“Yol hərəkəti haqqında”
Azərbaycan Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
23-cü bəndini rəhbər
tutaraq qərara alır:
"Yol hərəkəti haqqında”
Azərbaycan Respublikasının
Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 1998, ¹ 9, maddə
564; 2001, ¹ 5, maddə 298, ¹ 11, maddələr 676, 698; 2002, ¹ 1, maddə
9, ¹ 8, maddə 463; 2003, ¹ 8, maddə 424; 2004, ¹ 2, maddə
57, ¹ 11, maddə 901; 2005, ¹ 4, maddə 277, ¹ 10, maddə
874, ¹ 11, maddə 993; 2006, ¹ 12, maddə 1027; 2007, ¹ 6, maddə
560, ¹ 11, maddələr 1053, 1091; 2008, ¹ 2, maddə 49, ¹ 6, maddələr
453, 463, ¹ 7, maddə 602; 2009, ¹ 2, maddə 47, ¹ 4, maddə
210, ¹ 12, maddə 948; 2010, ¹ 7, maddə 598; 2011, ¹ 2, maddə
71, ¹ 4, maddə 255, ¹ 6, maddə
469, ¹ 12, maddə 1097; 2012, ¹ 5, maddə 402, ¹ 7, maddə
671; 2013, ¹ 4, maddələr 362, 363, ¹ 7, maddə 795, ¹ 11, maddələr
1295, 1298; 2014, ¹ 4, maddələr 343, 346, ¹
5, maddə 467, ¹ 11, maddə
1352; 2015, ¹ 1, maddə 2, ¹ 2, maddələr 76, 79, 105, ¹ 5, maddə
502, ¹ 6, maddə 686, ¹ 11, maddələr
1256, 1276; 2016, ¹ 11, maddələr 1758,
1795; 2017, ¹ 2, maddələr 138, 150; ¹ 5, maddə 727, ¹ 8, maddə
1507, ¹ 10, maddə 1774, ¹ 12 (I kitab), maddə 2215; 2018, ¹
2, maddələr 143, 157, ¹ 4, maddə 645; ¹ 6, maddə
1165, ¹ 7, maddələr 1432, 1436, 1439) 85-ci
maddəsində aşağıdakı
dəyişikliklər edilsin:
1. Adında və birinci hissəsində ismin müvafiq hallarında
"Azərbaycan Respublikasının
müvafiq icra hakimiyyəti orqanı” sözləri ismin müvafiq hallarında
"müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi
orqan (qurum)” sözləri ilə əvəz edilsin.
2. 10-cu bənd aşağıdakı redaksiyada
verilsin:
"10) Bu qanunun
52-ci maddəsinin IV və
ya VI hissələrində
nəzərdə tutulmuş
dayanma və ya durma qaydalarını
pozmuş sürücü
nəqliyyat vasitəsinin
yanında olmadığı
və həmin nəqliyyat vasitəsi yol hərəkəti və piyadaların hərəkətinə maneə
yaratdığı, habelə
Azərbaycan Respublikası
İnzibati Xətalar Məcəlləsinin 346-1.5-ci maddəsində
nəzərdə tutulmuş
hallarda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin
124.5-ci maddəsində nəzərdə
tutulmuş qaydada inzibati xəta haqqında qərar tərtib edir və nəqliyyat vasitəsinin ən yaxın mühafizə edilən duracağa aparılmasını təmin
edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin
346.1-ci, 346.2-ci, 346-1.2-ci, 346-1.3-cü və
346-1.4-cü maddələrində nəzərdə tutulmuş
inzibati xətaları
törətmiş şəxs
nəqliyyat vasitəsinin
yanında olmadığı
hallarda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin
124.6-cı maddəsində nəzərdə tutulmuş
qaydada inzibati xəta haqqında qərar tərtib edir və onun
surətini nəqliyyat
vasitəsinin ön şüşəsinə qoyur.”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
28 dekabr 2018-ci il
Azərbaycan.- 2019.- 9 fevral.-
S.4.