“Hüquqi
şəxslərin dövlət
qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
10-cu bəndini rəhbər
tutaraq qərara alır:
"Hüquqi şəxslərin dövlət
qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2004, ¹ 1, maddə 8; 2005, ¹ 1, maddə 1, ¹ 8, maddə
700; 2006, ¹ 2, maddə 70; 2008, ¹ 2, maddə 49; 2010, ¹ 4, maddə
265; 2012, ¹ 1, maddə 2, ¹ 7, maddə 651; 2013, ¹ 12, maddə
1479; 2014, ¹ 2, maddə 78, ¹ 7, maddə 769, ¹ 11, maddə
1356, ¹ 12, maddə 1526; 2015, ¹ 11, maddə 1259; 2016, ¹ 4, maddə
644, ¹ 10, maddə 1606; 2017, ¹ 5, maddələr 709, 724, ¹ 10, maddə
1775) aşağıdakı məzmunda 9-1-ci maddə əlavə edilsin:
"Maddə
9-1. Məhdud məsuliyyətli
cəmiyyətin təsis
sənədlərində edilmiş
dəyişikliklərin və
qeydə alınmış
faktların sonrakı
dəyişikliyinin elektron
qaydada qeydiyyata alınması
9-1.1. Məhdud
məsuliyyətli cəmiyyətin
təsis sənədlərində
edilən hər bir dəyişiklik (yenidən təşkil nəticəsində dəyişiklik
halları istisna olmaqla), eləcə də qeydə alınmış faktların
hər bir sonrakı dəyişikliyinin
elektron qaydada dövlət qeydiyyatına
alınması üçün
Azərbaycan Respublikasının
müvafiq icra hakimiyyəti orqanına müraciət edilə bilər. Dəyişiklik bu qanunun
5-1.5-ci və 11.3-cü maddələrinin
tələblərinə zidd
olmadıqda, müvafiq
icra hakimiyyəti orqanı 3 gün müddətində dəyişikliyi
qeydiyyata alır.
9-1.2. Müraciət
zamanı Azərbaycan
Respublikasının müvafiq
icra hakimiyyəti orqanının internet informasiya
ehtiyatında yerləşdirilmiş
elektron ərizə forması doldurularaq, dəyişikliyi təsdiq
edən sənədlərin
skan olunmuş surəti ərizəyə
əlavə edilərək
gücləndirilmiş elektron
imza ilə təsdiq edilməlidir.
9-1.3. Qanuni
təmsilçi (qanuni
təmsilçilər) dəyişikliyinin
qeydiyyata alınması
zamanı ərizə
həm təsisçi
(təsisçilər), həm
də qanuni təmsilçinin (qanuni təmsilçilərin) gücləndirilmiş
elektron imzası ilə təsdiq edilməlidir.
9-1.4. Təsis
sənədlərinin və
reyestrdə qeydə alınmış faktların
sonrakı dəyişikliklərinin
dövlət qeydiyyatına
alınması üçün
daxil edilmiş məlumatlar müvafiq olaraq təsisçilərin
və ya idarəetmə orqanlarının
üzvlərinin gücləndirilmiş
elektron imzaları ilə təsdiq edilməlidir. Nizamnamədə dəyişiklik edilən
hallarda təqdim olunmuş məlumatlar əsasında proqram təminatı tərəfindən
dəyişiklik layihəsi
hazırlanır. Bu halda
təsisçi (təsisçilər)
nizamnaməyə dəyişikliklə
real vaxt rejimində tanış olur və onu
gücləndirilmiş elektron
imza ilə təsdiq edir.
9-1.5. Müraciət
zamanı dəyişiklik
dövlət qeydiyyatına
alınaraq, dövlət
reyestrinə daxil edildiyi gün dövlət reyestrindən
çıxarış və
dəyişiklik edilmiş
digər sənədlər
(nizamnaməyə dəyişiklik,
dövlət qeydiyyatı
haqqında şəhadətnamə)
məhdud məsuliyyətli
cəmiyyətin elektron
kabinetinə göndərilir.
9-1.6. Təsisçinin
(təsisçilərin) və
ya onun (onların) müvafiq qaydada vəkil etdiyi şəxsin müraciəti əsasında
dövlət reyestrindən
çıxarış və
dəyişiklik edilmiş
digər sənədlər
(nizamnaməyə dəyişiklik,
dövlət qeydiyyatı
haqqında şəhadətnamə)
təsdiq olunaraq kağız daşıyıcılarında
da verilir.
9-1.7. Məhdud
məsuliyyətli cəmiyyətin
nizamnamə kapitalındakı
iştirak paylarının
dəyişikliyi ilə
bağlı aparılmış
notariat hərəkətləri
barədə məlumatlar
müvafiq icra hakimiyyəti orqanı tərəfindən onlayn rejimdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilir.
9-1.8. Təsisçi
əcnəbi və ya vətəndaşlığı
olmayan şəxs olan xarici investisiyalı
məhdud məsuliyyətli
cəmiyyətin təsis
sənədlərində edilmiş
dəyişikliklərin və
qeydə alınmış
faktların sonrakı
dəyişikliyinin (təsisçi
dəyişikliyi istisna
olmaqla) dövlət qeydiyyatı bu maddəyə uyğun olaraq həyata keçirilir.”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
18 dekabr 2018-ci il
Azərbaycan.- 2019.- 8 fevral.-
S.1.