“Rayon (şəhər)
məhkəmələrinin baxdığı inzibati
xətalar haqqında işlər üzrə protokol
tərtib etmək səlahiyyəti olan vəzifəli
şəxslərin Siyahısı”nın təsdiq edilməsi
barədə” Azərbaycan Respublikası Prezidentinin
2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası
Prezidentinin 2017-ci il 3
may tarixli 1361 nömrəli
Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2017, ¹ 5, maddə
765, ¹ 9, maddə 1650, ¹ 10, maddə
1789, ¹ 12 (I kitab), maddələr
2314, 2321; 2018, ¹ 1, maddə 54, ¹ 2, maddələr 200, 219, ¹ 3, maddələr
416, 430, 448, ¹ 5, maddələr 916, 919, ¹ 6,
maddə 1243, ¹ 9, maddələr
1828, 1840, ¹ 11, maddələr 2274, 2289; Azərbaycan Respublikası
Prezidentinin 2018-ci il 10
dekabr tarixli 383 nömrəli, 21 dekabr tarixli 430 nömrəli fərmanları) ilə təsdiq edilmiş "Rayon
(şəhər) məhkəmələrinin
baxdığı inzibati
xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın
19-cu hissəsinə "229,” rəqəmlərindən sonra
"253-1.1.1 (yaşıllıqların uçota alınmamasına
münasibətdə), 253-1.1.2 (yaşıllıqların uçotu
məlumatlarının təhrif
edilməsinə münasibətdə),
253-1.1.3,” rəqəmləri və sözləri əlavə edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
7 fevral 2019-cu il
Azərbaycan.- 2019.- 9 fevral.-
S.4.