Azərbaycan nümayəndə heyəti Özbəkistanda
səfərdədir
Fevralın 4-də Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistana səfərə gəlib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan nümayəndə heyətinin üzvlərini Özbəkistanın Baş naziri Abdulla Aripov və Baş nazirin müavini Eler Qəniyev qəbul edəcək. Nümayəndə heyətinin üzvləri Özbəkistanın müvafiq nazirlik və şirkətlərinin rəhbərləri ilə də görüşlər keçirəcək, istehsalat sahələrinə baş çəkəcək.
Qeyd edək ki,
nümayəndə heyətinin tərkibinə kənd təsərrüfatı
naziri İnam Kərimov,
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri
Cavid Qurbanov, “Azərbaycan
Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) sədri
Rauf Vəliyev, “Bakı Beynəlxalq Dəniz
Ticarət Limanı” QSC-nin baş
direktoru Taleh Ziyadov və digər rəsmi şəxslər,
həmçinin bir sıra istehsal şirkətlərinin rəhbərləri
daxildir.
Azərbaycan.- 2019.-5 fevral.- S.4.