“Avtomobil yolları haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
1-ci, 10-cu və 23-cü bəndlərini
rəhbər tutaraq qərara alır:
"Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının
Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2000, ¹ 3 (I kitab),
maddə 125; 2001, ¹ 12, maddələr
731, 736; 2004, ¹ 11, maddə 901; 2006, ¹ 6, maddə 478; 2007, ¹ 5, maddə
436, ¹ 10, maddə 938; 2008, ¹ 5, maddə 348, ¹ 7, maddə
602; 2012, ¹ 6, maddə 506; 2013, ¹ 6, maddələr 599, 624; 2014, ¹ 4, maddə
341, ¹ 7, maddə 775; 2016, ¹ 2 (I kitab), maddə 200, ¹ 12, maddələr 1994, 1995; 2017, ¹ 5, maddə 720; ¹ 12 (I kitab), maddə 2229; 2018, ¹ 1, maddə
20) aşağıdakı dəyişikliklər
edilsin:
1. 11-ci maddənin
birinci hissəsində
", təsərrüfat və
ya əməli idarəçiliyində” sözləri
"və ya istifadəsində” sözləri
ilə əvəz edilsin.
2. 13-cü maddə
üzrə:
2.1. səkkizinci
hissədə "reklam
və digər məlumat qurğuları”
sözləri "məlumat
qurğuları (reklam
qurğuları istisna
olmaqla)” sözləri
ilə əvəz edilsin;
2.2. doqquzuncu
hissədən ", habelə
reklam qurğularının”
sözləri çıxarılsın.
3. 14-cü maddənin
üçüncü hissəsinin
üçüncü abzasında
və 15-1-ci maddənin
altıncı hissəsində
"müvafiq icra hakimiyyəti orqanının”
sözləri "müvafiq
icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun)” sözləri ilə əvəz edilsin;
4. 15-1-ci maddənin
dördüncü hissəsində
"müvafiq icra hakimiyyəti orqanı ilə” sözləri
"müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi
orqanla (qurumla)” sözləri ilə əvəz edilsin.
5. 18-ci maddənin
birinci hissəsinin birinci cümləsində
"müvafiq icra hakimiyyəti orqanlarının”
sözləri "müvafiq
icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun)” sözləri ilə əvəz edilsin.
6. 19-cu maddə üzrə:
6.1. birinci
hissədə "reklam
və məlumat qurğuları” sözləri
"məlumat qurğuları
(reklam qurğuları
istisna olmaqla)” sözləri ilə əvəz edilsin;
6.2. ikinci hissədə "lövhələri
və qurğular, elanlar və digər məlumat işarələri və göstəricilər” sözləri
"reklam və digər məlumat qurğuları” sözləri
ilə əvəz edilsin;
6.3. üçüncü
hissə aşağıdakı
redaksiyada verilsin:
"Avtomobil
yollarının torpaq
sahəsində reklam qurğularının yerləşdirilməsi
Azərbaycan Respublikasının
Şəhərsalma və
Tikinti Məcəlləsi
və "Reklam haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada həyata keçirilir.”.
7. 19-2-ci maddə
üzrə:
7.1. ikinci hissənin birinci cümləsində "müvafiq
icra hakimiyyəti orqanı ilə” sözləri "müvafiq
icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanla (qurumla)” sözləri ilə əvəz edilsin;
7.2. dördüncü
hissənin ikinci abzasından "bələdiyyə
və ya özəl” sözləri
çıxarılsın;
7.3. beşinci
hissənin birinci abzasında "Bələdiyyə
və ya özəl avtomobil” sözləri "Avtomobil”
sözü ilə əvəz edilsin.
8. 21-ci maddənin
altıncı hissəsi
aşağıdakı redaksiyada
verilsin:
"Müvafiq
icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqana (quruma) öz fəaliyyət istiqamətləri
üzrə müvafiq
işlərin görülməsi
üçün müvafiq
icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahıda nəzərdə tutulmuş
lisenziya və icazələrin alınması
tələb olunmur.”.
9. 25-ci maddə üzrə:
9.1. ikinci və altıncı hissələrdə "müvafiq
icra hakimiyyəti orqanı” sözləri
"müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi
orqan (qurum)” sözləri ilə əvəz edilsin;
9.2. beşinci hissədə "müvafiq
icra hakimiyyəti orqanına” sözləri
"müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi
orqana (quruma)” sözləri ilə əvəz edilsin;
10. 29-cu maddə üzrə:
10.1. üçüncü
hissə aşağıdakı
redaksiyada verilsin:
"Avtomobil yollarında yol hərəkəti "Yol
hərəkəti haqqında”
Azərbaycan Respublikasının
Qanunu ilə müəyyən edilmiş
hallarda və qaydada müvəqqəti məhdudlaşdırıla və
ya qadağan edilə bilər.”;
10.2. beşinci
hissə ləğv edilsin.
11. 40-cı maddənin
ikinci hissəsindən
"müvafiq icra hakimiyyəti orqanı və” sözləri çıxarılsın.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
7 dekabr 2018-ci il
Azərbaycan.- 2019.- 9 fevral.-
S.4.