“Formula-1”in ən möhtəşəm
təşkilatçılıq modeli
Bakı daha 5 il dünyanın
sürət paytaxtı
olacaq
"Formula-1” yarışlarında
yüksək təşkilatçılıqla
nümunə göstərən
Azərbaycan daha 3 il, yəni
2023-cü ilədək dünyanın
ən güclü pilotlarını qarşılayacaq.
Bakı builki yarış da daxil olmaqla, daha 5 il
planetin sürət paytaxtı olacaq. Sözsüz
ki, belə nüfuzlu yarışların
ölkəmizə həvalə
edilməsi Azərbaycanın
dünyada və Avropada idman ölkəsi kimi tanınmasından irəli
gəlir.
Bu gün
Azərbaycanda idmanın
inkişafına geniş
prizmadan yanaşılır
və bunun üçün kompleks tədbirlər görülür. Bunun nəticəsi
olaraq ölkəmizdə
keçirilən nüfuzlu
yarışlar silsilə
xarakter daşıyır.
Aprelin 26-28-də dünyanın diqqəti yenə də Bakıya yönələcək. Paytaxtımız planetin bir nömrəli
avtomobil yarışına
4-cü dəfə evsahibliyi
edəcək. Azərbaycan Qran-prisində
ən məşhur komandalar və pilotlar 6 kilometr məsafədən ibarət
51 dövrəlik mərhələnin
qalibi uğrunda yarışacaqlar. Bu mübarizə isə, sözsüz ki, sürət həvəskarlarının
böyük marağına
səbəb olacaq.
Unikal Bakı
treki
"Formula-1” yarışlarının
2019-cu il mövsümü
21 mərhələdən ibarət
olacaq. Azərbaycan yarışların 4-cü mərhələsinə evsahibliyi
edəcək. Mövsümün ilk yarışı martın
15-də Avstraliyada başlayıb,
son yarışı isə
noyabrın 29-da Abu Dabidə
tamamlanacaq.
Uzunluğu 6 kilometrdən bir qədər artıq olan Bakı Şəhər Halqası
trekin uzunluğuna görə dünyada ikincidir. Unikal xüsusiyyətlərə
sahib Bakı Şəhər
Halqası elə təşkil olunub ki, izləyənlər yarış zamanı
UNESCO-nun Ümumdünya İrs
Siyahısına daxil olan İçərişəhər
Tarixi-Memarlıq Qoruğunu,
şəhərin müasir
göydələnlərini və Xəzərin sahilboyu hissəsini özündə birləşdirən
Bakının ecazkar simasını görəcəklər.
Şəhər treki pilotlardan xüsusi dəqiqlik tələb edən İçərişəhərətrafı
dar yoxuş hissəsi, inanılmaz sürət əldə etməyə imkan verən 2,2 kilometr
dənizkənarı hamar
hissəsi və s. bir sıra özəllikləri
ilə yarışı
canlı olaraq tribunalardan və ya televiziya qarşısında
izləyən "F1” azarkeşləri
üçün əsrarəngiz
bir şouya çevriləcək.
Trekdə yarış avtomobillərinin
hərəkəti saat
əqrəbinin əks
istiqamətində olacaq. Trekin ən
geniş yeri 13 metrdir, ən dar hissəsi trekin İçərişəhər
ətrafında olan bölmələrində, o cümlədən
7-ci və 8-ci döngələrdə
7.6 metr təşkil edəcək. Start və
finiş xətti Azadlıq meydanında olacaq.
Bir nömrəli
avtomobil yarışı
"Formula -1” üzrə dünya çempionatı bir nəfərlik, açıq
təkərli avtomobillərin
yarışıdır. Yüksək statusa malik bu
yarışlarda sürücülər
pilot, avtomobillər isə
bolid adlanır. İl ərzində müxtəlif
ölkələrdə "F1” üzrə mərhələ
yarışları, başqa
sözlə, qran-prilər
təşkil olunur.
Dünyada geniş tamaşaçı
auditoriyasına malik bu turnirlər izlənmə sayına görə yalnız Yay Olimpiya Oyunlarından
və futbol üzrə dünya çempionatından geri qalır. Daha çox sürət
həvəskarlarının maraq dairəsində olan "Formula-1” Qran-priləri
ilk vaxtlar ancaq Avropa ölkələrində
keçirilsə də,
hazırda dünyanı
əhatə edir.
Yarışları FIA (Beynəlxalq Avtomobil Federasiyası) keçirir. 1904-cü ildə Parisdə yaradılan federasiya avtomobil idmanı üzrə təşkil olunan bütün növ yarış və tədbirlərə
cavabdehdir.
"Formula-1” üzrə
ilk rəsmi dünya çempionatı isə
1950-ci il mayın 13-də İngiltərənin
Silverstoun trekində təşkil olunub. Britaniya kral ailəsinin də maraqla izlədiyi turnirdə 21 bolid qələbə uğrunda mübarizə aparıb. Həm təsnifat, həm də əsas mərhələdə finiş
xəttinə birinci gələn "Alfa Romeo”nun
italiyalı pilotu Cüzeppe Nino Farina "F1” yarışının
ilk qalibi kimi tarixə düşüb.
Birincilik
uğrunda mübarizədə
onun əsas rəqibi komanda yoldaşı, argentinalı
Xuan Manuel Fanxio olub. Lakin sonralar X.M.Fanxio
bu məğlubiyyətin
əvəzini yetərincə
çıxdı. Belə ki,
o, karyerası ərzində
5 dəfə (1951-ci, 1954-cü, 1955-ci,
1956-cı və 1957-ci illərdə)
dünya çempionu adını qazanmaqla rəqiblərinə aman verməyib.
Bakı yeniliyin
tətbiqi ilə yaddaşlara yazılıb
"Formula-1” yarışlarında
Bakı yeniliyin tətbiqi ilə də yaddaşlara həkk olunub. Xatırladaq ki,
2016-cı ildəki dünya
çempionatında "F1” Bakı mərhələsində
sıralama turları ilə bağlı yenilik etmişdi. Belə ki, əvvəlki
qaydalara görə,
18 dəqiqə davam edən birinci və 15 dəqiqəlik ikinci seansların nəticələrinə əsasən
ən pis nəticə göstərən
6 pilot mübarizədən kənarlaşdırılmışdı. 10
pilot isə 12 dəqiqəlik
üçüncü seansdakı
göstəricilərə görə
yarışa start vermişdilər.
Bakı mərhələsində tətbiq
edilən yeni qaydalarda isə seansın sonunda yox, 90 saniyədən bir ən yavaş
pilotun mübarizəni
dayandırması nəzərdə
tutulmuşdu.
Məhz Bakıdakı yenilik son 3 mövsümdür "Formula-1” mütəxəssislərinin rəylərinə
görə, yarışlarda
həyəcanı bir
qədər də artırıb.
Salam, Bakı
Aprelin 26-dan etibarən Azərbaycan Qran-prisi ilə bağlı Bakıya gələn hər kəs ölkəmizin inkişafını, xalqımızın
qonaqpərvərliyini, zəngin
mədəniyyətini növbəti
dəfə öz gözləri ilə görəcəklər. Onlar Azərbaycanda
keçirilən sürət
yarışına hazırlıq
işlərinin çox
yüksək səviyyədə
aparıldığının növbəti dəfə şahidinə çevriləcəklər.
Azneft meydanından Dəniz vağzalına qədər
bütün Dənizkənarı
Milli Park ərazisində
əyləncə zonaları
fəaliyyətə başlayacaq. Həmçinin
azarkeşlər üçün
pit yolu gəzintisi təşkil olunacaq. Bununla onlar "Formula-1” aləminə
daha da yaxınlaşacaqlar.
Gəzinti zamanı azarkeşlər pit yolunu keçərək komandaların
yarışa hazırlığına
şahidlik edəcək,
pit-stop əməliyyatlarını öz gözləri ilə görəcəklər.
İzləyicilər komandaların qarajlarında
dünyanın ən innovativ yarış avtomobillərinin mühəndis
və mexaniklər tərəfindən necə
sazlanması prosesinin şahidi olacaqlar.
Bayram ab-havasına bürünmüş
Bakıda sürət
və adrenalin həvəskarları
simulyatorlarda test edərək
özlərini əsl
"F1” sürücüsü yerində görə biləcəklər. Azarkeşlər bu oyunlarda sanki Azərbaycan Qran-prisinin bir hissəsinə çevrilərək
bu mötəbər yarışın həyəcanını
yaşayacaq, onun adrenalinini hiss edəcəklər.
Sürətsevərlərin pilotlar ilə görüşləri
"Formula-1”in Azərbaycan nümunəsi yüksək səviyyədə hazırlıq, qonaqpərvərlik ilə dünyanı heyran etməklə yanaşı, paytaxtımızda yarışan ən məşhur pilotların qəlbində hər zaman dostluq, anlaşma, sevgi məşəli yandırıb. Bu dəfə də Bakı bulvarının əsas səhnəsində 3 gün ərzində sürətsevərlər öz qəhrəmanları - "McLaren”, "Haas”, "Williams”, "Red Bull Racing”, "Ferrari”, "Mercedes”, "Renault”, "Toro Rosso”, "Alfa Romeo Racing” və s. komandaların pilotları ilə avtoqraf sessiyalarında görüşəcəklər. Bu, azarkeşlər üçün növbəti dəfə əsl hədiyyə olacaq.
Elçin CƏFƏROV
Azərbaycan.- 2019.- 12 fevral.-
S.1; 6.