Nazirlər
Kabinetində Dayanıqlı İnkişaf üzrə Milli
Əlaqələndirmə Şurasının yeddinci iclası
keçirilib
Fevralın 7-də Nazirlər
Kabinetində Dayanıqlı İnkişaf üzrə Milli
Əlaqələndirmə Şurasının yeddinci iclası
keçirilib.
AZƏRTAC xəbər verir ki,
Baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə
Milli Əlaqələndirmə Şurasının sədri
Əli Əhmədov iclasın gündəliyində duran məsələlərdən
danışıb. O, iclasın əsas məqsədinin
Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) həyata
keçirilməsi üzrə 2018-ci il ərzində
görülən işlər, qarşıda duran vəzifələr,
bununla bağlı Azərbaycan Prezidentinə təqdim ediləcək
hesabatın təqdimatı və təsdiq edilməsi, həmçinin
DİM-lər üzrə Azərbaycan üçün
prioritet hesab edilən məqsəd, hədəf və göstəricilərin
yekun layihəsinin müzakirəsi və təsdiqi olduğunu
deyib.
İclasda bu ilin iyul ayında
Yüksək Səviyyəli Siyasi Forumunda Dayanıqlı
İnkişaf Məqsədləri üzrə Azərbaycan
Respublikasının ikinci Könüllü Milli
Hesabatının hazırlanmasının cari vəziyyəti də
müzakirə edilib. Gündəlikdə duran digər məsələ
isə DİM-lərin həyata keçirilməsində
özəl sektorun rolu mövzusunda aidiyyəti qurumlarla birgə
panel müzakirənin keçirilməsi təşəbbüsü
olub.
Sonra gündəliyə uyğun təqdimatlar
keçirilib.
Sonda Dayanıqlı İnkişaf
Məqsədlərinin həyata keçirilməsi üzrə
2018-ci il ərzində görülən işlər,
qarşıda duran vəzifələrlə bağlı hesabat
təsdiq olunub və onun Azərbaycan Prezidentinə təqdim
edilməsi qərara alınıb.
Azərbaycan. - 2019.- 8 fevral.- S.3.