İlham Əliyev gəncliyin ən böyük dostu və himayədarıdır

 

Öz dövləti və lideri ətrafında sıx birləşən müasir gənclər Azərbaycan Prezidentinin ən böyük dəstəkçisi və onun siyasətinin davamçılarıdırlar

 

"Bu gün hər bir vətənpərvər azərbaycanlı haqlı olaraq fəxr edir ki, o, müstəqil Azərbaycan Respublikasının vətəndaşıdır. Ölkəmizin hərtərəfli inkişafında gənclərimizin çox böyük rolu vardır. Gənclər müxtəlif sahələrdə çox uğurla fəaliyyət göstərirlər, ölkəmizin ümumi inkişafına böyük töhfə verirlər... Bu gün Azərbaycan gəncləri cəmiyyətimizin fəal hissəsidir. Biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik”.

Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısında Prezident İlham Əliyevin söylədiyi bu fikirlər ölkədə aparılan gənclər siyasətinin mahiyyətini ifadə etməklə yanaşı, həm də bu strategiyanın real nəticəsini də əyani göstərir.

 

Milli-mənəvi dəyərlərimizi qoruyub yaşadan gənclik

 

Dövlət başçısının səsləndirdiyi mülahizələr həqiqətən, gənclər adına çox qürurvericidir. Bu gün iftixarqürur hissi ilə demək olar ki, müasir Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərimizi, gözəl adət-ənənələrimizi qoruyub yaşadır. Bu gün Azərbaycan gəncliyinin səsi dünyanın bir çox ölkələrindən gəlir. Azərbaycan gəncləri yeni ixtiraları ilə dünyaya səs salır, olimpiadalarda, beynəlxalq yarışlarda qızıl medallara sahib çıxaraq bayrağımızı ən yüksək zirvələrdə dalğalandırır, işğal altında olan torpaqlarımızın bir hissəsinin geri qaytarılmasında hünər göstərir. Azərbaycan gəncinin Lələtəpədə, Günnütdə dalğalandırdığı bayrağımız düşmənə göz dağı olur.

Dövlət başçısı da məhz bu amilə toxunaraq qeyd etdi ki, bu gün gənclərimiz torpaq uğrunda, Vətən uğrunda vuruşurlar. Şəhidlərimizin böyük əksəriyyəti gənclərimizdir. Gənclərimiz hərbi qələbələri şərtləndiriblər və Aprel döyüşləri şanlı tarixi qələbəmizdir.

 

Ən çıxılmaz vəziyyətdə belə, gənclər ümidli olmalıdırlar

 

Prezident gənc yaşlarındakı fəaliyyətini bugünkü Azərbaycan gəncliyinə nümunə göstərərək onlara çağırış etdi. 23 yaşında Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda müəllim kimi çalışdığını söyləyən dövlət başçısı 1990-cı ildən sonra həyatında yaşanan ağır dövrdən də söz açdı.

Xatırladaq ki, 20 Yanvar faciəsindən sonra Sovet İttifaqı rəhbərliyini ağır ittiham edən ulu öndər Heydər Əliyevin dünyaya çağırışından sonra dahi şəxsiyyətə qarşı amansız təqiblər başlanmışdı. Təbii ki, bu məkrli olaylar 23 yaşlı gənc İlham Əliyevin də həyatına təsirsiz ötüşməyə bilməzdi. Ancaq bu çirkin kampaniya

İlham Əliyevi qarşısına qoyduğu məqsəddən çəkindirə bilmədi, ən çıxılmaz vəziyyətlərdə belə, yoluna davam etdi: "O vaxt Sovet İttifaqının dağılması haqqında heç kim düşünmürdü. Mən çox yaxşı başa düşürdüm ki, əgər sovet rəhbərliyi atamı düşmən kimi tanıyırsa, mənim üçün bu cəmiyyətdə yer tapmaq çox çətin olacaq. Ancaq tale belə gətirdi ki, vəziyyət dəyişdi və bu gün Azərbaycan müstəqil dövlətdir. Bu, bizim ən böyük xoşbəxtliyimizdir. Bir daha demək istəyirəm ki, insanlar ən ağır vəziyyətdə də həmişə ümidli olmalıdırlar”.

Öz həyatını nümunə göstərən dövlət başçısı vurğuladı ki, hətta ən ağır dövrdə, ən çıxılmaz vəziyyətdə gənclər heç bir vaxt naümid olmamalıdırlar. Həmişə bilməlidirlər ki, onların taleyi öz əllərindədir.

 

İndiyədək bilmədiyimiz həqiqətlər

 

Bu çıxışda tək gənclər yox, eyni zamanda, bütün xalqımız təəssüf ki, indiyədək bilmədiyimiz bəzi həqiqətlərdən də agah oldu. Və bu həqiqətlər Azərbaycan gəncliyi üçün ən mükəmməl nümunənin məhz İlham Əliyevin özünün, sözünün və fəaliyyətinin olduğunu təsdiq edir: "...Oxuduğum və dərs dediyim institutdan çıxarıldım.

Mənim işimə heç bir irad yox idi. Məni işdən çıxaranda rəhbərlik belə demişdi ki, Sizə bizim iradımız yoxdur. Ancaq Heydər Əliyev artıq Sovet İttifaqında düşmən kimi tanınır düşmənin oğlu belə institutda dərs deyə bilməz. Mənim üçün işsizlik dövrü başladı. Bir neçə ay işsiz qaldım. Müxtəlif yerlərdə axtarırdım, müraciət edirdim. Amma biləndə ki, Heydər Əliyevin oğluyam, əlbəttə ki, məni heç kim işə götürmürdü. O vaxt Sovet İttifaqının tarixində iqtisadi sahədə müəyyən liberallıq da müşahidə olundu, özəl biznesə icazə verildi”.

Məcbur qalıb özəl bizneslə məşğul olan İlham Əliyev qısa müddət ərzində çox uğurlu fəaliyyət göstərərək həyatını yenidən qurur. Amma işi bununla bitmir. Gənc yaşlarında Moskvada yaranmaqda olan Azərbaycan icmalarının fəaliyyətinə dəstək verməyə başlayır: "Yadımdadır ki, o vaxt Moskvada Azərbaycan Vətəndaş Assambleyası yaradılmışdı. O assambleyanın qurucularından biri mənəm. Bir biznesmen kimi assambleyanın fəaliyyətinə ən çox maliyyə dəstəyi verən mən olmuşam. O vaxt Moskvada Azərbaycan məktəbi təsis edilmişdi. Moskvada yaşayan azərbaycanlılardan birincisi, o məktəbə maliyyə dəstəyi verən mən olmuşam”.

 

Gənclərin yeni baxışları cəmiyyət üçün çox lazımdır

 

Hazırda Azərbaycan gəncliyi cəmiyyətin inkişafında fəal sosial təbəqə kimi öz sözünü deyir. Elmi-texniki tərəqqinin sürətli inkişafı dövründə elə bir sahə tapılmaz ki, orada gəncliyin izi görünməsin. Gənclər bu gün demokratikləşmə prosesində, mədəniyyət, incəsənət, elm idman sahəsində böyük inamla irəliləyir, zəngin mədəni irsimizin qorunub saxlanması inkişaf etdirilməsi yolunda mühüm addımlar atırlar. Dövlət başçısının söylədiyi kimi gənclərin həm potensialı, həm fəallığı, həm məsələlərə yeni baxışları cəmiyyət üçün çox lazımdır.

Bu bir həqiqətdir ki, sağlam gəncliyin formalaşması üçün ölkə rəhbərliyi tərəfindən ardıcıl sistemli tədbirlər həyata keçirilir. Gənclər siyasətinin hüquqi bazası əsasında bu sahədə əsas vəzifələr istiqamətlər müəyyənləşdirilib.

Elə dövlət başçısı da bu məsələlərə bir daha nəzər salaraq gənclərə öz tövsiyələrini verdi. Azərbaycanın uğurla inkişaf etdiyini söyləyən Prezident vurğuladı ki, əldə edilmiş uğurlarla kifayətlənməməli, daim irəliyə baxmalıyıq ilk növbədə, bu gün həll edilməyən məsələlər öz həllini tapmalı, nöqsanlar, problemlər aradan qaldırılmalıdır. Əlbəttə ki, gənclər bu sahədə dövlətin ən birinci yardımçıları ola bilərlər olmalıdırlar. Bu səbəbdən ictimai nəzarətin gücləndirilməsi çox önəmli məsələdir. Gəncləri bu məsələyə diqqət yetirməyə çağıran Prezident dedi ki, ictimai nəzarət olan yerdə işlər daha yaxşı gedir.

 

Azərbaycan gəncləri fəaldır, vətənpərvərdir

 

Azərbaycanın son illərdə bütün sahələrdə qazandığı uğurlardan söz açan dövlət başçısı yürütdüyü tam müstəqil siyasətin bundan sonra da davam edəcəyini ölkəmizin daha da qüdrətlənəcəyini söylədi. Amma bu işdə gənclərin öz üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmələri vacibdir: "Sizin üçün ən başlıca vəzifə müstəqilliyi, milli maraqları qorumaq, Azərbaycanı yad təsirlərdən qorumaq xalqımızın rahat həyatını təmin etməkdir. Mən şübhə etmirəm ki, siz buna hazırsınız. Azərbaycan gəncləri fəaldır, vətənpərvərdir, biliklidir, savadlıdırlar. Gənclər, mən sizə inanıram, güvənirəm”.

Bugünkü gəncliyə inandığını, güvəndiyini vurğulayan cənab İlham Əliyev Azərbaycan gənclərinin ən böyük hamisi kimi onlara həm çağırış etdi, həm qarşılarında duran vəzifələri dəqiq müəyyənləşdirdi: milli ruhda tərbiyə almalı, vətənpərvərlik ovqatında olmalı, təhsilə çox böyük fikir verməli, peşəkar fəal olmalı, xalqının maraqları hər şeydən üstün tutulmalı dövlət maraqları, milli mənafeyi, müstəqilliyi layiqincə qorumalı...

 

Gənclərin üzərinə çox böyük vəzifə düşür

 

Prezident hər bir gənc üçün ən vacib olan iki məsələni xüsusi olaraq vurğuladı: "Azərbaycan gəncləri mütləq milli ruhda tərbiyə almalıdırlar ki, gələcəkdə dövlət maraqlarını, xalqımızın milli maraqlarını layiqincə qoruya bilsinlər. Hesab edirəm ki, bu iki əsas amil hər bir gənc üçün çox vacibdir.. Ona görə bizim gənclərimiz həmişə yadda saxlamalıdırlar ki, Azərbaycanın dövlət müstəqilliyi hər şeydən üstündür, Azərbaycan xalqının maraqları hər şeydən üstün olmalıdır. Bir daha demək istəyirəm ki, müstəqilliyi qorumaq üçün mütləq bilik, savad, vətənpərvərlik milli təfəkkür olmalıdır”.

Mərasimdə çıxış edən Azərbaycan gəncləri bəyan etdilər ki, ölkənin gələcəyi olaraq üzərlərinə çox böyük vəzifələr düşdüyünü çox gözəl anlayırlar. Bunun üçün ilk növbədə vətənpərvər olmalı, istənilən sahədə çalışarkən vətəninə, xalqına vicdanla xidmət etməlidirlər.

Gənclər bəyan etdilər ki, etibarlı gələcəyin təminatçıları kimi hər zaman İlham Əliyev siyasətinin dəstəkçisi bu siyasətin davamçılarıdırlar. Gənclər əmindirlər ki, Azərbaycan məhz cənab İlham Əliyevin rəhbərliyi ilə xoşbəxt, parlaq gələcəyə qovuşacaq bu yolda bir vətəndaş olaraq onlar həmişə öz liderlərinin yanında olacaqlar.

Çünki İlham Əliyevin siyasəti ölkəmizin təbii sərvətlərinin insan kapitalına çevrilməsinə, dövlətin dayanıqlı inkişafına yönəlib. Gənclərin ən böyük xoşbəxtliyi, ən dəyərli sərvəti məhz Azərbaycanın müstəqilliyi, sabitliyi tərəqqisidir.

 

Azərbaycan gəncliyi öz dövləti lideri ətrafında sıx birləşib

 

Göründüyü kimi, Azərbaycan dövləti ölkə gənclərinə hərtərəfli qayğı və diqqət göstərdiyi kimi, gənclərimiz də dövlətin etimadını hər addımda doğrultmaq üçün əllərindən gələni əsirgəmirlər. Hər gün, hər addımda şahidi oluruq ki, Azərbaycan gəncliyi öz dövləti və lideri ətrafında sıx birləşib.

Gənclər Gününə həsr olunmuş mərasimdə də ölkə gəncləri bir daha Prezidentin etimadını və bundan irəli gələn məsuliyyəti başa düşərək öz potensiallarını müstəqil Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni inkişafına sərf edəcəklərini qətiyyətlə vurğuladılar.

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2019.- 3 fevral.- S.1; 6.