AlmaniyanınOstexperte” internet portalında Azərbaycanda dinlər sivilizasiyalararası dialoqa dair reportaj yerləşdirilib

 

Almaniyanın "Ostexperte” internet portalında "Dinlər sivilizasiyalararası dialoqdan əməkdaşlığa doğrumövzusunda Berlində keçilmiş beynəlxalq konfrans haqqında reportaj yerləşdirilib.

AZƏRTAC xəbər verir ki, müəllif Urs Unkauf reportajda konfransın "Bakı Beynəlxalq dinlər sivilizasiyalararası əməkdaşlıq Mərkəzi”nin, Azərbaycanın Almaniyadakı səfirliyinin, Almaniya-Azərbaycan Forumunun Berlin Mədəni Diplomatiya Akademiyasının birgə təşkilatçılığı ilə keçirildiyini qeyd edib. Tədbirdə Azərbaycandan Almaniyadan yüksək səviyyəli ictimai siyasi xadimlərin, o cümlədən Qafqaz Müsəlmanları İdarəsinin sədri, "Bakı Beynəlxalq dinlər sivilizasiyalararası əməkdaşlıq Mərkəzi”nin baş katibi Şeyxülislam Allahşükür Paşazadənin, Almaniya Bundestaqının üzvü, dini azadlıqlar üzrə federal hökumətin xüsusi müvəkkili Markus Qrübelin səfir Ramin Həsənovun iştirak etdikləri bildirilib. Tunisin sabiq prezidenti Məhəmməd Mansof Marzukinin, dünyanın bir çox ölkələrindən gəlmiş müxtəlif dinlərin nümayəndələrinin, Bundestaqın, Almaniyada akkreditə olunmuş diplomatik korpusun vətəndaş cəmiyyəti institutları təmsilçilərinin konfransa qatıldıqları qeyd olunub.

Reportajda bildirilib ki, Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov mədəniyyətlər sivilizasiyalar arasındakı dialoqun XXI əsrdəki qlobal dünyada sülh əmin-amanlıq şəraitində birgəyaşayışı şərtləndirən amil olduğunu multikulturalizmin Azərbaycan modelinin bir çox ölkələrin aparıcı universitet tədqiqat institutları tərəfindən araşdırıldığını deyib. Səfir əhalisinin böyük əksəriyyətini müsəlmanlar təşkil edən Azərbaycanda katolik kilsələrinin sinaqoqların bərpa olunmasına dövlət tərəfindən vəsait ayrıldığını diqqətə çatdırıb. XIX əsrin birinci yarısında Azərbaycana köç etmiş almanların, eləcə Cənubi Qafqaz regionunda məskunlaşmış yəhudilərin bu ərazilərdə uzun müddət yaşamasının bugünkü tolerant multikultural Azərbaycanın inkişafına töhfə verən mühüm amillərdən olduğu vurğulanıb.

Reportajda Almaniya Bundestaqının üzvü, dini azadlıqlar üzrə federal hökumətin xüsusi müvəkkili Markus Qrübelin çıxışında ilk dünyəvi müsəlman ölkəsi olan Azərbaycanın bu istiqamətdə xüsusi rolundan bəhs etdiyi, Xalq Cümhuriyyətinin qadınlara səsvermə hüququ verən ilk müsəlman ölkəsi olduğunu bildirməsi xüsusi vurğulanıb. M.Qrübelin Azərbaycanda yaşayan yəhudilərin heç vaxt ayrı-seçkiliyə məruz qalmadıqlarını, sıxışdırılmadıqlarını bildirdiyi nəzərə çatdırılıb.

Bildirilib ki, konfransda əsasən dinlər sivilizasiyalararası dialoq əməkdaşlıq, beynəlxalq dialoq həmrəyliyə təhdid yaradan terrorizm, separatizm ksenofobiya kimi amillər, irqi dini dözümsüzlük, işğalçılıq, etnik təmizləmə siyasətinə məruz qalmış insanların, miqrantların, qaçqın məcburi köçkünlərin problemləri, gənclərin maarifləndirilməsində, tarixi, mədəni mənəvi irsin qorunmasında sivilizasiyalar dinlərarası əməkdaşlığın rolu, dövlət, elm din xadimlərinin dinlər sivilizasiyalararası dialoqun əməkdaşlığın təşviqində səylərinin birləşdirilməsinin əhəmiyyəti kimi məsələlər müzakirə edilib. Konfransın Berlin Bəyannaməsinin qəbul edilməsi ilə başa çatdığı vurğulanıb.

 

Azərbaycan.- 2019.-5 fevral.- S.6.