Polşa mətbuatı
“Formula-1”Azərbaycan Qran-prisindən yazıb
Polşada "Formula-1” idman növü üzrə ixtisaslaşmış
ən böyük
dziel-pasje.pl portalında Azərbaycan
Qran-prisi haqqında məqalə dərc olunub.
AZƏRTAC xəbər
verir ki, məqalədə "Formula-1” Qrupunun baş icraçı direktoru Çeyz Kerinin Azərbaycana səfəri
çərçivəsində Azərbaycan Qran-prisinin
2023-cü ilədək keçirilməsi
haqqında müqavilənin
imzalandığı diqqətə
çatdırılıb.
Məqalədə bildirilir ki, 2016-cı ildən etibarən Bakıda təşkil olunan "Formula-1” yarışları
dərhal mövsümün
ən maraqlıları
sırasında yer alıb. Bakıda keçirilən Qran-pri
nəticələrinin gözlənilməzliyi ilə avtoidman həvəskarları tərəfindən
çox bəyənilib. Azərbaycan
"Formula-1” yarışlarını yüksək səviyyədə
təşkil edib. Bakı isə öz gözəlliyi ilə bu
yarışlara əlavə rəng qatır.
Azərbaycan.-
2019.- 8 fevral.- S.8.