“Sığorta fəaliyyəti
haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Banklar haqqında”, “Pasportlar
haqqında” Azərbaycan Respublikasının qanunlarında, Azərbaycan
Respublikasının 2005-ci il 24 iyun tarixli 945-IIQ nömrəli
Qanunu ilə təsdiq edilmiş
“Vəzifəli şəxslər tərəfindən maliyyə
xarakterli məlumatların təqdim edilməsi
Qaydaları”nda və Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
10-cu, 11-ci, 20-ci və 27-ci bəndlərini
rəhbər tutaraq,
"Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın
leqallaşdırılmasına və terrorçuluğun
maliyyələşdirilməsinə qarşı mübarizə
haqqında” Azərbaycan
Respublikasının Qanununda
dəyişikliklər edilməsi
barədə” Azərbaycan
Respublikasının 2018-ci il
12 iyun tarixli 1185-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:
Maddə 1. "Sığorta
fəaliyyəti haqqında”
Azərbaycan Respublikası
Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2008, ¹ 3, maddə
144, ¹ 7, maddə 602; 2009, ¹ 7, maddə 517; 2011, ¹ 1, maddə
11; 2013, ¹ 12, maddə 1470; 2014, ¹ 7, maddələr 771, 779; 2015, ¹ 11, maddə 1263; 2016, ¹ 3, maddə
410, ¹ 6, maddə 976; 2017, ¹ 7, maddələr 1286, 1294, ¹ 12, I kitab,
maddə 2221; 2018, ¹ 7, I kitab,
maddə 1392) 123.2-ci maddəsinə
"maliyyə bazarlarına
nəzarət orqanına”
sözlərindən sonra
"və ya maliyyə monitorinqi orqanına” sözləri əlavə edilsin.
Maddə 2. "Qiymətli
kağızlar bazarı
haqqında” Azərbaycan
Respublikasının Qanununda
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2015, ¹ 7, maddə 813; 2016, ¹ 3, maddə 411, ¹ 11, maddə
1756, ¹ 12, maddə 2003; 2017, ¹ 2, maddə 159, ¹ 5, maddə
712, ¹ 12, I kitab, maddə
2222; 2018, ¹ 5, maddə 893, ¹ 7, I kitab, maddə 1395) aşağıdakı dəyişikliklər
edilsin:
2.1. 19.6.4-cü maddəyə
"maliyyə bazarlarına
nəzarət orqanının”
sözlərindən sonra
"və ya maliyyə monitorinqi orqanının” sözləri
əlavə edilsin.
2.2. 28.2-ci maddəyə
"maliyyə bazarlarına
nəzarət orqanının”
sözlərindən sonra
", maliyyə monitorinqi
orqanının” sözləri
əlavə edilsin.
Maddə 3. "Banklar
haqqında” Azərbaycan
Respublikası Qanununun
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2004, ¹ 3, maddə 130; 2005, ¹ 4, maddə 276; 2007, ¹ 5, maddə
401, ¹ 6, maddə 562, ¹ 11, maddə
1070; 2008, ¹ 11, maddə 960; 2009, ¹ 6, maddə 404, ¹ 7, maddə
517; 2010, ¹ 4, maddə 276, ¹ 10, maddə 839; 2011, ¹ 7, maddə
590; 2013, ¹ 7, maddə 790; 2014, ¹ 7, maddə 772, ¹ 12, maddə
1517; 2015, ¹ 11, maddə 1262; 2016, ¹ 3, maddə 406, ¹ 6, maddə
975; 2017, ¹ 4, maddə 521, ¹ 11, maddə 1956, ¹ 12, I kitab, maddə 2227; 2018, ¹ 1, maddə
33, ¹ 5, maddə 842, ¹ 7, I kitab,
maddə 1389) 41.2-ci maddəsinin
birinci cümləsinə
"kənar auditorlara”
sözlərindən sonra
", maliyyə monitorinqi
orqanına” sözləri
əlavə edilsin.
Maddə 4. "Pasportlar
haqqında” Azərbaycan
Respublikasının Qanununda
(Azərbaycan Respublikası
Ali Sovetinin Məlumatı,
1994, ¹ 18, maddə 243; 1995, ¹ 14, maddə 237; Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 1997, ¹ 5, maddə
385, ¹ 6, maddə 493; 1998, ¹ 2, maddə 70; 2000, ¹ 12, maddə
835; 2001, ¹ 3, maddə 143, ¹ 6, maddə 378, ¹ 11, maddə
674; 2002, ¹ 1, maddə 4, ¹ 8, maddə 463; 2004, ¹ 7, maddə
505; 2005, ¹ 3, maddə 152, ¹ 10, maddə 874; 2006, ¹ 1, maddə
3, ¹ 2, maddə 64, ¹ 3, maddə
219, ¹ 4, maddə 319, ¹ 11, maddə
933, ¹ 12, maddələr 1006, 1017, 1029; 2007,
¹ 7, maddə 712, ¹ 8, maddə
753, ¹ 11, maddə 1053; 2008, ¹ 3, maddə 158, ¹ 8, maddələr
699, 701, ¹ 10, maddə 886; 2009, ¹ 7, maddə 519; 2010, ¹ 3, maddə
166, ¹ 4, maddə 276, ¹ 11, maddə
935; 2011, ¹ 4, maddə 270, ¹ 6, maddə 474, ¹ 7, maddə
580; 2012, ¹ 7, maddə 647; 2013, ¹ 5, maddə 465, ¹ 6, maddə
619, ¹ 7, maddə 793; 2014, ¹ 4, maddə 323, ¹ 11, maddə
1335; 2015, ¹ 6, maddə 688; 2017, ¹ 6, maddələr 1042, 1045, ¹ 12, maddə
2263; Azərbaycan Respublikasının
2018-ci il 30 oktyabr tarixli 1305-VQD nömrəli
Qanunu) aşağıdakı
dəyişikliklər edilsin:
4.1. 5-ci maddənin
birinci hissəsində
"Mərkəzi Bank yanında
Maliyyə Monitorinqi Xidmətinin” sözləri
"maliyyə monitorinqi
orqanının” sözləri
ilə əvəz edilsin;
4.2. 6-cı maddənin
birinci hissəsinin
1-ci bəndində "Mərkəzi
Bank yanında Maliyyə
Monitorinqi Xidmətinin
direktoruna” sözləri
"maliyyə monitorinqi
orqanının rəhbərinə”
sözləri ilə əvəz edilsin.
Maddə 5. Azərbaycan
Respublikasının 2005-ci il
24 iyun tarixli 945-IIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2005, ¹ 8, maddə 690; 2006, ¹ 4, maddə 316; 2007, ¹ 10, maddə
934; 2008, ¹ 8, maddə 699; 2010, ¹ 3, maddə 166, ¹ 4, maddə
276, ¹ 5, maddə 381) ilə
təsdiq edilmiş
"Vəzifəli şəxslər
tərəfindən maliyyə
xarakterli məlumatların
təqdim edilməsi Qaydaları”nın 3.1-ci maddəsinin
ikinci abzasında
"Azərbaycan Respublikasının
Mərkəzi Bankı
yanında Maliyyə Monitorinqi Xidmətinin direktoru və onun müavini” sözləri "maliyyə
monitorinqi orqanının
rəhbəri və onun müavinləri” sözləri ilə əvəz edilsin.
Maddə 6. Azərbaycan
Respublikasının Mülki
Məcəlləsinin (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2000, ¹ 4, I kitab,
maddə 250, ¹ 5, maddə
323; 2002, ¹ 12, maddə 709; 2003, ¹ 8, maddə 420; 2004, ¹ 3, maddə
123, ¹ 5, maddə 318, ¹ 6, maddə
415, ¹ 10, maddə 761, ¹ 11, maddə
901; 2005, ¹ 2, maddə 61, ¹ 6, maddə 466, ¹ 8, maddələr
684, 692, 693, ¹ 11, maddə 996, ¹ 12, maddə 1085; 2006, ¹ 2, maddə
68, ¹ 3, maddə 225, ¹ 5, maddə
387, ¹ 6, maddə 478, ¹ 8, maddə
657, ¹ 12, maddə 1005; 2007, ¹ 2, maddə 80, ¹ 6, maddə
560, ¹ 8, maddə 745, ¹ 10, maddə
937, ¹ 11, maddə 1053, ¹ 12, maddələr
1215, 1219; 2008, ¹ 3, maddə 145, ¹ 6, maddə 456, ¹ 7, maddə
602, ¹ 12, maddə 1049; 2009, ¹ 2, maddə 47, ¹ 5, maddə
295, ¹ 6, maddə 404, ¹ 7, maddə
517; 2010, ¹ 2, maddə 75, ¹ 3, maddə 171, ¹ 4, maddələr
265, 266, 276; 2011, ¹ 2, maddə 71, ¹ 7, maddə 586, ¹ 8, maddə
750, ¹ 12, maddələr 1073, 1102; 2012, ¹ 1, maddə 5, ¹ 5, maddə
403, ¹ 6, maddə 498; 2013, ¹ 1, maddə 15, ¹ 6, maddə
620, ¹ 11, maddə 1280, ¹ 12, maddələr
1469, 1478; 2014, ¹ 2, maddə 96, ¹ 7, maddə 768; 2015, ¹ 3, maddə
254, ¹ 5, maddə 512, ¹ 7, maddə
814, ¹ 10, maddə 1093; 2016, ¹ 1, maddə 26, ¹ 2, I kitab, maddələr 186, 204, ¹ 3, maddə
401, ¹ 4, maddələr 640, 646, ¹ 6, maddə 1005, ¹ 7, maddə
1248, ¹ 12, maddələr 1998, 2018; 2017, ¹ 2,
maddələr 151, 153, ¹ 4, maddə
524, ¹ 5, maddələr 703, 735, ¹ 6, maddə 1035, ¹ 11, maddə
1953, ¹ 12, I kitab, maddələr
2210, 2234, 2239; 2018, ¹ 2, maddə 142, ¹ 4, maddə 650, ¹ 5, maddələr
845, 851; Azərbaycan Respublikasının
2018-ci il 30 oktyabr tarixli 1295-VQD və 1297-VQD
nömrəli qanunları)
967.2-ci maddəsinin birinci
cümləsində "kənar
auditorlara” sözlərindən
sonra ", maliyyə monitorinqi orqanına” sözləri əlavə
edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 dekabr
2018-ci il
Azərbaycan.- 2019.- 9 fevral.- S.3.