Akademik Cəmil Əliyev: Həkim üçün ən yaxşı mükafat xəstələrin tam şəfa tapmasıdır

 

Bu gün Bakıda artıq ənənəyə çevrilmiş növbəti Azərbaycan onkologiya və nüvə təbabəti simpoziumu keçirilir. Azərbaycan Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin (MOM) təşkil etdiyi budəfəki tədbir hər il fevralın 4-də keçirilən Dünya Xərçənglə Mübarizə Gününə həsr olunub. Müasir ümumi onkologiyanın və nüvə təbabətinin aktual problemlərinin, onkologiya qarşısında duran vəzifələrin, həmçinin onların potensial həlli yollarının müzakirə edildiyi nüfuzlu beynəlxalq səhiyyə forumunda Azərbaycan onkoloqları ilə yanaşı, Avstriya, İsveçrə və Türkiyənin aparıcı tibb mərkəzlərinin yüksəkixtisaslı mütəxəssisləri, həmçinin elmi dairələrin nümayəndələri iştirak edirlər.

Zənnimcə, vətəndaşlarımızın sağlam həyat tərzinin təminatı üçün həkimlərin bir-biri ilə sıx əməkdaşlığı və onkoloji xəstəliklərin müalicəsində məlumat mübadiləsinin aparılması çox böyük əhəmiyyət kəsb edir. Buna görə də bu cür tədbirlərin keçirilməsi maarifçilik nöqteyi-nəzərindən, həmçinin həkimlərimizin daha dərin biliklər əldə etməsi üçün çox vacibdir.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində simpoziumun sədri, Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik Cəmil Əliyev bildirib.

Akademik C.Əliyev onkologiya sahəsində yüksək elmipraktik nailiyyətlərə görə Birləşmiş Millətlər Təşkilatının "Elmsülh elçisi” fəxri mükafatına layiq görülməsini şərh edərək deyib: "Bu, təkcə mənim yox, Milli Onkologiya Mərkəzinin bütün kollektivinin xidmətidir. Hər bir müəssisənin uğuru onun kollektivinin ahəngindən asılıdır. Azərbaycanda onkologiya xidməti böyükuğurlu inkişaf yolu keçib. Ölkəmizdə xərçəng xəstəliklərinin müalicəsində ciddi tədbirlər həyata keçirilirbu planlı şəkildə davam edir. MOM mövcud olduğu illər ərzində özünün təşəkkül və inkişafında çox mərhələlərdən keçib. Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində hazırda Mərkəz ən müasir tibbi texnika ilə təchiz edilibrespublika əhalisinə ixtisaslaşdırılmış onkoloji yardımı həyata keçirən elmi-metodikiprofilaktik işlərin koordinasiyası ilə məşğul olan baş strukturdur. Burada aparılan müalicədən başlıca məqsəd xəstələrin ömrünün uzadılması, onların mümkün qədər tam sağalmasıdır. Həkim üçün ən yaxşı mükafat isə xəstələrin tam şəfa tapmasıdır”.

 

Azərbaycan.- 2019.- 3 fevral.- S.5.