Gənclərin arzusu

 

Zaqatala rayon mərkəzindən təxminən 28 kilometr məsafədə yerləşən, əsasən azərbaycanlıların məskunlaşdıqları Yengiyan kəndi toponiminin etimoloji mənası "yangi - basılmaz, əvəzedilməz” deməkdir. Əhalisinin sayı 1460 nəfər, ərazisi 1167 hektardır.

Bu kənd qədimdən saza-sözə bağlı olması ilə seçilib. Bu gün də həmin ənənələr qorunub saxlanılır. Bir sözlə, nəvələr baba və nənələrinin mənalı həyat yolunu davam etdirironlara miras qalan adət-ənənələri yaşatmağa çalışırlar.

Kənddə XIX əsrə aid səkkizguşəlli məscid yerli tarixi abidə kimi dövlət tərəfindən qorunur. Kənddə tibb məntəqəsi də fəaliyyət göstərir. Əhalinin məşğuliyyəti əsasən maldarlıq va bağçılıqdır. Burada son dövrlər tütünçülük və baramaçılıq da inkişaf etdirilməkdədir. Sahibkar Telman Həsrətov 2018-ci ildə 90 hektar sahədə "Vircinyasortlu tütün əkib. Həmçinin kənd üzrə 974 kiloqram barama təhvil verilib. Halbuki inişil həmin həcm 250 kiloqram olmuşdu.

Kənddə infrastrukturun yaxşılaşdırılması daim gündəmdə olub. Kənd tam qazlaşdırılıb, elektrik enerjisi təchizatı normaldır. Köhnə, yararsız məktəbin yerində müasir tələblərə cavab verən təhsil ocağı inşa olunub. 264 şagirdlik məktəbdə hazırda 230 nəfər təhsil alır.

Yengiyan kənd mədəniyyət evi 1962-ci ildən klub, 1990-cı ildən isə mədəniyyət evi kimi fəaliyyət göstərir. Burada "Qala” ansamblı, rəqs və mahnı dərnəyi, "Butafolklor qrupu, eyni zamanda həvəsləndirici uşaq bədii özfəaliyyət dərnəyi mövcuddur.

Kəndin Aşıq Əzim, Aşıq Zəhrət, Aşıq Əlixan kimi söz ustadları olub. Bu ənənələr indidavam etdirilir. Zaqatala folklor paytaxtı seçilərkən burada respublika səviyyəli folklor bayramı təşkil olunub.

Kənddə Nuran Rəcəbov adlı məktəbli ilə görüşdük. Onun arzusu Cəmşid Naxçıvanski adına hərbi məktəbdə təhsil almaq, işğal altında olan torpaqlarımızın azad edilməsində ön cərgələrdə olmaqdır. Bu kənddən 4 nəfər şəhid olub. Hazırda hərbi ixtisası seçən 10 sakini var.

 

Əli SƏLİMOV

 

Azərbaycan.- 2019.- 7 fevral.- S.8.