“İstehsalatda bədbəxt hadisələr
və peşə xəstəlikləri nəticəsində
peşə əmək qabiliyyətinin itirilməsi hallarından
icbari sığorta haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, ¹ 7, maddə 572; 2011, ¹ 12, maddə 1089; 2013, ¹ 11, maddə 1318; 2014, ¹ 1, maddə 9, ¹ 7, maddə 777; 2015, ¹ 2, maddələr 74, 96, ¹ 3, maddə 253; 2016, ¹ 2, I kitab, maddə 184, ¹ 3, maddə 416; 2017, ¹ 7, maddə 1290; 2018, ¹ 10, maddə 1961) aşağıdakı məzmunda 14.2-1-ci maddə əlavə edilsin:
“14.2-1. Bu Qanunun 14.2-ci maddəsinə uyğun olaraq sığortalı tərəfindən sığortaçıya icbari sığorta müqaviləsinə uyğun olaraq ödənilən sığorta haqqının 5 faizi “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən yaradılan icbari tibbi sığorta fonduna ödənilir.”.
Maddə 2. Bu Qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
28 dekabr 2018-ci il
Azərbaycan.- 2019.- 3 fevral.-
S.4.