Çillə şərqisi
Qabağı yazdır
çillənin,
Ömrü azdır çillənin.
Yer bürünür
ağ qara,
Təslim olur bahara.
Ağ bayraqlı
Qış gedir,
Al bayraqlı Yaz gəlir!
Nağılçılar xoş gedir,
Ozan, aşıq, saz gəlir!
Böyük çillə
cıxmamış,
Kiçik çillə
gəlməmiş;
Boz Ay çapır
atını,
Bilir qışın zatını.
Bənövşə açıb
gəlib,
Yatağı torpaq olur;
Çiçəyi yarpaq olur!
Xan çobanın arzusu,
Gəlir qumral quzusu!
Yağış ruzu gətirir,
Novruz gəlib
yetirir!
Qüvvət dolur qollara,
Ellər çıxır
yollara;
Durnaları gözləyir!
Bülbül gülü
izləyir,
Şaxta, boran sovuşur!
Yer düzəldib qəddini,
Gözəl Yaza qovuşur!
Əhməd CAVAD
Azərbaycan.- 2019.- 9 fevral.- S.7.