Avtomobil sənayesinin flaqmanı

 

Gəncə Avtomobil Zavodunda istehsal keyfiyyətcə yeni mərhələyə qədəm qoyub

 

Regionların sosial-iqtisadi inkişafı ilə bağlı III Dövlət Proqramı uğurla yekunlaşdı. Ötən həftə proqramın yekunları ilə bağlı keçirilən konfrans əslində regional inkişaf proqramlarının icra edildiyi ötən 15 ilin hesabatı idi.

Bu dövrdə ümumi daxili məhsulun 3,3 dəfə, qeyri-neft sektorunun 2,8 dəfə, sənaye potensialının 2,6 dəfə artması hər bir dövlətin həsəd aparacağı dinamik inkişaf nümunəsidir. 15 ildə ölkədə 100 mindən çox müəssisə yaradılıb ki, bu da iqtisadiyyatın qeyri-neft sektorunun inkişafına və sənayeləşmə prosesinə böyük təkan verib.

 

15 yaşlı zavod

 

Regional inkişaf proqramlarının icra edildiyi dövrdə fəaliyyətə başlayan və elə yerləşdiyi bölgənin sosial-iqtisadi inkişafında böyük rolu olan istehsal müəssisələrindən biri də Gəncə Avtomobil Zavodudur. Əslində zavodun əsası hələ sovet hakimiyyəti illərində, 1986-cı ildə qoyulub. Lakin Moskvanın tikinti barədə qərarı ovaxtkı Ermənistan rəhbərliyi tərəfindən böyük qısqanclıqla qarşılanıb və bunun məhz Ermənistan ərazisində reallaşmasına böyük səylər göstərilib. Ancaq Heydər Əliyevin nüfuzu və möhkəm iradəsi sayəsində avtomobil zavodunun təməli Azərbaycanda, Gəncədə qoyulur. Müəssisənin tikintisi 1989-cu ildə başa çatdırılmalı, 1990-cı ilin əvvəlindən isə artıq 1,5 tonluq yük avtomobillərinin istehsalına başlanmalı idi. Lakin Sovetlər birliyinin dağılması nəticəsində zavodun tikintisi yarımçıq qalır. Nəhayət, Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində 2004-cü ilin dekabrında, regional inkişafla bağlı I Dövlət Proqramının təsdiq olunmasından sonra Gəncə Avtomobil Zavodu da işə salınır və müəssisədə yığımdan keçən ilk avtomobil işıq üzü görür. İlk vaxtlarda Rusiyanın Naberejnıye Çelnı şəhərində yerləşən azlitrajlı avtomobillərin istehsalı üzrə zavodla bağlanmış müqaviləyə əsasən "VAZ-11113”-"Oka” markalı avtomobillərin yığımına başlanır. Ümumilikdə 300-dən artıq "Oka” yığılaraq Qarabağ müharibəsi əlili və Böyük Vətən müharibəsi iştirakçılarına verilir.

İlk addımlarını müvəffəqiyyətlə atan Gəncə Avtomobil Zavodu 2005-ci ildə "UAZ” ASC ilə imzalanan razılaşmaya əsasən Rusiyanın "UAZ” avtomobillərinin 10 modelinin yığımına başladı. Bir il müddətində 243 ədəd "UAZ” avtomobili yığılaraq istifadəyə verildi. Bundan sonra 2005-ci ilin oktyabr ayında Gəncə Avtomobil Zavodu ilə Çinin "Sap Qan” şirkəti arasında müqavilə imzalandı. Bu sənədə əsasən müəssisədə 7 modeldə ortatonnajlı yük maşınlarının yığımına başlanıldı. Bir il müddətində ümumilikdə 68 "Can Qan” markalı avtomobil yığılaraq istifadəyə verildi.

 

Belarusla əməkdaşlıq istehsalda yeni səhifə açdı

 

2006-cı ildə müəssisənin həyatında yeni bir dövr başladı. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı ilin oktyabrında Belarusa səfəri zamanı bu ölkənin traktoravtomobil zavodları ilə Gəncə Avtomobil Zavodu arasında əməkdaşlığın yaradılması barədə Belarusun dövlət başçısı ilə razılığa gəlindi. Bu razılığa əsasən Gəncə zavodu həmin müəssisələrlə uzunmüddətli əməkdaşlıq müqaviləsi bağladı. Bundan sonra Gəncə Avtomobil Zavodunda ümumi ərazisi 20 min kvadratmetr olan sexdə təmir-bərpa işləri görüldü, yeni texnoloji yığım xətləri quraşdırıldı. Yeni sex müasir avadanlıqlar və texnika ilə təchiz olundu. Müqaviləyə uyğun olaraq 2007-ci ilin mart ayında Belarusdan daxil olan komplektləşdiricilərin əsasında "Belarus 80.1”, "Belarus 82.1”, "Belarus 1221”, "Belarus 1025”, "Belarus 892” və "Belarus 80X” modeldə traktorların istehsalına başlanıldı. Həmin ilin aprel ayından isə MAZ avtomobillərinin yığımı təşkil olundu. İndiyədək 11 ildən artıq əməkdaşlıq çərçivəsində müəssisə tərəfindən "Belarustraktorunun 10 modelinin (o cümlədən, ekskavatorlar, asfaltkəsən, qartəmizləyən texnikaların, traktor üçün qoşqular və istənilən növ asma avadanlıqları və d.) və MAZ avtomobilinin 20 modelinin (o cümlədən, MAZ markalı avtomobillərin bazasında yanacaq və sudaşıyan maşınlar, yüküözüboşaldan, dartıcı avtomobillər, assenizasiya maşınları, təmir emalatxanaları və kommunal maşınları) yığım istehsalı mənimsənilib.

Ötən illərdə Gəncə Avtomobil Zavodunun Belarus müəssisələri ilə ticarət dövriyyəsi 402 milyon ABŞ dolları məbləğində təşkil edib. Bu dövrdə ümumilikdə müxtəlif modeldə 10 min 581 ədəd traktor (o cümlədən, pambıqyığan, kommunal, minitraktorlarxüsusi təyinatlı texnika) və 3204 ədəd MAZ avtomobili (o cümlədən, su və yanacaqdaşıyanlar, yüküözüboşaldanlar, avtokranlar, HALLER kommunal maşınları), 75 ədəd MAZ avtobusu, 360 ədəd MAZ avtomobil qoşqusu, 20 ədəd MZKT ağırtonnajlı yük dartıcısı yığılıb.

Gəncə Avtomobil Zavodu Belarusun digər müəssisələri ilə də işbirliyi yaradıb. Belə ki, Minsk Təkərli Dartıcılar Zavodu, Smorqon Avadanlıqlar Zavodu, Mozırsk Maşınqayırma Zavodu, Bobruysk Ehtiyat Hissələri və Avadanlıqlar İstehsalı Zavodu ilə sıx əməkdaşlıq edir. Bundan başqa, 2010-cu ildə Almaniyanın Haller şirkəti, Belarusun Minsk Avtomobil Zavodu və Gəncə Avtomobil Zavodu arasında üçtərəfli müqavilə imzalanıb. Bu günədək ümumilikdə 105 ədəd 21 kubmetr tutumlu "Avro 4” standartına cavab verən kommunal maşın istehsal olunub.

Xatırladaq ki, 2018-ci il aprelin 2-də müəssisədə 10 mininci traktor istehsal edilib. Bununla əlaqədar keçirilən tədbirdə Belarus Respublikasının Baş nazirinin müavini Vladimir Semaşko, Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, Minsk traktor avtomobil zavodlarının baş direktorları iştirak ediblər. Qonaqlar zavodun fəaliyyətini yüksək qiymətləndirib, texniki kadr potensialında perspektivləri bir daha nəzərdən keçiriblər.

Gəncə Avtomobil Zavodu 2018-ci ili uğurla başa vurdu. Ötən il müəssisədə mindən çox "Belarus” traktoru, 70-ə yaxın traktor qoşqusu, 60-a yaxın KamAZ avtomobili, 100 ədəd "Ural” avtomobili, 60-dan çox qoşqulu su çəni, HALLER markalı məişət tullantıları daşıyan avtomobillər istehsal olunub. Bütövlükdə il ərzində Gəncə Avtomobil Zavodu Azərbaycan bazarını müxtəlif modifikasiyalı traktor avtomobil texnikası ilə təchiz edib.

 

Azərbaycanda kombayn elektrik avtobusları istehsal ediləcək

 

2019-cu ildə isə Gəncə Avtomobil Zavodunun fəaliyyətində yeni keyfiyyət dəyişikliklərinin baş verəcəyi gözlənilir. Bunu yanvarın üçüncü ongünlüyündə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun Milli Məclisin deputatı, Gəncə Avtomobil Zavodu Müşahidə Şurasının sədri Xanlar Fətiyevin Belarusda keçirdiyi görüşlər təsdiq edir.

Səfər barədə təəssüratlarını bölüşən Xanlar Fətiyevin sözlərinə görə, Belarusa səfər zamanı bir sıra müəssisələrdə istehal olunan nəqliyyat vasitələrinin, kənd təsərrüfatı texnikalarının Azərbaycanda birgə istehsalı barədə müzakirələr aparıb, səmərəli görüşlər keçiriblər. Müzakirə olunan məsələlərdən biri birgə elektrik avtobuslarının istehsalı olub. "Belkommunmaş” ASC-nin məhsulu olan elektrik avtobuslarının birgə istehsalı Belarusun Baş nazirinin müavini Mixail Rusıy ilə görüşdə ətraflı müzakirə olunub. Baş nazirin müavini bildirib ki, Gəncə şəhəri bir sıra investisiya layihələrinin reallaşdırılması üçün əlverişli regiondur. O cümlədən Gəncə Avtomobil Zavodunda birgə elektrik avtobusları da istehsal edilə bilər. Bu barədə danışan Xanlar Fətiyev onu da bildirdi ki, istehsala başlamazdan əvvəl Gəncədə belaruslu mütəxəssislərin iştirakı ilə monitorinqlər keçiriləcək şəhərdə hansı tutumlu elektrobuslara ehtiyac olduğu müəyyənləşdiriləcək. Bundan sonra tutumundan asılı olaraq kiçik böyük qabaritli elektrobuslar istehsal olunacaq. Elektrobuslar istifadəyə verilməzdən əvvəl şəhərin müxtəlif ərazilərində enerjidoldurma stansiyaları quraşdırılacaq.

Qomel şəhərindəki "Qomselmaş” ASC ilə birgə kombayn istehsalı barədə müzakirələr aparılıb cari ildə Gəncədə bu kənd təsərrüfatı texnikasının istehsalına başlamaq planlaşdırılır. Qeyd edək ki, "Qomselmaş” ASC-nin istehsal etdiyi kombaynlar Azərbaycanın kənd təsərrüfatı sahəsində uğurla tətbiq edilib. Gəncə Avtomobil Zavodunda isə həmin kombayn digər kənd təsərrüfatı texnikalarının birgə istehsalı üçün əlverişli şərait mövcuddur. Belə ki, zavodun gücü ildə 100-150 kombaynı birgə istehsal etməyə imkan verir.

Səfər zamanı Belarus-Azərbaycan traktorlarının Türkiyədə yığılması məsələsi müzakirə olunub. Xanlar Fətiyevin sözlərinə görə, traktorların Türkiyədə yığılması üzrə zavodun tikintisi başa çatmaq üzrədir bu ilin birinci rübünün sonunadək həmin müəssisədə ilk traktorların yığılması nəzərdə tutulur. Türkiyədəki zavodun konveyerindən 5 minə qədər traktorun buraxılması planlaşdırılır. İlkin mərhələdə layihənin istehsal gücü 2,5 min ədəd miqdarında yerinə yetiriləcək.

Qeyd edək ki, nümayəndə heyətinin səfəri zamanı Belarusun STV televiziya kanalında Gəncə Avtomobil Zavodunun fəaliyyətindən bəhs edən 17 dəqiqəlik xüsusi reportaj yayımlanıb. Reportajda Gəncə Avtomobil Zavodunun fəaliyyətə başlamasından, Belarus müəssisələri ilə birgə əməkdaşlıqdan, prezidentlər İlham Əliyev Aleksandr Lukaşenkonun zavodun fəaliyyətinə göstərdikləri xüsusi diqqətdən, Şəmkir rayonundakı fermer təsərrüfatlarının timsalında ölkəmizin kənd təsərrüfatında Belarus traktorlarının işlənməsindən, zavodda çalışan 600 nəfərə yaxın işçiyə göstərilən yüksək sosial qayğıdan, Türkiyədə traktorların birgə istehsalına başlanılmasından bəhs olunub. Jurnalistin suallarını Gəncə Avtomobil Zavodu Müşahidə Şurasının sədri Xanlar Fətiyev cavablandırıb. Qeyd edək ki, Belarusun kütləvi informasiya vasitələrində Azərbaycan nümayəndə heyətinin səfəri geniş işıqlandırılıb.

Bu gün Gəncə Avtomobil Zavodu sənaye sahəsində Belarus-Azərbaycan uğurlu əməkdaşlığının real təsdiqidir. On iki ildir bu zavod traktor, avtomobil, kommunal texnika xüsusi texnikanın yığılması əməliyyatlarının həyata keçirilməsində Belarusun aparıcı müəssisələri ilə fəal əməkdaşlıq edir. Ən əsası, bu zavod Azərbaycanda sənayeləşmə istiqamətində həyata keçirilən dövlət siyasətinin uğurlu bəhrəsidir. Bu mənada ötən 15 ildə qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirən müəssisə Azərbaycan sənayesinin flaqmanlarından biridir.

 

Sabir ƏLİYEV

 

Azərbaycan.- 2019.-5 fevral.- S.5.