Həyata sevginin və inamın gücü

 

Yeni nəşrlər

 

Dünya şöhrətli neçə-neçə bəstəkar, rəssam, alim, aktyor öz həyat və fəaliyyəti ilə təsdiq edib ki, iradə, həyat eşqiqurub-yaratmaq istəyi ilə bütün maneələri aşmaq, xarüqələr yaratmaq mümkündür. "Həyat əlilliyi olan insanların üzləşdikləri maneələr və məhdudiyyətlər üzərində qələbə çalaraq, böyük zirvələrə yüksəlmiş insanların timsalında daxili güc və qüdrətinin sərhədsizliyini təcəssüm etdirən parlaq nümunələrlə zəngindir”. Diqqətə çatdırdığımız fikirlər bu yaxınlarda işıq üzü görmüş "Əlillik qüsur deyilkitab-albomunda əksini tapıb.

 

Kitab-albom iki dildə nəşr olunub

 

Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən nəşr edilən kitab-albomda ümummilli lider Heydər Əliyevin fiziki məhdudiyyətli insanlara, onların sosial müdafiəsi reabilitasiyasına diqqət qayğısından, əlilliyi olan şəxslərin sosial təminatı, reabilitasiyası cəmiyyətə inteqrasiyası sahəsində Prezident İlham Əliyevin tapşırığına əsasən atılan addımlardan, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə bu istiqamətdə həyata keçirilən nəcib xoşməramlı layihələrdən bəhs olunur. Nəşrdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın sosial xidmət müəssisələrinin sakinlərinə qayğısı, onlarla keçirdiyi görüşlər əks olunub.

Kitab-albomda incəsənətin müxtəlif növləri ilə məşğul olan, fiziki məhdudiyyətli olsalar da, daim özünə inam hissi ilə yaşayan, istedad qabiliyyətləri ilə seçilən bu bacarıqlarını daim inkişaf etdirməyə, təkmilləşdirməyə çalışan, ictimai-mədəni həyatda artıq özlərini uğurla təsdiq etmiş 60-a yaxın şəxs barədə məlumatlara onların yaradıcılıq nümunələrinə yer verilib. Eyni zamanda, nəşrə ölkəmizdə yeni yaradılmış Boccia İdman Federasiyası bu idman növünə maraq göstərən fiziki məhdudiyyətli insanlar, onların uğurları, ilk inklüziv ƏSA teatrı, onun qısa müddətdə əldə etdiyi nailiyyətlər, yaradıcı heyətinin peşəkar səviyyədə hazırladığı tamaşalar barədə oxucuya məlumatlar verilir. Diqqətə çatdıraq ki, 2016-cı ildə aktyor-rejissor Nihad Qulamzadə tərəfindən yaradılan ƏSA teatrının aktyor heyəti əsasən əlilliyi olan şəxslərdən ibarətdir. Teatr fəaliyyətə başladığı gündən Azərbaycan dünya ədəbiyyatının ən yaxşı nümunələrini uğurla səhnələşdirir.

 

Daxili güc qüdrətin sərhədsizliyinin təcəssümü

 

Nəfis şəkildə tərtib olunan, foto-məlumatlarla zəngin 278 səhifəlik kitab-albomdakı mətnlər həm Azərbaycan, həm ingilis dillərində təqdim edilib. Kitabın ərsəyə gəlməsi üçün 1500-dən çox foto çəkilib arxiv sənədlərindən istifadə olunub. Kitab-albom fiziki məhdudiyyətli insan onların yaradıcılıq nümunələri ilə yaxından tanışlıq imkanı verir. Kitabın qutusunun dizaynında əlilliyi olan şəxsin - Ramin Səfərlinin əl işindən fraqmentdən istifadə edilib.

"Əlillik qüsur deyilkitab-albom Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdindəki sosial müəssisələrin istedadlı sakinlərinin yaradıcı fəaliyyətini, onların yaradıcılıq nümunələrini əks etdirən ilk belə nəşrdir. Nəşrdə təqdim olunan məlumatlar əlilliyin heç bir qüsur mənsub olduğun cəmiyyətin sıralarında uğurla addımlamaq üçün maneə olmadığı fikrini aşılayır. Fiziki məhdudiyyət üzərindən əzm məharətlə adlayaraq öz uğur hekayəsinə çatmağı bacaran insanların timsalında bu fikir əyani şəkildə təsdiqini tapır.

Geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitab-albom xüsusilə əlilliyi olan yaradıcı insanların əl işlərinə maraq göstərən sənətsevərlər üçün böyük əhəmiyyət daşıyır. Kitabda qeyd olunduğu kimi, əlilliklə üzləşmək insanın öz bacarıq qabiliyyətlərini reallaşdırması cəmiyyətə təqdim etməsi, özü ilə başqaları arasındakı imkan fərqini asanlıqla aradan qaldırması, hətta tam sağlam adamlardan daha üstün keyfiyyətlərə malik olduğunu təsdiqləməsi üçün səddə çevrilə bilməz.

Kitabda xatırladılır ki, əlilliyi olan insanların cəmiyyətin digər fərdləri ilə bərabər imkanlara malik olması haqqında ilk mühüm beynəlxalq sənəd 1975-ci ildə BMT-nin Baş Məclisində qəbul edilib. Həmin sənəddə əlilliyi olan şəxslərlə sağlam şəxslərin mülki siyasi hüquqları arasında heç bir fərq qoyulmaması dövlət tərəfindən bunun təmin olunması xüsusi qeyd olunub. BMT-nin Baş Məclisi 1992-ci il tarixli digər mühüm sənəd ilə hər il dekabrın 3-ünün "Əlilliyi olan insanların Beynəlxalq Günükimi qeyd olunması haqqında Bəyannamə qəbul edib.

 

Dünyaya bir onların gözləri ilə baxsanız...

 

"Əlillik qüsur deyilkitab-albomda vurğulanır ki, Azərbaycan da digər ölkələr kimi, BMT-nin Baş Məclisi tərəfindən 2006-cı ildə qəbul edilmiş "Əlilliyi olan şəxslərin hüquqları haqqındaKonvensiyaya qoşulub. Ölkəmizdə əlliliyi olan şəxslərlə bağlı qanunvericilik bazası bu Konvensiyanın prinsipləri əsasında təkmilləşdirilir. Bununla bağlı olaraq, "Əlilliyi olan şəxslərin hüquqları haqqındaAzərbaycan Respublikasının 2008-ci il 31 may tarixli Qanunu qəbul edilib.

Ölkəmizdə əlilliyi olan şəxslərin çoxu XX əsrin ən dəhşətli fəlakəti sayılan II Dünya müharibəsi, Qarabağ müharibəsi, ermənilərin həyata keçirdikləri soyqırımı terror nəticəsində sağlamlıqlarını itiriblər. Kitabda əlilliyi olan şəxslərə dövlət qayğısı, onların reabilitasiyası sosial vəziyyətlərinin yaxşılaşdırılması üçün həyata keçirilən tədbirlər barədə geniş söz açılıb.

Kitab-albom əsasında gələcəkdə əlilliyi olan yaradıcı şəxslərin elektron reyestrinin, həmçinin həmin reyestr əsasında fiziki məhdudiyyətli insanların əl işlərinin daha geniş miqyasda tanıdılması satışı imkanlarının genişləndirilməsi üçün portalın yaradılması da nəzərdə tutulub.

"Əlillik qüsur deyilkitab-albomda da vurğulandığı kimi, əlilliyi olan insanların bacarıq qabiliyyətlərini nümayiş etdirən gözəl əsərlərini, onların həyata necə sevgi ilə bağlı olduqlarını gördükdə əlilliyin qüsur olmadığına bir daha əmin olursan. Kitabı ərsəyə gətirənlər inanırlar ki, oxucular bu nəşrdə izləyəcəkləri əlilliyi olan şəxslərin ecazkar incəsənət nümunələri, sənət əsərləri həyatda əldə etdikləri uğurları ilə tanış olduqca onların daxili aləmləri dünyaya baxışlarını daha dərindən anlayacaqlar: "Ümid edirik ki, bu dünyaya bir onların gözləri ilə baxsanız, o zaman siz bu insanları qəlbinizə yaxın hiss edəcək, sevgi qayğı ilə əhatələyəcəksiniz”.

 

Zöhrə FƏRƏCOVA

 

Azərbaycan.- 2019.-5 fevral.- S.7.