İmdada yenə İlham Əliyev
çatdı
İlham Əliyevin Şamaxıya dünənki səfərinin ən mühüm məqamı, şübhəsiz ki, yalnız zəlzələnin fəsadlarını yerindəcə öyrənmək deyildi. Bu səfər ümumilikdə Prezidentin idarəçilik fəlsəfəsinin məntiqi təzahürü idi. Dövlət başçısı daim ölkədə baş vermiş ekstremal proseslərə çevik münasibət bildirib, hadisə yerinə şəxsən baş çəkib və bu prosesdə insanların maraqlarının qorunmasını ön plana çəkib, ən nəhayət, vətəndaş mənafeyinə həssas münasibətin mükəmməl nümunəsini yaradıb.
Nümunəyə çevrilən çevik
reaksiya
Prezidentin Şamaxıdakı dünənki görüşlərinin, söhbətlərinin, yerindəcə verdiyi tapşırıqların və Bakıya dönüşündə bu barədə qəbul etdiyi qərarların timsalında biz bu mükəmməl örnəyi bir daha gördük.
Bir zəruri xatırlatma da edək. Hələ 2004-cü ilin yanvarında dövlət başçısı
səlahiyyətlərinin icrasına
başladıqdan iki
ay sonra Lənkəran
şəhərində yaşayış
binasının uçmasına
çevik reaksiya göstərmiş, dərhal
hadisə yerinə getmiş, zərərçəkənlərə
maddi yardım göstərilməsi üçün
tapşırıqlar vermişdi.
Həmçinin Prezidentin 2005-ci ilin
iyun ayında metronun "İçərişəhər”
stansiyasının eskalatorundakı
nasazlıq üzündən
ciddi xəsarətlər
almış vətəndaşlara,
eləcə də həmin ilin dekabrında təyyarə
qəzasında həlak
olanların yaxınlarına
və yaralananlara zəruri yardımlar edilməsi barədə göstəriş verməsi
də bu silsilədə xüsusi xatırlanır.
2007-ci ilin
avqustunda Yasamal rayonu ərazisində Murtuza Muxtarov və Məhəmməd Naxçıvani küçələrinin
kəsişməsində insan
tələfatı ilə
nəticələnən hündürmərtəbəli
binanın uçması
da hər kəsin yadındadır. Həmin hadisə
ilə bağlı həlak olanların yaxınlarına və yaralananlara ən böyük mənəvi dəstək İlham Əliyevdən gəldi.
Prezidentin şəxsən hadisə yerinə gəlməsi, xilasetmə
işlərinin sürətləndirilməsi,
həlak olanların və yaralıların ailələrinə kömək
göstərilməsi barədə
tapşırıqlar verməsi
dövlət başçısının
hər bir vətəndaşın taleyinə
həssaslıqla yanaşmasının,
diqqət və qayğısının növbəti
təcəssümü idi.
Qəzanın səbəblərinin araşdırılması ilə
bağlı göstərişlərini
verən Prezident elə həmin gün hadisə ilə əlaqədar hökumət komissiyasının
yaradılması haqqında
sərəncam imzaladı.
2010-cu ilin may ayında Sabirabad və Saatlı rayonlarında Kür çayında suyun miqdarının normadan xeyli artması nəticəsində yaranan
ciddi problemlər də yaxşı yadımızdadır. 20 minə
yaxın ev
su altında qalmış, 300-dən çox
ev uçmuş, 2 min
ev qəzalı vəziyyətə düşmüşdü.
50 min hektar əkin
və örüş
sahələri, bir çox sosial strukturların binaları su altında qalmışdı. Prezident İlham
Əliyevin o zaman sel fəlakəti yaşanan rayonlara baş çəkməsi,
müşavirə keçirməsi
dövlət başçısının
yaranmış problemdən
zərər çəkən
insanlara həssas münasibətinin bir daha nümayişi oldu. Həyata keçirilən operativ tədbirlər nəticəsində qısa
zamanda çaylarda daşqınların qarşısı
alındı. Sonrakı mərhələdə
bütün uçmuş
evlərin, sosial obyektlərin yerinə təzələri tikildi, yeni yollar salındı.
2012-ci ilin may ayında şimal-qərb bölgəsində baş
verən zəlzələdən
xəsarət alanlara ən böyük dəstək Prezident İlham Əliyevdən gəldi. Prezidentin zəlzələdən zərər
çəkmiş bölgənin
sakinləri ilə görüşmək və
təbii fəlakətin
nəticələrinin aradan
qaldırılması ilə
bağlı görülən
tədbirlərlə yerində
tanış olmaq üçün şimal-qərb bölgəsinə
səfəri bir daha göstərdi ki, hər bir
məsələ dövlət
başçısının şəxsi nəzarəti
altındadır.
Əsl liderlik örnəyi
Bütün bunlar göstərir ki, İlham Əliyev hər zaman mövcud gerçəklikləri operativ
və obyektiv şəkildə qiymətləndirib,
habelə ölkənin
taleyüklü problemlərinə
daim böyük həssaslıqla yanaşıb. Bir neçə
gün əvvəl Şamaxı rayonu ərazisində baş verən zəlzələdən
sonra hadisəyə çevik reaksiya verməklə Prezident növbəti dəfə əsl liderlik örnəyi göstərdi.
Xatırladaq ki, yeraltı təkanlar fevralın 5-də
axşam saatlarında
Pirqulu stansiyasından
11 kilometr cənub-qərbdə
baş verib. Zəlzələ
episentrdə 6 bal, ətraf rayonlarda 5-3 bala qədər hiss edilib. Hadisəni diqqət mərkəzində
saxlayan Prezident İlham Əliyev dərhal baş vermiş zəlzələnin
fəsadlarının araşdırılması
və aradan qaldırılması ilə
bağlı müvafiq
tapşırıqlar verib.
Tapşırığa əsasən,
aidiyyəti qurumların
rəhbərləri zəlzələdən
zərər çəkən
vətəndaşlarla görüşüb,
yeraltı təkanların
fəsadları ilə
tanış olublar. Sakinlərə vaxtında kömək
göstərilib və
lazımi məkanlarda
yerləşdirilmələrinə şərait yaradılıb.
Həmçinin Heydər Əliyev Fondunun Regional İnkişaf
İctimai Birliyinin nümayəndələri və
könüllüləri dağıntılar
baş verən yerlərdə sakinlərlə
görüşüblər. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın göstərişinə əsasən,
hər bir sakinin evində olan nümayəndələr
mövcud vəziyyət
barədə məlumat
toplayaraq müvafiq strukturlarla birgə iş aparırlar.
Təbii fəlakətin baş verdiyi ilk gündən ölkənin aidiyyəti strukturlarının faciənin
nəticələrinin aradan
qaldırılması üçün
qüvvələrini tam səfərbər
etmələri, mərkəzi
icra orqanlarının
rəhbər şəxslərinin
ərazidə olmaları
Azərbaycan hakimiyyətinin
öz vətəndaşına
diqqət və qayğısının bariz
təcəssümüdür.
Zəlzələdən stress keçirmiş
insanlar üçün
dövlət başçısının
gəlişindən və
onlarla maraqlanmasından
böyük təsəlli
ola bilməzdi.
Prezidentin zəlzələ baş verən ərazilərə baş
çəkməsi, insanlarla
söhbəti sakinləri
həm mənəvi cəhətdən ovundurdu,
həm də onlarda ruh yüksəkliyi
yaratdı. Onlar bir
daha əmin oldular ki, zəlzələnin
nəticələri Prezidentin
diqqət və qayğısı nəticəsində
tezliklə aradan qaldırılacaq, uçmuş
evləri bərpa ediləcək, mənzil şəraitləri əvvəlkindən
də yüksək səviyyədə təmin
olunacaq.
Prezident İlham Əliyev bu hadisəyə operativ və çevik reaksiya verməklə öz vətəndaşının taleyinə
biganə qalmadığını
nümayiş etdirdi. Bu, bir daha onu
göstərdi ki, dövlət başçısı
hər zaman öz vətəndaşlarının
yanındadır və
baş verən istənilən ekstremal hadisə zamanı, çətin vəziyyətlərdə
öz vətəndaşını
tək qoymur, maddi və mənəvi
dəstəyini onların
üzərindən əsirgəmir.
Rəşad CƏFƏRLİ
Azərbaycan.- 2019.- 8 fevral.-
S.1.