“Avtomobil yolları haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə” Azərbaycan Respublikasının
2018-ci il 7 dekabr tarixli 1389-VQD nömrəli Qanununun
tətbiqi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, "Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə”
Azərbaycan Respublikasının
2018-ci il 7 dekabr tarixli 1389-VQD nömrəli Qanununun qüvvəyə minməsi
ilə əlaqədar
həmin qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər
Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının
və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Avtomobil
yolları haqqında”
Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə”
Azərbaycan Respublikasının
Qanununa uyğunlaşdırılmasına
dair təkliflərini
üç ay müddətində
hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə
təqdim etsin;
1.2. Avtomobil Yolları Dövlət Agentliyinin fəaliyyət istiqamətləri üzrə
müvafiq işlərin
görülməsi üçün
alınması tələb
olunmayan lisenziya və icazələrin siyahısı barədə
təkliflərini üç
ay müddətində hazırlayıb
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin;
1.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.4. mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın
və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.5. həmin
qanundan irəli gələn digər məsələləri həll
etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə
Nazirliyi mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə” Azərbaycan
Respublikasının Qanununa
uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə
məlumat versin.
3. Müəyyən
edilsin ki:
3.1. "Avtomobil yolları haqqında” Azərbaycan Respublikası
Qanununun 14-cü maddəsinin
üçüncü hissəsinin
üçüncü abzasında,
15-1-ci maddəsinin dördüncü
və altıncı hissələrində, 18-ci maddəsinin
birinci və 19-2-ci maddəsinin ikinci hissələrinin birinci cümlələrində, 21-ci maddəsinin
altıncı (hər
iki halda), 25-ci maddəsinin ikinci, beşinci və altıncı hissələrində
nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanının
səlahiyyətlərini Azərbaycan
Respublikasının Prezidenti
həyata keçirir;
3.2. həmin
qanunun 21-ci maddəsinin
altıncı hissəsində
ikinci halda "orqan” dedikdə Azərbaycan Respublikasının
Prezidenti nəzərdə
tutulur;
3.3. həmin qanunun 14-cü maddəsinin
üçüncü hissəsinin
üçüncü abzasında
və 15-1-ci maddəsinin
altıncı hissəsində
"orqan (qurum)” dedikdə yol hərəkətinin təhlükəsizliyi
sahəsində Azərbaycan
Respublikasının Daxili
İşlər Nazirliyi,
habelə Bakı şəhərinin inzibati
ərazisində Bakı
Nəqliyyat Agentliyi, sərnişin və yük daşımaları
sahəsində Azərbaycan
Respublikasının Nəqliyyat,
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı, Sumqayıt və Gəncə şəhərlərinin
inzibati ərazilərində
müntəzəm şəhərdaxili
sərnişindaşımaya münasibətdə isə,
müvafiq olaraq, Bakı Nəqliyyat Agentliyi, Sumqayıt və Gəncə şəhər icra hakimiyyətlərinin başçıları
yanında Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma idarələri
nəzərdə tutulur;
3.4. həmin
qanunun 15-1-ci maddəsinin
dördüncü hissəsində,
19-2-ci maddəsinin ikinci
hissəsinin birinci cümləsində, 21-ci maddəsinin
altıncı (birinci halda), 25-ci maddəsinin ikinci, beşinci və altıncı hissələrində "qurum”
dedikdə Azərbaycan
Avtomobil Yolları Dövlət Agentliyi nəzərdə tutulur;
3.5. həmin qanunun 18-ci maddəsinin birinci hissəsinin birinci cümləsində
"orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti, habelə Bakı şəhərinin
inzibati ərazisində
Bakı Nəqliyyat Agentliyi nəzərdə tutulur.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
31 yanvar 2019-cu il
Azərbaycan.- 2019.- 9 fevral.- S.4.