Heydər Əliyev Fondu Azərbaycanın gələcəyi olçan uşaqlara yüksək qayğı göstərir

 

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva fevralın 11-də Bakının Nəsimi rayonundakı 268 nömrəli xüsusi məktəbdə olub, uşaqlarla görüşüb, şagirdlərin təhsili ilə maraqlanıb.

AZƏRTAC xəbər verir ki, məktəbin direktoru Seyfəddin Mustafayev Birinci vitse-prezidentə məlumat verdi.

Bildirildi ki, təhsil ocağı 2017-ci il sentyabrın 11-də əsaslı təmirdən sonra Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. Qeyd olundu ki, məktəbin 23 sinif otağı var. Təhsil müəssisəsinin bütün otaqları zəruri əyani tədris vəsaitləri ilə təchiz olunub. Burada, həmçinin informatika otağı gimnastika zalı da şagirdlərin ixtiyarına verilib. Təhsil ocağında əqli fiziki cəhətdən geri qalmış, psixi inkişafında ləngiməsi olan 900 şagird təhsil alır. Onlardan 220-nə məktəbdə, qalanlarına isə evlərində fərdi qaydada dərs keçirilir. Xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsili ilə 242 müəllim məşğul olur. Onlar daun sindromlu, autizm, ümumtəhsil proqramını mənimsəyə bilməyən əqli inkişaf geriliyi diaqnozu olan uşaqlara təlim keçirlər. Məktəbdə Azərbaycan rus bölmələri fəaliyyət göstərir. Burada uşaqlar gündə 2 dəfə qidalanırlar.

Qeyd edək ki, Azərbaycanın gələcəyi olan uşaqlara yüksək qayğı göstərən Heydər Əliyev Fondu onların intellektual inkişafı, sağlam vətəndaşlar kimi boya-başa çatmaları üçün mühüm tədbirlər həyata keçirir. Fond xüsusi qayğıya ehtiyacı olan uşaqları da hər zaman diqqət mərkəzində saxlayır, müxtəlif aksiyalar reallaşdırmaqla onlara sevinc bəxş edir. Bu dəfə uşaqlara Heydər Əliyev Fondunun hədiyyələri təqdim edildi. Fondun prezidenti Mehriban Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil aldığı bu müəssisəyə dəfələrlə baş çəkib, burada yaradılan şəraitlə maraqlanıb.

Birinci vitse-prezident Mehriban Əliyeva məktəbin musiqi sinfində şagirdlərin ifasını dinlədi.

 

Azərbaycan.- 2019.- 12 fevral.- S.2.