Mehriban xanım Əliyeva sağlamlıq imkanları məhdud
olan uşaqların tibbi
və sosial reabilitasiyasını gücləndirir
Azərbaycan Respublikasının Birinci
vitse-prezidenti, Heydər
Əliyev Fondunun prezidenti Mehriban Əliyeva fevralın 11-də
Bakının Nərimanov
rayonundakı Uşaq Psixonevroloji Mərkəzində
olub.
AZƏRTAC xəbər
verir ki, dəfələrlə bu müəssisəyə gələn
Mehriban xanım Əliyeva tibbi bərpa və təlim-tərbiyə prosesləri
ilə yaxından maraqlanıb, mövcud problemlərin həllinə
dair tapşırıqlar
verib. Bu gün
də Mehriban Əliyeva burada yaşayan və müalicə olunan, xüsusi təhsilə yiyələnən uşaqlar
üçün yaradılan
şəraitlə maraqlanıb.
Mərkəzin baş həkimi İradə Musayeva Birinci vitse-prezident Mehriban Əliyevaya məlumat verdi ki,
hazırda müəssisədə
körpəlikdən yetkinlik
yaşına qədər
103 uşağa tibbi xidmət göstərilir.
Burada uşaqların yaşayışı,
müalicəsi, xüsusi
təhsilə yiyələnmələri
üçün hər
cür şərait yaradılıb. Heydər Əliyev
Fondunun dəstəyi ilə 2009-cu ildə inşa edilən bu tibb ocağında
psixoloq, aromaterapiya, okulist, psixonevroloq, nevropatoloq, loqoped, pediatr, lor, ultrasəs
müayinəsi, fizioterapiya
otaqları fəaliyyət
göstərir. Mərkəzdə autizm, uşaq serebral iflici və formaları, əqli gerilik və ləngimələr,
onun təzahürlərindən
əziyyət çəkən
uşaqlar müalicə
olunurlar. Onların müalicəsi
isə kompleks şəklində, yəni
həkim və pedaqoji müalicə daxil olmaqla aparılır.
Mərkəzdə bu sahədə
dünyada tətbiq olunan müasir proqramlardan istifadə edilir. Burada ən müasir
tibb və diaqnostik cihazlardan, reabilitasiya avadanlığından
istifadə olunaraq, sağlamlıq imkanları
məhdud uşaqlara ən yüksək səviyyədə tibbi və bərpa xidməti göstərilir.
Bunun üçün mərkəzdə
hər cür şərait yaradılıb.
Uşaqların müalicəsi, təlim-tərbiyəsi
ilə peşəkar tibbi, pedaqoji və texniki heyət məşğul olur.
Birinci vitse-prezident Mehriban Əliyeva uşaqlarla söhbət etdi.
Doqquz yaşlı
Ömərlə birgə
rəsm çəkən
birinci xanım Mehriban Əliyeva onun bacarıqlı olduğunu dedi. Heydər Əliyev Fondunun prezidenti uşaqların müalicəsi üçün
tətbiq edilən prosedurları izlədi, müalicə zamanı istifadə olunan üsullarla maraqlandı.
Mehriban xanım Əliyeva xüsusi qayğıya ehtiyacı olan 6 yaşlı Nasimin də istək və arzularını dinlədi, oyun vasitəsilə onun suallarını cavablandırdı.
Tibb müəssisəsinin digər
balaca pasiyenti Abdullanın müalicəsi
isə filtrasiya olunan musiqinin xüsusi qulaqcıqlarla dinlənilməsinə əsasən
beyinə impulsların
ötürülməsi ilə
aparılır.
Müalicənin bu üsulu ilə
maraqlanan Birinci vitse-prezidentə məlumat
verildi ki, cari ildən həmin müalicədə
tətbiq edilən yeniliklərdən biri də Azərbaycan klassik musiqisinin filtrasiya olunaraq istifadə edilməsidir.
Ölkəmizdə sağlamlıq imkanları
məhdud olan uşaqların tibbi və sosial reabilitasiyasının gücləndirilməsi
istiqamətində mühüm
addımlar atılır. Dövlət sağlamlıq imkanları
məhdud uşaqların
çoxsaylı sosial
proqramlara, o cümlədən
reabilitasiya, pulsuz istirahət və texniki-bərpa təminat proqramlarına cəlb olunmasını həyata keçirir. Mərkəzdə yaradılan şərait də bunu bir
daha təsdiq edir.
Xüsusi qayğıya ehtiyacı olan balacalar Mehriban Əliyeva ilə söhbət edərək, bacarıqlarını
nümayiş etdirdilər.
Uşaqlar Heydər Əliyev Fondunun prezidentinə sevimli oyunlarından, oxuduqları mahnılardan danışdılar.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müəssisənin
həyətində inşa
edilən akt zalı haqqında da məlumat verildi.
Mərkəzdə müalicə
və təhsil alan uşaqlara
Heydər Əliyev Fondunun hədiyyələri
təqdim edildi.
Birinci vitse-prezident tibb ocağının fəaliyyətinə
uğurlar arzuladı.
Azərbaycan.- 2019.- 12 fevral.- S.1-2.