Azərbaycan Respublikası Prezidentinin
2014-cü il 8 iyul tarixli 211 nömrəli Fərmanı ilə təsdiq
edilmiş “ADA” Universitetinin
Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin
2014-cü il 8 iyul tarixli 211 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2014, ¹ 7, maddə 793; 2017, ¹ 5, maddələr 788, 802, ¹ 7, maddə
1364) ilə təsdiq edilmiş "ADA” Universitetinin
Nizamnaməsi”ndə aşağıdakı
dəyişikliklər edilsin:
1.1. 1.3-cü bəndə
"səviyyələri” sözündən
sonra "və orta ixtisas təhsili”
sözləri, ikinci halda "ali” sözündən sonra
", orta ixtisas” sözləri əlavə
edilsin;
1.2. 2.1-ci bəndin
ikinci cümləsinə
"institutlar” sözündən
sonra ", kolleclər”
sözü əlavə
edilsin;
1.3. 5.1.2-ci yarımbəndə
"ali” sözündən
sonra "və orta ixtisas” sözləri
əlavə edilsin;
1.4. 5.2.1-ci yarımbənddən
"üzrə üç
səviyyədən ibarət”
sözləri çıxarılsın
və həmin bəndə "doktorantura”
sözündən sonra
", habelə orta ixtisas təhsili üzrə” sözləri
əlavə edilsin;
1.5. 5.5-ci bəndin
birinci cümləsinə
"magistratura” sözündən
sonra ", habelə orta ixtisas” sözləri
əlavə edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər
Kabineti:
2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması
ilə bağlı təkliflərini üç
ay müddətində hazırlayıb
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin;
2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
2.3. mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın
və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
2.4. bu
fərmandan irəli gələn digər məsələləri həll
etsin.
3. Azərbaycan
Respublikasının Ədliyyə
Nazirliyi mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə
məlumat versin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
7 fevral 2019-cu il
Azərbaycan.- 2019.- 9 fevral.-
S.3.