Dövlətin siyasətinin mərkəzində vətəndaşın rifahı dayanır

 

Minimum əməkhaqqının artırılması buna daha bir misaldır

 

Prezident İlham Əliyev Minimum aylıq əməkhaqqının artırılması və "Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb. Sərəncama əsasən, minimum aylıq əməkhaqqının məbləği 2019-cu il martın 1-dən 180 manat müəyyən edilib. Bu, dövlətin Azərbaycan vətəndaşına diqqət və qayğısının daha bir nümunəsidir.

Prezident İlham Əliyev ölkə vətəndaşlarının rifahının yüksəldilməsinin daim dövlətin siyasətinin mərkəzində dayandığını vurğulayır və bu, əməli işlər və tədbirlərlə təsdiq olunur. Ölkədə yeni-yeni müəssisələrin açılması, çoxsaylı yerlərinin yaradılması, sosial infrastrukturun genişləndirilməsi insanlara qayğının davamlı olduğunu göstərir. Regionların sosial-iqtisadi inkişafına yönəldilmiş üç dövlət proqramının müvəffəqiyyətlə yerinə yetirilməsi nəticəsində Azərbaycanın rayon və kəndlərinin siması gözəlləşmiş, əyalətdə yaşayan insanların güzəranı xeyli yaxşılaşdırılmışdır.

Son 15 il ərzində ölkədə 2 milyon yeni yeri açılmışdır. Bu yerlərinin böyük hissəsi bölgələrin payına düşür. Azərbaycanın qazandığı bütün iqtisadi göstəricilər deməyə əsas verir ki, ölkəmiz uğurla, inamla inkişaf edibbu, özünü ilk növbədə əhalinin rifah halının yaxşılaşmasında göstərir.

Davamlı olan iqtisadi inkişaf sosial məsələlərə böyük diqqət yetirməyə imkan yaradır. Son 15 il ərzində əməkhaqqı 7 dəfə , pensiyalar isə 9 dəfə artıb. Ölkədə 3 min 200-dən çox məktəb əsaslı təmir edilib və yenidən tikilib, 640 tibb müəssisəsi inşa edilib və yenidən qurulub. Bu cür faktların siyahısını xeyli artırmaq mümkündür. Bunlar şərhə ehtiyacı olmayan faktlardır. Bütün bunlar dövlətin siyasətinin sosialyönümlü olduğunun aydın təzahürüdür və əldə edilmiş nailiyyətlərin ilk növbədə sosial sahəyə yönəldiyini təsdiqləyir.

Təsadüfi deyil ki, regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının yekunlarına həsr olunan konfransda dövlət başçısı ölkəmizdə sosial sahənin daim diqqət mərkəzində saxlanıldığını bir daha qeyd etmişdir: "Məcburi köçkünlərin problemləri həmişə diqqət mərkəzində olmuşdur, bu gün də belədir. Son illər ərzində yüzdən çox köçkün şəhərciyi tikilib, köçkünlərə təqdim edilib. Şəhid ailələri, müharibə veteranları, müharibə əlilləri üçün 6650 mənzil təqdim edilmişdirbu proses davam etdirilir. Bu kateqoriyadan olan vətəndaşlar evlərlə təmin olunacaqlar. Yəni, Azərbaycan sosial sahəyə çox böyük diqqət göstərən ölkədir. Biz ölkəmizdə bazar iqtisadiyyatı prinsiplərini sosial ədalət prinsipləri ilə birləşdirə bildikhesab edirəm ki, Azərbaycanın uğurlu inkişafı məhz buna söykənir”.

Vətəndaşa qayğıdan danışarkən keçən il aprelin 11-də keçirilən prezident seçkilərindən sonra dövlət başçısı İlham Əliyevin imzaladığı ilk fərmanı da mütləq yada salmaq lazımdır. "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” fərmana əsasən, qeyd olunan şəhid hərbi qulluqçuların vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmələrin verilməsi nəzərdə tutulub. Artıq ödəmə prosesi də həyata keçirilir. Belə ki, indiyədək 3100 şəhid hərbi qulluqçunun vərəsələri həmin məbləği alıb. Ödənişlər davam edir.

Bir sözlə, yaşından, peşəsindən, vəzifəsindən, şəhərdə, yaxud kənddə yaşamasından asılı olmayaraq hər bir vətəndaş dövlətin qayğısının əhatəsindədir. "Mən hər bir azərbaycanlının Prezidentiyəm” deyən cənab İlham Əliyev bunu əməli tədbirlərlə, yeni sərəncam və fərmanlarla təsdiq edir. Dövlət başçısının minimum əməkhaqqının artırılması barədə sərəncamı da deyilənlərə daha bir misaldır.

 

Flora SADIQLI

 

Azərbaycan.- 2019.- 9 fevral.- S.1.