Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi Biləsuvarda yad edilib
Azərbaycanın Milli Qəhrəmanı
Mübariz İbrahimovun doğum günü Biləsuvar
rayonunda qeyd edilib.
AZƏRTAC xəbər verir ki, rayonun Əliabad kəndində, Milli Qəhrəmanın anadan olduğu evdə anım mərasimi keçirilib.
Tədbirdə iştirak edən ombudsman Elmira Süleymanova Mübariz İbrahimovun doğma Vətən uğrunda böyük vətənpərvərlik hissi ilə qəhrəmanlıq göstərərək ölkəmizin tarixinə şərəfli bir səhifə yazdığını vurğulayıb. O deyib ki, bu gün Mübarizin doğulub boya-başa çatdığı ev hər bir Azərbaycan vətəndaşı üçün qəhrəmanlıq ocağı hesab edilir. Onun kimi qeyrətli oğulları olan Vətən mütləq qələbə qazanacaq.
Ombudsman Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şəhid ailələrinə göstərdikləri diqqət və qayğıdan danışıb, bu yaxınlarda onlarla keçirdikləri görüşü xatırladıb.
Sonra Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı, rayon Ağsaqqallar Şurasının sədri, Gənclər və İdman İdarəsinin rəisi, şəhid ailələrinin üzvləri və müharibə veteranları çıxış edərək Mübariz İbrahimovun qəhrəmanlığından bəhs ediblər.
Milli Qəhrəmanın atası Mübarizin adını hər zaman yüksək tutan Azərbaycanın Prezidentinə, birinci xanıma, bütün xalqımıza təşəkkürünü bildirib.
Sonra insan hüquqları üzrə müvəkkil,
Ombudsman Aparatının əməkdaşları
və Liderlik Məktəbinin üzvləri
Milli Qəhrəman Mübariz
İbrahimov adına Biləsuvar Təhsil
Kompleksində olublar. Təhsil Kompleksinin akt zalında Mübariz İbrahimovun doğum günü ilə
bağlı uşaqlar tərəfindən
vətənpərvərlik mövzusunda tamaşalar nümayiş olunub. Tədbirlərdə Liderlik
Məktəbinin üzvləri çıxış edərək
özlərinin yazdıqları, Mübarizin
qəhrəmanlıq həyatına və şücaətinə
həsr olunmuş şeirləri söyləyiblər.
Azərbaycan.-
2019.- 8 fevral.- S.11.