərbaycanda gənclərin
intellektual və yaradıcı potensialının
üzə çıxarılması,
gənclərin fəallığının
artırılması istiqamətində
məqsədyönlü layihə
və proqramlar həyata keçirilir. Səsi dünyanın
müxtəlif ölkələrindən,
nüfuzlu universitetlərindən
gələn gənclərimiz
öz istedadları, bacarıqları ilə ölkəmizi layiqincə
təmsil edir, Azərbaycan həqiqətlərinin
dünyaya çatdırılması
prosesində fəallıq
nümayiş etdirirlər.
Belə gənclərimizdən biri
də Türkiyənin
Ankara Universitetinin 25 yaşlı
doktorantı Təbriz
Cəfərovdur. 1994-cü ildə
Naxçıvan Muxtar
Respublikasının Şərur
rayonunda ziyalı ailəsində anadan olan Təbriz 2011-ci ildə test imtahanlarından
yüksək bal toplayaraq Prezident təqaüdçüsü adına
layiq görülüb.
Ali təhsilini isə Prezident yanında Dövlət İdarəçilik Akademiyasında
alan Təbriz
2014-cü ildə Tailand
Krallığının paytaxtı
Banqkok şəhərində
keçirilən Beynəlxalq
Gənc Liderlərin
5-ci Assambleyasında ölkəmizi
təmsil edib. Burada o, Qlobal Sülh Fondu, UNESCAP və Qlobal Gənc Liderlər Akademiyasının
birgə təsdiqi ilə "Qlobal səfir” statusuna layiq görülüb.
2015-ci ildə akademiyanın Siyasi idarəetmə fakültəsinin
hüquqşünaslıq ixtisası
üzrə təhsilini
başa vuraraq ali təhsilin magistratura pilləsini Türkiyə Cümhuriyyətində
davam etdirmək qərarına gəlib və Türkiyə Baş nazirinin yanında Xarici Ölkələrdə Yaşayan
Türklər və
Dost Xalqlar Başqanlığı
tərəfindən elan
edilən təqaüd
proqramı əsasında
qardaş ölkənin
Səlcuq Universitetində
publik hüququ üzrə magistratura təhsilini davam etdirməyə başlayıb.
23 yaşında
Ankara Universitetinin doktorantı
2017-ci ildə
üzərində çalışdığı
elmi işi - "Türkiyə və Azərbaycan Açısından
Publik Hüquqi Şəxslər Anlayışının
İncələnməsi” adlı
magistr dissertasiyasını
yekunlaşdıraraq hüquq
üzrə magistr elmi dərəcəsinə
yiyələnib.
Bundan sonra Təbriz təhsilin doktorantura pilləsini də oxumaq üçün yenidən Türkiyə Baş nazirinin yanında Xarici Ölkələrdə Yaşayan
Türklər və
Dost Xalqlar Başqanlığına
müraciət edib. Gənc hüquqşünasın
bu müraciəti də müsbət qiymətləndirilib və
Türkiyə dövləti
bütün xərcləri
öz üzərinə
götürməklə "Hüquq üzrə fəlsəfə doktoru” proqramı üzrə onun doktorantura təhsilini Ankara Universitetində
almağına dair qərar verib. 2017-ci il sentyabrın
21-dən Təbriz Türkiyənin
ən nüfuzlu universitetində elmi araşdırmalarını davam
etdirməyə başlayıb.
Sosial şəbəkənin imkanlarından
yararlanmaqla hazırda qardaş ölkədə
olan Təbriz Cəfərovla söhbətləşib
həm təhsili, həm də ictimai fəaliyyəti ilə maraqlandıq.
Ankara Universitetinin
hüquq elmləri üzrə doktorantı bildirdi ki, Azərbaycan
dövləti hər zaman gənclərə həssas münasibət göstərib. Gənclərlə
düzgün iş strategiyasının müəyyənləşdirilməsi
və bu istiqamətdən irəli
gələn vəzifələrin
dəqiqliklə yerinə
yetirilməsi nəticəsində
hazırda Azərbaycan
gənci elm, idman, mədəniyyət, incəsənət
və s. sahələrdə
böyük nailiyyətlər
əldə edir, dövlətçilik ənənələrini
uca tutur, çoxşaxəli islahatların
həyata keçirilməsində
yaxından iştirak edir.
Milli maraqların
müdafiəsi, pulsuz
hüquqi yardım
Keçirdiyi görüşlərdə, iştirak
etdiyi toplantılarda Azərbaycan həqiqətləri
barədə geniş
məlumat verən gənc doktorant həm də yeni təşəbbüslərlə
çıxış edir. Bir müddət öncə Təbriz Türkiyədə
təhsil alan
Azərbaycan gənclərinin
vahid şəbəkəsinin
yaradılması ilə
bağlı maraqlı
ideya irəli sürmüşdü.
Söhbət zamanı bəlli oldu ki, artıq
Təbrizin bu istəyi reallaşıb. Türkiyədə, xüsusi ilə Ankarada yaşayan azərbaycanlı gənclərin
təşkilatlanması yönündə
"Azərbaycan Gənclərinin
Ankara Həmrəyliyi” (AGAH) Gənclər Təşkilatı
təsis edilərək
qeydiyyatdan keçirilib.
Təşkilatın ümumi yığıncağında
açıq səsvermə
yolu ilə keçirilən seçkidə
Təbriz Cəfərov
idarə heyətinin sədri seçilib.
Gənc hüquqşünas
dedi ki, istəkləri öncə
paytaxt Ankarada yaşayan azərbaycanlı
gənclərin ortaq platformasını formalaşdırmaq,
onların Türkiyə
toplumuna daha sağlam bir şəkildə adaptasiyasını
təmin etməkdir. Təşkilatın qarşısına qoyduğu ən başlıca məqsəd
isə Azərbaycanın
milli maraqlarının
müdafiəsidir. AGAH-in
fəaliyyəti istiqamətində
həmçinin gənclər
arasında birlik, bərabərlik prinsipləri
əsasında dostluq əlaqələrinin qurulması,
Türkiyənin müxtəlif
dövlət təsisatları
ilə ictimai əhəmiyyətli əlaqələrin
yaradılması əsas
yer tutur.
AGAH həm
də pulsuz hüquqi yardım işləri ilə məşğul olur. Türkiyədə, xüsusi ilə Ankarada məskunlaşan həmvətənlərimizə qarşılaşdıqları inzibati-hüquqi çətinliklərlə
bağlı təmənnasız
və könüllü
əsaslarla məsləhətlər
verilməsi üçün
təşkilatın nəzdində
hüquq işçi
qrupu yaradılıb.
Məsləhətlərin peşəkarlığını
təmin etmək məqsədi ilə Türkiyədə fəaliyyət
göstərən vəkillər
və təcrübəli
hüquqşünaslarla ictimai
əsaslarla əməkdaşlıq
edilir.
Hər zaman Azərbaycanın adı yüksək tutulmalıdır
Hüquq təhsilini uğurla davam etdirən Təbriz Cəfərov Azərbaycan həqiqətlərinin
yayılması prosesində
hər zaman ativlik nümayiş etdirib. Ötən il Xocalı faciəsinin 26-cı ildönümü,
bu il 20 Yanvar ümumxalq hüzn günü ilə əlaqədar toplantılara qatılıb,
bir neçə televiziya kanalının qonağı olub və mərasimlərdə
iştirak edib. Bu tədbirlərdə, mərasimlərdə, TV-lərə
müsahibələrdə Təbriz
Azərbaycan həqiqətlərini
bir daha Türkiyə ictimaiyyətinə
çatdırıb. Türkiyənin siyasi dairələrində,
dövlət strukturlarında
keçirdiyi görüşlərdə
isə AGAH-ın fəaliyyət və əməkdaşlıq istiqamətləri
müzakirə mövzusu
olub.
Daim yeni hədəflərə
doğru irəliləyən
Təbriz Cəfərov
müxtəlif kreativ təşəbbüslərlə çıxış edərək
daha böyük uğurlar qazanmaq üçün çalışır. Gənc
hüquqşünas hesab
edir ki, xaricdə təhsil alan və
təhsilini başa vuraraq müxtəlif sahələrdə çalışan
gənclər müasir
dövrün tələblərinə
və reallıqlarına
uyğun olaraq ölkəsinin təbliğatını
da aparmalıdır:
"Xaricdə təhsil
alan və yaşayan hər bir gənc ayrı-ayrılıqda
bir səfirdir. Çünki elə ölkələr var ki, orda Azərbaycanın
rəsmi diplomatik nümayəndəliyi yoxdur,
amma tələbələri
var. Bu tələbələrin hər biri öz
ətrafında, oxuduğu,
yaşadığı yerdə,
dostları arasında,
təhsil aldığı
ali məktəbdə
və s. Azərbaycan adını yüksək tutmalı, ölkəmizin
təbliği və sevilməsi məqsədilə
durmadan fəallıq göstərməlidir. Hər
kəsin fərd olaraq bu işdə
əldə edəcəyi
kiçik bir nailiyyət Azərbaycan adına böyük
uğur deməkdir”.
Bütün bunlar göstərir ki, Azərbaycan gəncliyi sözün əsl mənasında, inkişaf dövrünü
yaşayır və dövlətin gənclər
siyasəti bəhrəsini
verir. İnanırıq
ki, ölkəmizin Türkiyədə layiqincə
təmsilçiliyi ilə
məşğul olan gənc doktorant Təbriz Cəfərov da yeni-yeni layihələri
ilə Azərbaycan adına böyük
uğurlara imza atacaq.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.-
2019.-2 fevral.- S.10.