Azərbaycan
Respublikasının Prezidenti Zati-aliləri cənab İlham
Əliyevə
Möhtərəm cənab
Prezident.
Qafqaz xalqları Ali Dini
Şurasının və bölgə dindarlarının, dini
icma və konfessiya rəhbərlərinin arzu və iradəsini
ifadə edərək Sizə - Azərbaycan xalqının ləyaqətli
oğluna və dünyanın tanınmış siyasi xadiminə
salamlarımızı və təşəkkürlərimizi
ünvanlamaqdan qürur duyuruq. Bu təşəkkür borcumuz
Zati-alinizin şəxsi yardımı sayəsində yenidən
bərpa olunmuş Vladiqafqaz Cümə məscidi
dindarları, bütün Osetiya-Alaniya xalqının son
günlərdə yaşadığı böyük sevinc və
minnətdarlığın təzahürüdür. Qafqaz
Xalqları Ali Dini Şurası üzvlərinin müraciətinə
olan yüksək diqqəti, Sizin milli-mədəni dəyərlərə
verdiyiniz önəmi, yalnız Azərbaycanda deyil,
dünyanın bir çox nöqtələrində ümumbəşəri,
dini-mənəvi irsə qayğı və himayənizi
yüksək qiymətləndirir, bununla bağlı bölgə
dindarlarının ümumi minnətdarlıqlarını
Zati-alinizə yetirmək məsuliyyətindən şərəf
hissi keçiririk.
Zati-aliləri, Sizin multikulturalizm
ideyasının fəal təbliğinə xidmət edən,
qlobal miqyasda dəyər kəsb edən humanitar təşəbbüsləriniz
bəşəriyyətin ümumi inkişafına, sülh və
dinc birgəyaşayış amallarına xidmət edir.
Dünya iqtisadi böhran, siyasi gərginlik, mənəvi səciyyəli
problemlər yaşadığı bir dövrdə Azərbaycan
Prezidenti bütün bunların fövqündə dayanmaq
qüdrəti nümayiş etdirir, Beynəlxalq Humanitar
forumlar, Mədəniyyətlərarası Dialoq forumları
keçirərək Azərbaycandan bütün dünyaya
multikulturalizm ideyalarını təbliğ edir, millətlər,
dinlərarası dialoqu təşviq edir, ədalətə və
beynəlxalq hüquqa söykənən dünya düzəninə
çağırışlarını bəyan edir. Uca
Allahın bəyəndiyi multikultural həyat tərzini
yaşayan və təbliğ edən cəmiyyətin O Bir Olan
Yaradanımızın nəzərində dəyəri
yüksəkdir.
Azərbaycandakı din-dövlət
münasibətlərinin yüksək səviyyəsi,
multikultural, milli, dini tolerantlıq ənənələri
müdrik siyasət nümunəsi kimi təkcə Qafqaz
bölgəsində deyil, bütün beynəlxalq aləmdə
örnək olaraq dəyərləndirilir. Bu siyasətin təməli
Qafqaz xalqlarının mənəvi lideri, ulu öndər Heydər
Əliyev tərəfindən qoyulmuş və Zati-alinizin səyləri
ilə uğurla davam etdirilir.
Zati-aliləri, Sizin maddi-mənəvi
yardımınız sayəsində yenidən bərpa edilən
110 illik tarixə malik Vladiqafqaz məscidi təkcə
Şimali Osetiya-Alaniya Respublikasının deyil, bütün
Qafqazda İslam mədəni irsinin əsas simvollarından biri
hesab edilir. Maddi sərvətləri ilə yanaşı, mənən
zəngin insan - Azərbaycan xalqının oğlu Murtuza
Muxtarovun sayəsində ucalan bu məscid bölgədəki
müsəlman icmasının cümə məscidi olmaqla
yanaşı, Şimali Osetiyanın mədəni-mənəvi
mərkəzi olaraq tanınıb. Zati-alinizin mənəvi
irsimizə sahib çıxaraq, 1996-cı ildə
terrorçular tərəfindən törədilən
partlayış zamanı xeyli zərər görmüş
Muxtarov məscidini bərpa etdirməsi İslam həmrəyliyinin
bariz nümunəsi olaraq, müqəddəs dinimizə olan dərin
ehtiramın təzahürü və Allah Nəzərində
savab əməldir. Qurani-Kərimdə buyurulduğu kimi,
"Allahın məscidlərini yalnız Allaha və qiyamət
gününə iman gətirən... və Allahdan başqa
heç kəsdən qorxmayanlar inşa edə bilərlər.
Məhz onlar doğru yola yetişənlərdəndir!”
(Tövbə, 18).
Bu gün sayənizdə yeni həyat
qazanmış Muxtarov məscidi Vladiqafqaz şəhərinin
gözəl rəmzi, Şərq memarlığının
nadir incisi, mənəvi vəhdət rəmzi, xalqlar
arasında dostluq abidəsi, Şimali Osetiya müsəlmanlarının
əsas ibadətgah yeri olmaqla yanaşı, həm də Azərbaycan
Prezidenti İlham Əliyevin böyük humanistliyinin, mesenatlığının
bariz nümunəsidir.
Zati-aliləri, biz, Qafqazın din
xadimləri, Sizin hər zaman xüsusi önəm verdiyiniz və
şəxsən dəstəklədiyiniz dinlərarası
dialoq, multikulturalizm kimi bəşəri əhəmiyyətli
ideyaları dünyada təbliğ etməkdən böyük
qürur duyuruq. Zati-alinizin və Birinci vitse-prezident Mehriban
xanım Əliyevanın dəstəyi sayəsində
dünyanın ən müxtəlif məkanlarında tikilən,
bərpa edilən mədəni-mənəvi məbədlər
ümumbəşəri irsə dəyərli töhfələrdir.
Sizin əməli addımlarınız və qlobal əhəmiyyətli
təşəbbüsləriniz sayəsində əminik ki,
bizim hər zaman təbliğ etdiyimiz və dünyaya
multikulturalizmin bariz nümunəsi kimi təqdim olunan Azərbaycan
modeli sivilizasiyalararası dialoqun inkişafına,
qarşılıqlı anlaşma və dostluq kimi bəşəri
dəyərlərin təşviqi və təkamülünə
öz töhfəsini verəcəkdir.
Zati-aliləri, fürsətdən
istifadə edərək, böyük ehtiram hissi ilə Sizə
və ailənizə uzun ömür, cansağlığı,
şərəfli fəaliyyətinizə uğurlar
arzulayırıq. Biz, Qafqaz Xalqları Ali Dini
Şurasının üzvləri, Zati-alinizin Azərbaycan xalqının
daha xoşbəxt gələcəyi, Qafqaz bölgəsinin
ümumi mənafeləri, habelə bəşəriyyətin
sabitlik və inkişafı üçün önəm kəsb
edən fəaliyyətini hər zaman bəyənir və dəstəkləyirik.
Ümidvarıq ki, bütün münaqişə bölgələrinin,
o cümlədən əzəli Azərbaycan torpağı olan
Qarabağın problemi tezliklə sülh yolu ilə öz ədalətli
həllini tapacaqdır. Əminik ki, Uca Yaradanın köməyi
və Sizin rəhbərliyinizlə Azərbaycan xalqı
dünya miqyasında daha böyük uğurlara imza atacaq,
Zati-alinizin təkcə Azərbaycan deyil, bütün Qafqaz
xalqlarının mənafeyinə xidmət edən səyləri
zəfərlə davam edəcəkdir. Bu, bizim bölgə
dindarları və din xadimləri olaraq Sizin üçün
dualarımızdır! Uca Yaradan hər zaman
yardımçınız olsun! Amin!
Dərin hörmət və
ehtiramla,
Qafqaz
Xalqları Ali Dini Şurasının üzvləri:
Şeyxülislam
Allahşükür Paşazadə
Qafqaz Müsəlmanları
İdarəsinin sədri,
Qafqaz
Xalqları Ali Dini Şurasının sədri
İsmayil
Berdiyev
Şimali
Qafqaz Müsəlmanları Əlaqələndirmə
Şurasının sədri,
Rusiya
Federasiyasının Qaraçay-Çərkəz
Respublikasının müftisi
Salax Mejiyev
Rusiya
Federasiyası Çeçenistan Respublikasının
müftisi
Əhməd
Abdullayev
Rusiya
Federasiyası Dağıstan Respublikasının müftisi
Həzrətəli
Dzasejev
Rusiya
Federasiyası Kabardino-Balkar Respublikasının müftisi
Hacımurad
Qatsalov
Rusiya Federasiyası
Şimali Osetiya (Alaniya) Respublikasının müftisi
Soltanəhməd
Karolayev
Rusiya
Federasiyası Kalmıkiya Respublikasının müftisi
Askarbiy
Kardanov
Rusiya
Federasiyası Adıgey və Krasnodar Respublikasının
müftisi
Muhammad Raximov
Rusiya
Federasiyası Stavropol diyarının müftisi
Azərbaycan. - 2019.-5 fevral.- S.2.