“İstehsalatda
bədbəxt hadisələr və peşə xəstəlikləri
nəticəsində peşə əmək qabiliyyətinin
itirilməsi hallarından icbari sığorta haqqında”, “Məşğulluq
haqqında” və “Sosial sığorta haqqında” Azərbaycan
Respublikasının qanunlarında və Azərbaycan
Respublikasının Əmək Məcəlləsində dəyişiklik
edilməsi haqqında
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
16-cı və 27-ci bəndlərini rəhbər tutaraq,
"Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan
Respublikasının 2018-ci il 18 may tarixli 1143-VQ nömrəli
Qanununun icrası ilə əlaqədar qərara alır:
Maddə 1. "İstehsalatda bədbəxt
hadisələr və peşə xəstəlikləri nəticəsində
peşə əmək qabiliyyətinin itirilməsi
hallarından icbari sığorta haqqında” Azərbaycan
Respublikası Qanununun (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2010, № 7, maddə 572; 2011, № 12, maddə 1089;
2013, № 11, maddə 1318; 2014, № 1, maddə 9, № 7, maddə 777;
2015, № 2, maddələr 74, 96, № 3, maddə 253; 2016, № 2, I kitab,
maddə 184, № 3, maddə 416; 2017, № 7, maddə 1290; 2018, № 10,
maddə 1961) 1-ci maddəsinin mətni 1.1-ci maddə hesab
edilsin və aşağıdakı məzmunda 1.2-ci maddə əlavə
edilsin:
"1.2. Ələt azad iqtisadi
zonasında istehsalatda bədbəxt hadisələr və
peşə xəstəlikləri nəticəsində peşə
əmək qabiliyyətinin itirilməsi hallarından icbari
sığorta sahəsində münasibətlər "Ələt
azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası
Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.”.
Maddə 2. "Məşğulluq
haqqında” Azərbaycan Respublikası Qanununa (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018, № 8, maddə 1669)
aşağıdakı məzmunda 2.3-cü maddə əlavə
edilsin:
"2.3. Ələt azad iqtisadi
zonasında məşğulluqla bağlı münasibətlər
"Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan
Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.”.
Maddə 3. "Sosial sığorta
haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan
Respublikasının Qanunvericilik toplusu, 1997, № 5, maddə 348;
1999, № 11, maddə 609; 2000, № 11, maddə 776; 2001, № 9, maddə
576, № 12, maddələr 733, 736; 2002, № 12, maddə 706; 2004, № 7,
maddə 505, № 12, maddə 976; 2005, № 1, maddə 2, № 12, maddə
1082; 2006, №11, maddə 923, №12, maddə 1018; 2007, № 1, maddə 4,
№12, maddə 1193; 2008, №2, maddə 49, № 4, maddə 254, №6, maddə
462, №7, maddə 602; 2009, № 12, maddə 970; 2010, № 4, maddə 276,
№ 11, maddə 949; 2011, № 10, maddə 883; 2013, № 11, maddə 1284,
№ 12, maddə 1487; 2014, № 10, maddə 1171; 2016, № 4, maddə 657,
№ 6, maddə 971; 2017, № 3, maddə 336, № 7, maddə 1279; 2018, №
3, maddələr 369, 396, № 5, maddələr 870, 894 ) 7-ci maddəsinə
aşağıdakı məzmunda ikinci hissə əlavə
edilsin:
"Ələt azad iqtisadi
zonasında sosial sığorta sahəsində münasibətlər
"Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan
Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.”.
Maddə 4. Azərbaycan
Respublikası Əmək Məcəlləsinin (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 1999, № 4, maddə 213; 2001, № 3, maddə 143, №
6, maddə 362, № 11, maddələr 672, 679, № 12, maddə 731;
2002, № 1, maddə 2, № 5, maddə 241, № 6, maddə 328; 2003, № 1,
maddələr 9, 23; 2004, № 1, maddə 10, № 2, maddə 57, № 3,
maddə 133, № 6, maddə 413, № 7, maddə 505, № 9, maddə 672,
№ 12, maddə 981; 2005, № 3, maddə 151, № 4, maddə 278, № 7, maddə
560, № 10, maddə 874, № 11, maddə 1001, № 12, maddə 1094; 2006,
№ 3, maddələr 220, 222, № 5, maddə 385, № 11, maddə 923, №
12, maddələr 1004, 1025, 1030; 2007, № 5, maddələr 401,
437, № 6, maddə 560, № 8, maddə 756, № 11, maddələr 1049,
1053; 2008, № 3, maddə 156, № 7, maddələr 600, 602, № 10, maddə
887, № 11, maddə 960; 2009, № 2, maddə 48, № 5, maddə 294, № 6,
maddə 399, № 12, maddələr 949, 969; 2010, № 2, maddələr
70, 75, № 4, maddə 275; 2011, № 1, maddə 11, № 2, maddələr
70, 71, № 6, maddə 464, № 7, maddə 598; 2012, № 11, maddə 1054;
2013, № 2, maddələr 89, 101, № 11, maddə 1268; 2014, № 2, maddə
92, № 10, maddə 1162, № 11, maddə 1339, № 12, maddə 1527; 2015,
№ 2, maddə 97, № 3, maddə 250, № 6, maddə 680; 2016, № 2, I
kitab, maddələr 190, 201, № 5, maddə 847, № 11, maddə 1767;
2017, № 6, maddələr 1031, 1048, № 12, I kitab, maddələr
2187, 2189; 2018, № 1, maddə 13, № 6, maddə 1155, № 7, I kitab, maddələr
1380, 1408) 4-cü maddəsinə aşağıdakı məzmunda
4-cü hissə əlavə edilsin:
"4. Ələt azad iqtisadi
zonasında əmək münasibətləri "Ələt
azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası
Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.”.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
28 dekabr 2018-ci il
Azərbaycan.-
2019.- 3 fevral.- S.4.