Əli Həsənov: “Azərbaycan
dövləti İstanbulda keçirilən
Avrasiya İqtisadi Zirvə
toplantısına hər zaman xüsusi diqqət ayırıb”
Azərbaycan dövləti İstanbulda keçirilən Avrasiya İqtisadi Zirvə toplantısına hər zaman xüsusi diqqət ayırıb. Azərbaycan 22 ildir ki, bu toplantıda geniş tərkibli nümayəndə heyəti ilə fəal şəkildə iştirak edir. Tədbirin təşkilatçıları, o cümlədən Türkiyə hökumətini təmsil edən nümayəndələr bunu yüksək qiymətləndirirlər. Əvvəllər Zirvə toplantısında ulu öndərimiz Heydər Əliyevin, son 15 ildə isə Prezident İlham Əliyevin müraciətləri oxunub.
AZƏRTAC xəbər verir ki, bu fikirləri İstanbulda keçirilən XXII Avrasiya İqtisadi Zirvə toplantısında iştirak edən Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.
Əli Həsənov qeyd edib ki,
Avrasiya qitəsi Azərbaycanın siyasi, iqtisadi, sosial, geosiyasi, enerji, nəqliyyat, kommunikasiya
maraqlarının kifayət qədər təmsil olunduğu bir qitədir.
Azərbaycan da bu
maraqların həyata keçirilməsi üçün
fəal siyasət yürüdür. Bir neçə layihəni qeyd
etmək olar. Toplantıda da
bildirildiyi kimi, Azərbaycan
Avropa ilə Asiyanı birləşdirən
böyük İpək Yolunun
qurucu dövlətlərindən biridir. Təkcə Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi onu göstərdi ki,
Türkiyə və Azərbaycan bu iki qitənin birləşdirilməsində
önəmli rol oynayan
lider dövlətlərdir. Eyni zamanda,
Gürcüstanı da buraya
əlavə etmək lazımdır. Bundan
başqa, Azərbaycan İran
və Rusiya ilə birlikdə Şimal-Cənub
nəqliyyat dəhlizinin yaradılmasında, eləcə də
Avropanı Asiya ilə birləşdirən
alternativ nəqliyyat-kommunikasiya layihələrinin
qurulmasında yaxından iştirak edir. Həmçinin Xəzər dənizinin karbohidrogen ehtiyatlarının dünya
bazarlarına çıxarılması siyasətini qeyd etmək olar. Bu işdə də Azərbaycan həmişə
öncül mövqeyini
qoruyub saxlayıb. Həmçinin Cənub
Qaz Dəhlizinin çəkilməsi,
vaxtilə Avropanın reallaşdıra bilmədiyi "Nabucco” layihəsinin yeni
şəraitdə həyata keçirilməsi Azərbaycanın
Avrasiyaya verdiyi
töhfənin bariz göstəricisidir. Bir sözlə, Azərbaycanı Avropa ilə həm nəqliyyat, enerji dəhlizləri, həm iqtisadi,
siyasi, sosial layihələr
bağlayır. Ona görə də hesab edirik ki,
bu Zirvə toplantısında bizim deməyə sözümüz
kifayət qədər çoxdur. Biz, həmçinin
bu Sammitdə iştirak
edən dövlətlərin rəsmilərinin, müxtəlif
ölkələri təmsil edən QHT-lərin nümayəndələrinin,
jurnalistlərin diqqətinə Azərbaycan həqiqətlərini,
o cümlədən
torpaqlarımızın işğal
olunması faktını, Ermənistanın dünyada təhlükəsizliyə törətdiyi
təhdidləri çatdırırıq.
Azərbaycan.- 2019.- 8 fevral.- S.3.