“Hüquqi
şəxslərin dövlət qeydiyyatı və dövlət
reyestri haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə”
Azərbaycan Respublikasının 2018-ci il
18 dekabr tarixli 1393-VQD
nömrəli Qanununun tətbiqi və “Hüquqi şəxslərin dövlət
qeydiyyatı və dövlət reyestri
haqqında” Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi
barədə” Azərbaycan Respublikası Prezidentinin
2004-cü il 12 aprel tarixli 48 nömrəli Fərmanında dəyişiklik
edilməsi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, "Hüquqi şəxslərin dövlət
qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə” Azərbaycan
Respublikasının 2018-ci il 18 dekabr tarixli 1393-VQD nömrəli
Qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər
Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının
və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Hüquqi
şəxslərin dövlət
qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə” Azərbaycan
Respublikasının Qanununa
uyğunlaşdırılması ilə bağlı təkliflərini üç
ay müddətində hazırlayıb
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.3. mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın
və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.4. həmin
qanundan irəli gələn digər məsələləri həll
etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə
Nazirliyi mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Hüquqi şəxslərin
dövlət qeydiyyatı
və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə”
Azərbaycan Respublikasının
Qanununa uyğunlaşdırılmasını
təmin edib Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə
məlumat versin.
3. "Hüquqi şəxslərin dövlət
qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin
2004-cü il 12 aprel tarixli 48 nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2004, ¹ 4, maddə
228; 2005, ¹ 8, maddə 708, ¹ 9, maddə 801, ¹ 12, maddə
1103; 2006, ¹ 12, maddə 1034; 2008, ¹ 2, maddə 54; 2012, ¹ 1, maddə
6; 2013, ¹ 12, maddə 1529; 2014, ¹ 2, maddə 103; 2016, ¹ 3, maddə
465, ¹ 9, maddə 1464, ¹ 10, maddə
1637; 2017, ¹ 5, maddə 846, ¹ 9, maddə 1653, ¹ 10, maddə
1803, ¹ 12 (I kitab), maddə
2319; Azərbaycan Respublikası
Prezidentinin 2018-ci il 28
dekabr tarixli 457 nömrəli Fərmanı)
2-ci hissəsində aşağıdakı
dəyişikliklər edilsin:
3.1. 2.5-ci bənddə
"və 7-2.4-cü maddəsinin
birinci cümləsində”
sözləri ", 7-2.4-cü maddəsinin birinci cümləsində, 9-1.1-ci maddəsinin
birinci və ikinci cümlələrində,
9-1.2-ci və 9-1.7-ci (ikinci
halda) maddələrində”
sözləri ilə əvəz edilsin;
3.2. 2.13-cü bəndə
"Qanunun” sözündən
sonra "9-1.7-ci maddəsində
(birinci halda) və” sözləri əlavə edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
4 fevral 2019-cu il
Azərbaycan.- 2019.- 8 fevral.-
S.3.