2 saylı
Sumqayıt şəhər xəstəxanasının əsaslı
təmiri ilə bağlı tədbirlər haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər
tutaraq qərara alıram:
1. 2 saylı Sumqayıt şəhər
xəstəxanasının əsaslı təmiri və zəruri
tibbi avadanlıqlarla təchiz edilməsi məqsədilə Azərbaycan
Respublikasının 2019-cu il dövlət büdcəsində
nəzərdə tutulmuş Azərbaycan Respublikası
Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Səhiyyə
Nazirliyinə ilkin olaraq 5,0 (beş) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının
Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində
göstərilən məbləğdə maliyyələşməni
təmin etsin.
3. Azərbaycan Respublikasının
İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının 2020-ci
il dövlət büdcəsi layihəsində dövlət əsaslı
vəsait qoyuluşu xərclərinin bölgüsündə
bu sərəncamın 1-ci hissəsində göstərilən
işlərin başa çatdırılması
üçün zəruri olan maliyyə vəsaitini nəzərdə
tutsun.
4. Azərbaycan Respublikasının
Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri
həll etsin.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
11 fevral 2019-cu il
Azərbaycan.
- 2019.- 12 fevral.- S.3.