“Yol hərəkəti
haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə” Azərbaycan
Respublikasının 2018-ci il 28 dekabr tarixli 1435-VQD nömrəli
Qanununun tətbiqi və “Yol
hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli
Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, "Yol hərəkəti haqqında”
Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə”
Azərbaycan Respublikasının
2018-ci il 28 dekabr tarixli 1435-VQD nömrəli Qanununun qüvvəyə minməsi
ilə əlaqədar
həmin qanunun tətbiqini təmin etmək məqsədilə
qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər
Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının
və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Yol hərəkəti haqqında”
Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə”
Azərbaycan Respublikasının
Qanununa uyğunlaşdırılmasına
dair təkliflərini
üç ay müddətində
hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə
təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.3. mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın
və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.4. həmin
qanundan irəli gələn digər məsələləri həll
etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə
Nazirliyi mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə” Azərbaycan
Respublikasının Qanununa
uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə
məlumat versin.
3. "Yol hərəkəti haqqında”
Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası
Prezidentinin 1998-ci il 22
noyabr tarixli 24 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
1998, № 11, maddə 666; 2001, № 7, maddə 459; 2003, № 10, maddələr
546, 571; 2004, № 8, maddə 617, № 12, maddə 1005; 2006, № 9, maddə
743; 2008, № 8, maddə 719; 2009, № 4, maddə 226, № 8, maddə
630; 2010, № 7, maddə 606; 2011, № 6, maddə 510; 2012, № 5, maddə
423, № 11, maddə 1079; 2014, № 9, maddə 1043; 2015, № 2, maddələr
110, 140, № 6, maddə 707, № 10, maddə 1116; 2016, № 3, maddə
456, № 4, maddələr 662, 666, № 6, maddə 1062, № 11, maddə
1839; 2017, № 5, maddə 758, № 8, maddə 1521; 2018, № 2, maddələr
169, 197, № 4, maddə 677, № 6, maddə 1241, № 7 (I kitab), maddələr 1466, 1493) 2-ci hissəsində
aşağıdakı dəyişikliklər
edilsin:
3.1. 2.1-ci bənddə
"və 85-ci maddəsinin”
sözləri ", 85-ci maddəsinin
adında, birinci hissəsində və” sözləri ilə əvəz edilsin;
3.2. 2.6-cı bənddən
ikinci halda "adında, birinci cümləsində,” sözləri
çıxarılsın;
3.3. 2.36-cı bəndin
sonunda nöqtə işarəsi nöqtəli
vergül işarəsi
ilə əvəz edilsin və aşağıdakı məzmunda
2.37-ci bənd əlavə
edilsin:
"2.37. həmin qanunun 85-ci maddəsinin adında və birinci hissəsində "orqan
(qurum)” dedikdə Azərbaycan Respublikasının
Daxili İşlər
Nazirliyi, 10-cu bəndinə
münasibətdə isə
Bakı şəhərinin
inzibati ərazisində
Bakı Nəqliyyat Agentliyi nəzərdə tutulur.”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
31 yanvar 2019-cu il
Azərbaycan.- 2019.- 9 fevral.- S.4.