“İnzibati
icraat haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə”
Azərbaycan Respublikasının
2019-cu il 1 fevral tarixli 1466-VQD nömrəli
Qanununun tətbiqi və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2005-ci il 28
dekabr tarixli 345 nömrəli Fərmanında
dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, "İnzibati
icraat haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə”
Azərbaycan Respublikasının
2019-cu il 1 fevral tarixli 1466-VQD nömrəli Qanununun qüvvəyə minməsi
ilə əlaqədar
həmin qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər
Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının
və Azərbaycan Respublikası Prezidentinin aktlarının "İnzibati
icraat haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə”
Azərbaycan Respublikasının
Qanununa uyğunlaşdırılması
ilə bağlı təkliflərini üç
ay müddətində hazırlayıb
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.3. mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın
və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.4. həmin
qanundan irəli gələn digər məsələləri həll
etsin.
2. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası "İnzibati
icraat haqqında” Azərbaycan Respublikası
Qanununun 4.3-cü maddəsinin
ikinci cümləsinə
uyğun olaraq inzibati orqanlar arasında aidiyyət və səlahiyyətlə
bağlı mübahisələrin
həlli qaydasının
Azərbaycan Respublikası
Prezidentinin 2016-cı il
3 fevral tarixli 761 nömrəli fərmanı
ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasının Prezidenti
yanında Apelyasiya Şurası haqqında Əsasnamə”də müəyyən
edilməsinə dair təkliflərini bir ay müddətində hazırlayıb
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin.
3. Azərbaycan Respublikasının Ədliyyə
Nazirliyi mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə” Azərbaycan
Respublikasının Qanununa
uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə
məlumat versin.
4. "İnzibati
icraat haqqında” Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2005-ci il 28
dekabr tarixli 345 nömrəli Fərmanında
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2005, ¹ 12, maddə 1114; Azərbaycan
Respublikası Prezidentinin
2019-cu il 25 yanvar tarixli 484 nömrəli Fərmanı) aşağıdakı
dəyişikliklər edilsin:
4.1. 1.5-ci bənd
ləğv edilsin;
4.2. 2.1-ci bənddə
"cümləsində” sözü
"və ikinci cümlələrində” sözləri
ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
7 fevral 2019-cu il
Azərbaycan. - 2019.- 8 fevral.- S.3.