Gecikmiş yazı
27 il əvvəl ermənilərin qətlə
yetirdiyi məktəbli Şahvələdin
qısa həyat hekayəti
Bu qeydlər 27 il əvvəl qələmə alınmalı idi. 1992-ci il iyunun 25-də Tovuzun Ermənistanla sərhəddə yerləşən Ağdam kəndinin məktəbli sakini Şahvələd Süleymanovu yağı düşmən qətlə yetirəndə... Ağdam kəndinin sakinlərinə "dost, kirvə” deyən, onların süfrəsində çörək kəsən, bağının, bostanının barından bəhrələnən və sonra da belə namərdliklər edən nankorların hərəkəti aləmə yayılmalı idi. Dünya ictimaiyyəti həm də uşaq qatili olan bu qatı cinayətkarların daha bir yaramazlığından xəbər tutmalı idi...
Lakin o zamanlar vəziyyət çox gərgin idi. Düşmən aramsız olaraq
kəndə atəş
açırdı, hücum
çəkirdi. Başıpapaqlılar bir nəfər kimi ayağa qalxıb sinəsini yurda sipər etmişdi. Məmmədalı
Tağıyev, Mirəziz
Əzizov (onların hər ikisi sonralar şəhid oldu), İsa Əliyev, Namiq Yusifov, Rəhman Çervonoğlu və kəndin onlarla digər sakini gecə-gündüz dağlarda,
çöllərdə idilər
- düşmənə aman
verməmək üçün!
Şahvələdin anası Alagöz Süleymanova deyir ki, hər addımbaşı
şəhid verirdik. Təkcə torpağı
müdafiə edənlər
deyil, dinc sakinlər də yaralanırdı. Camaat birləşib
bir yumruğa dönmüşdü. Dərdimizi elliklə
çəkirdik. Mən də
öz dərdimi kəndlilərimin dərdindən
ayırmadım. Düşündüm
ki, itki bütün hallarda ağırdır - itirdiyin
doğman, əzizin uşaq da, cavan
da, qoca da olsa...
Alagöz xanım sözü tükənibmiş kimi susur. Şahvələdin böyük
qardaşı, kənd
orta məktəbinin müəllimi İlham Süleymanov əlavə edir:
- O vaxt Qarabağda, digər sərhəd bölgələrində
baş verən hadisələr də bir an yadımızdan
çıxmırdı. Bütün kənd
hələ də Xocalı faciəsinin kədərini yaşayırdı.
Şahvələdi düşmən
belə bir dövrdə qətlə yetirdi və ailəmiz onu digər bölgələrdə
öldürülən, itkin
salınan, yerlə yeksan edilən onlarla azərbaycanlı uşaqdan ayırmadı, seçmədi, ümumi bir dərd yaşadıq...
Anası və qardaşı kimi, bacısı Təranə də Şahvələddən danışmağa
çətinlik, sözün
əsl mənasında,
əzab çəkir. Əvəzində kənd sakinləri bu balaca qəhrəmanı
yaxşı xatırlayır
və ehtiramla yad edir, haqqında
ağızdolusu danışırlar.
Onlar "qəhrəman” sözünü
gəlişigözəl olduğu
üçün işlətmirlər. Demə,
düşmən kəndə
soxulmağa can atdığı
gündən Şahvələd
tez-tez döyüşçülərin
yanına qaçırmış.
Evləri kəndin lap kənarında
- düşmənlə sərhədin
yaxınlığındadır. "Yaxınlığında” demək bəlkə də azdır. Yolun bu tərəfi
Şahvələdgilin həyəti
idi, o biri tərəfi üzüdönük
qonşuların bağı...
Keçmiş döyüşçü
Rasim Hüseynov söyləyir ki, biz onu yanımızdan az qala qovurduq. Deyirdik ki, ay Cuqqu (yəni balaca), burada sənin nə işin var, get dəftər-kitabınla
məşğul ol.
Gedirdi və bir də görürdün
günün isti vaxtı bizə bardaqda sərin su gətirdi, süfrəyə büküb
azuqə gətirdi...
Vaxtından tez böyümüşdü. Bu da səbəbsiz deyildi. Atası Ələddin dünyasını
dəyişəndə Şahvələd
hələ ilk addımını
atmamışdı, ilk kəlməsini
deməmişdi - bir yaşı vardı.
Böyüdükcə ailənin yaxın
köməkçisinə çevrilmişdi.
Sonra böyük qardaşı şəhərə
ali təhsil
dalınca getdiyindən
evin ağırlığı
onun çiyinlərinə
düşmüşdü. Odur ki, çox düşünüb mexanizator
olmağa qərar vermişdi. Arzusu traktorçu olmaq,
doğma torpağı
şumlamaq, əkib-becərmək
idi. Bu məqsədlə
də səkkizinci sinfi bitirib sənədlərini
Tovuzdakı 155 nömrəli
texniki peşə məktəbinə təqdim
etmişdi. Nə yazıqlar
ki, oxuyub o məktəbi bitirmək ona qismət olmadı - namərd gülləsi aman vermədi.
...Yazın-yayın
gəlişi ilə ətraf bağlar yamyaşıl dona
bürünmüşdü. Ermənilər bundan istifadə
edir, üzümlüklərin
arası ilə tülkü kimi sivişə-sivişə kəndə
yaxınlaşır və
oradan atəş açırdılar. Ağaclar,
həyətlərdəki gül
kolları, çöldə
artıq qurşağa
çatan çalınmamış
ot Ermənistanın
Bert rayonu tərəfindən
kəndə susamış
həmin tülküləri
görməyə, müşahidə
etməyə imkan vermirdi. Ona görə də
kişilər bağları
bir qədər budamağı, otu çalmağı qərara
aldılar. Şahvələd də bir kərənti
götürüb onlara
qoşuldu. O da özünü bir evin kişisi hesab edirdi... Xeyli işləyib dağılışdılar.
Şahvələd isə hələ
də burada, evlərinin alt tərəfində
idi. Həmin gün düşmənin
atdığı ilk güllə
onun tale payına düşdü. Beləcə, Şahvələdin qısa
və şərəfli
ömür tarixçəsi
bitdi.
Qəhrəmanlıq, xoş, xeyirxah əməllər isə heç vaxt bitmir, unudulmur. Ağdam kəndinin
Şəhidlər xiyabanında
uyuyan Şahvələd
Süleymanovun məzarı
üstünə ilin bütün fəsillərində
çiçəklər düzülür.
Buraya keçmiş döyüşçülər,
Şahvələdin artıq
yaşa dolmuş sinif yoldaşları, doğmaları, bugünkü
yeniyetmə və gənclər, kəndin bütün sakinləri və qonaqları gəlir.
Ağdam kəndi düşmənlə
təmas xəttində
- monitorinq zonasında
yerləşdiyindən buraya
vaxtaşırı beynəlxalq
missiyaların nümayəndələri
də gəlirlər. Ömrünün on beşinci baharını yaşamağa macal tapmayan o gülərüz
oğlanın məzar
daşından boylanan
şəklini, yəqin
ki, onlar da görüblər.
Təkcə bu faktın özü də - həyətinin otunu çalan balaca oğlanın vəhşicəsinə qətlə
yetirilməsi erməni
vandalizminə ən əyani misallardan biri deyilmi?!.
Flora SADIQLI
Azərbaycan.-
2019.- 8 fevral.- S.10.