Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Xidməti vəzifələrini və qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aşağıdakı hərbi qulluqçuları təltif edilsinlər:

 

3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə

 

Tağıyev Elmar Əli oğlu - polkovnik-leytenant

 

"Hərbi xidmətlərə görə” medalı ilə

 

Babazadə Əjdər Yəhya oğlu - polkovnik-leytenant

Əhmədov Elşad Təşkilat oğlu - polkovnik-leytenant

Məmmədov Bəxtiyar İbrahim oğlu - polkovnik-leytenant

Nəbiyev Əfran Xanəli oğlu - polkovnik-leytenant

Əliyev Vüsal Akif oğlu - mayor

Həsənov Nicat Zəfər oğlu - mayor

Əsədullayev Vilayət Fətulla oğlu - kapitan

Sadıqova Ülviyyə Məhərrəm qızı - ədliyyə baş leytenantı

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 fevral 2019-cu il

 

Azərbaycan.- 2019.- 12 fevral.- S.3.