Dövlət vətəndaşına yenə də sahib çıxır

 

Ölkə rəhbəri Şamaxıda zəlzələdən zərər çəkən insanlarla bir araya gəldi

 

Bu günlərdə daha bir təbii fəlakət sınağı ilə üz-üzə qaldıq. Bir-birinin ardınca müşahidə olunan yeraltı təkanlar insanlarda müəyyən narahatlıq yaratdı.

Bildiyimiz kimi, ilk zəlzələ fevralın 5-də yerli vaxtla saat 23:19-da Pirqulu stansiyasından 7 kilometr cənubda, Ağsu ərazisində 4,4 bal gücündə qeydə alındı. Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yeraltı təkanların ocağı 10 kilometr dərinlikdə yerləşib. Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4,3 bala qədər hiss olunub.

Digər 5,3 bal gücündə olan zəlzələ yerli vaxtla saat 23:31-də Pirqulu stansiyasından 10 kilometr cənub-qərbdə, İsmayıllı ərazisində qeydə alınıb.

Yeraltı təkanların ocağı 8 kilometr dərinlikdə yerləşib. Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5,3 bala qədər hiss olunub.

Ümumilikdə isə fevralın 5-dən 6-na keçən gecə respublika ərazisində baş verən zəlzələ paytaxt Bakı da daxil olmaqla, əksər bölgələrimizdə narahatlıq yaşatdı. Lakin zəlzələnin fəsadları özünü daha çox Ağsu, İsmayıllı Şamaxı rayonlarında göstərdi. Xüsusən Şamaxı rayonunda təbii fəlakətin fəsadları çox olub. Əsasən dağıntılar bu rayonda qeydə alınıb. Konkret olaraq 14 kəndə ziyan dəyib. Zəlzələ nəticəsində kəndlər üzrə 14, şəhərdə isə 17 evdə dağıntı baş verib.

Rayon icra hakimiyyəti başçısının müavini Gülnisə Ələkbərovanın verdiyi məlumata görə, xoşbəxtlikdən insan tələfatı olmayıb, lakin bir sıra sakinlərin sağlamlığında problemlər yaşanıb. Belə ki, xəstəxananın təcili yardım şöbəsinə 19, terapiya şöbəsinə 4, cərrahiyyə şöbəsinə isə 3 nəfər müraciət edib. Xəstələrin əksəriyyəti yardım alaraq evə buraxılıb. Reanimasiya şöbəsində hazırda beş nəfər müalicə alır.

Yeraltı təkanlar nəticəsində rayona verilən elektrik enerjisində 40 dəqiqəyə yaxın fasilə yaranıb. Şəhərdə bəzi evlərin istinad divarlarının uçması nəticəsində qaz xətlərində sızmalar yarandığından, saat 00:00-dan etibarən "mavi yanacağ”ın verilişi dayandırılıb.

Hadisənin baş verdiyi ilk saatlardan Prezident İlham Əliyevin tapşırığı ilə fövqəladə hallar naziri Kəmaləddin Heydərov Şamaxıya gəlib rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədovla hadisə nəticəsində zərər çəkmiş evlərə baş çəkiblər.

Fevralın 7-də isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev zəlzələnin baş verdiyi Şamaxıya gəlib. Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov dövlət başçısına fevralın 5-də 6-da təbii fəlakətin törətdiyi fəsadlar barədə məlumat veriblər.

Prezident İlham Əliyev zəlzələdən zərər çəkən tikililərə baxıb sakinlərlə söhbət edib. Ölkə rəhbərinin insanların belə ağır günlərində yanında olması sakinləri daha da ürəkləndirib dövlətə olan inamlarını artırıb.

Prezident İlham Əliyevin Şamaxı, İsmayıllı Ağsuda baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması tədbirləri haqqında imzaladığı sərəncam bu rayonların sakinlərində belə bir inam yaradıb: dövlət hər zaman vətəndaşına sahib çıxır. Sərəncama əsasən, baş vermiş zəlzələlər nəticəsində Şamaxı, İsmayıllı Ağsu rayonlarında yaşayış evlərinə, sosial infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması üçün 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Fövqəladə Hallar Nazirliyinə ilkin olaraq iki milyon manat ayrılıb.

Ayrılan vəsait bir daha insanlara olan diqqət qayğının təzahürü kimi qəbul edilib. İndi evi qəzalı vəziyyətə düşən, yaxud da tamamilə sıradan çıxmış insanlar narahat olur, sarsıntı keçirirlər. Onlar əmindirlər ki, gözləmədikləri halda üzləşdikləri təbii fəlakət problemi məhz dövlətin verdiyi dəstək sayəsində tezliklə aradan qalxacaq yenidən rahat evlərində həyatlarını davam etdirəcəklər.

 

Əli SƏLİMOV

 

Azərbaycan.- 2019.- 10 fevral.- S.1-2.