Şəxsi məkan və ictimai məkan

 

Səhv düşəndə yerimiz

 

Adətən insanlar həyatlarının ayrı-ayrı dövrlərində müxtəlif yerlərdə və müxtəlif şəxslərlə təmas qururlar.

Bu, doqqazbaşı da olur, məhəllə uşaqlarının tinə yığışması da!

Məktəbdə, yataqxanada, çayxanada, orduda və digər yerlərdə vaxtın xoş keçirilməsi, fikir mübadiləsi aparılması, yaxud sadəcə, "boş vaxtın öldürülməsi” üçün bir dəstə adamın müəyyən yerə yığışması da adi haldır.

Belə görüş və söhbətlərin baş verdiyi yer "şəxsi məkan” hesab olunur.

Yəni bu yeri görüş iştirakçıları özləri özləri üçün müəyyənləşdirirlər.

Şəxsi məkanda, tutaq ki, yeniyetmələr və cavanlar istədikləri mövzuda danışa, şit zarafatlar edə, "senzuradan kənar” ifadələr işlədə, necə deyərlər, utanıb-çəkinmədən özlərini tam sərbəst apara bilərlər!

Çünki onları başqaları eşitmir!

Deməli, qınayan və məzəmmət edən də olmayacaq!

Özləri deyib, özləri eşidirlər!

Belədə kimdən və niyə çəkinməlidirlər və ya həya etməlidirlər?!

Bir var "ictimai məkan!”

İctimai məkan ailə, küçə, ictimai nəqliyyat, teatr, kinozal, məktəb, universitet - bir sözlə başqalarının, həm yaşından, cinsindən, sənətindən, mövqe əqidəsindən asılı olmayaraq digərlərinin səni eşidə, dinləyə biləcəkləri yerdir!

Burada isə dediyinin, hansı ifadələr işlətdiyinin fərqində olmalısan, necə deyərlər, özünə nəzarəti itirməməlisən!

Hazırda ən böyük daha çox təsirə malik "ictimai məkanelektron çap mediası sayılır.

Yeni dövrün dəbdə olan meydanı sosial şəbəkə ictimai məkandır!

Digər ünsiyyət yerlərindən fərqi bir ondadır ki, bu məkanda özün görünmədən istədiyin sözü söyləyə bilirsən ya başqa ad altında gizlənərək danışırsan!

Başqa bir vacib məqamı da qeyd edək: hansı məkanda necə danışması insanın şəxsi tərbiyəsindən, həm daha çox ibtidai tərbiyəsindən asılıdır!

Təəssüf ki, son dövrlər "şəxsi məkan”la "ictimai məkantez-tez qarışdırılır!

Sosial şəbəkədə isə artıq bu, adi hala çevrilib!

 

Hüdudsuz sərbəstliyin fəsadları

 

Azərbaycan iqtidarı dövləti öz seçimi əsasında demokratik, hüquqi dövlət qurur demokratiyanın bütün prinsiplərinə daim sadiqdir!

Xüsusən mətbuat söz azadlığı, insan hüquqlarının qorunması, vətəndaş cəmiyyətinin formalaşdırılması sahəsində.

6 avqust 1998-ci ildə ulu öndər Heydər Əliyev mətbuata senzura nəzarətini ləğv etmiş, bütün KİV müstəqil, dövlət asılılığından azad şəkildə fəaliyyət göstərməyə başlamışlar. Bu prinsipin təmini üçün zəruri hüquqi baza yaradılmış, beynəlxalq praktikaya uyğun olaraq qanunlar hazırlanıb qəbul edilmiş, mətbuatın sərbəst fəaliyyətinə dövlət tərəfindən hər hansı formada müdaxilə tam aradan qaldırılmışdır.

Mətbuat söz azadlığının ən bariz göstəricisi sayılan İKT-nin inkişafına kifayət qədər vəsait ayrılaraq zəruri tədbirlər görülmüşdür.

 

Bu gün ölkə əhalisinin 85 faizi internet istifadəçisidir!

 

Artıq internet hər bir Azərbaycan vətəndaşının həyatına ayrılmaz şəkildə daxil olub.

İnternetin üstün cəhətləri çoxdur!

 

İnsanlar onun vasitəsilə dünyanın hər hansı nöqtəsində baş verən yeniliklərdən anındaca xəbər tutur, zəruri bilgiləri dərhal əldə edir, evdən çıxmadan istənilən elektron kitabxanaya sərbəst daxil olaraq istədikləri ədəbiyyatı əldə edir, bir-birlərilə ünsiyyət qurur, fikir mübadiləsi aparırlar.

Artıq sosial şəbəkə "ikinci dünyayaçevrilmişdir ölkə əhalisinin iki milyondan çoxu "yeni dünyanın” "sakiniolmuşdur.

 

Bütün bunlar yaxşıdır...

 

Lakin xoşagəlməz hallar da mövcuddur artıq planetin hər yerində insanlar bununla bağlı narazılıqlarını büruzə verməkdədirlər.

 

Nədir o xoşagəlməz məqamlar?!

 

Demokratiya təkcə mətbuat söz azadlığının qorunması, insan hüquqlarının müdafiəsi deyil!

Demokratiya həm insanların şərəf ləyaqətinin uca tutulması, toxunulmazlığının təminidir!

Təəssüf ki, sosial şəbəkə istifadəçilərinin bir qismi bu mühüm prinsipdən ya xəbərsizdirlər, ya da onu unudublar!

Belələri virtual aləmin hüdudsuz səlahiyyətlərindən istifadə edərək mənəviyyatın, etik qaydaların tələblərini kobudcasına pozur, insanların şəxsiyyətini aşağılayan ifadələr, hətta söyüşlər belə işlətməkdən çəkinmirlər!

Bəzən qanunazidd çağırışlara, təhdidlərə əl atırlar!

Həm bütün bunları edərkən cəzasız qalacaqlarına əmin, arxayındırlar!

 

Anonimlikdən yaranan cürət

 

Bıçaq cərrah əlində olanda insana şəfa verir, həyatını qoruyur!

Qatil əlində isə təhlükəyə, insanı həyatdan məhrum edən vasitəyə çevrilir!

Artıq sosial şəbəkələrdəki özbaşınalıq hüdudsuz azadlıq bu ictimai məkanı gözdən salır, hətta bəzən xoşagəlməz halların baş verməsilə nəticələnir.

 

Nədir onlar:

 

* buradakı söyüş təhqirlər milli-mənəvi dəyərlərin deformasiyasına, yox olmasına gətirir;

 

* düşmən məkrli qüvvələr ölkələrdəki sabitliyin pozulması, ziddiyyət qarşıdurmaların təşkili, vətəndaş müharibəsi çoxsaylı qaçqınlar ordusunun yaranması ilə nəticələnən rəngli inqilabların hazırlanmasında alovlandırılmasında sosial şəbəkələrin imkanlarından yetərincə bəhrələnirlər artıq buna dair kifayət qədər misallar vardır;

 

* sosial şəbəkə iştirakçıları heç nədən qorxub çəkinmədən terrorizmə çağırışlar edir, insanları kütləvi itaətsizliklərə iğtişaşlara səsləyirlər;

 

* artıq maraqlı dövlətlər qüvvələr bu şəbəkənin hüdudsuz imkanlarından istifadə etməklə qanuni hakimiyyətin devrilməsi, özlərinə sərf edənlərin iqtidara gətirilməsi təcrübəsindən dəfələrlə bəhrələnmişlər yenə "demokratik çevrilişləradı ilə çirkin niyyətlərini ustalıqla reallaşdırırlar.

* görünür, artıq növbəti hədəf kimi Azərbaycanı görürlər!

 

Bütün bunlar qanunaziddir

 

Bütün bunların, əslində, demokratiyaya söz azadlığına heç bir aidiyyatı yoxdur!

Bütün bunlar insanların həyatına, asayişinə, sabitliyə təhlükəli müdaxilə, zorakılıqlara çağırışdır!

Artıq bir çox dövlətlərdə belə hallara qarşı etirazlar səslənməkdə, onları cilovlamaq üçün ciddi addımlar atılmaqdadır!

Azərbaycanda da belə bir qanun, daha doğrusu, mövcud qanuna düzəliş qəbul olunmuşdur!

 

Amma, nədənsə, kifayət qədər səmərəli işləmir!

 

Yaxud işlədilmir!

 

Ən böyük problem isə saxta adlar, profil hesablardan istifadə ilə böhtan atma ya təhqir etmədir.

 

İnternetdə hər iki cinsin nümayəndəsi var!

 

Mentalitetimizə görə, heç bir kişi qadın doğmalarının yaxınlarının yanında söyüş təhqiredici ifadələr işlətmir, başqalarına da belə hərəkət etməsinə yol vermir!

Belədə qadın qızların da üzv olduqları sosial məkanda niyə artıq-əskik ifadələr işlədilməli, söyüş söyülməlidir?!

 

Başqa bir məqam:

 

Biz bir çox əziyyətlər qurbanlar bahasına əldə etdiyimiz müstəqilliyimizi təhlükə qarşısında qoymalı deyilik!

Uzun illərdən sonra yaradılmış sabitliyin pozulmasına heç vəchlə yol vermək olmaz!

Əgər kimsə başqa ad altında gizlənərək yalan məlumatlar, xəbərlər yayırsa, zorakılığa çağırışlar edirsə, niyə o, müəyyənləşdirilib cəzalandırılmasın?!

Əgər kimsə görünmədiyinə arxayın olaraq insanları şərəfsizcəsinə təhqir edir, gecə-gündüz dayanmadan yalan böhtan püskürür, hansı əsasla cəzadan kənarda qalmalıdır?!

Əgər kimsə anonim qalacağına güvənərək Azərbaycana qarşı düşmən niyyətlilərinin ruporuna çevrilibsə, niyə məhkəmə məsuliyyətinə cəlb edilməməlidir?!

Sosial şəbəkə dövlətimizə təhlükə törədənlərin, mənəviyyatımız üçün ləkəyə çevrilənlərin, sakit rahat həyatımızı təhdid edənlərin sərbəst cəzasız at oynatdıqları ictimai məkan olmamalıdır!

Onların hüquqi yolla cilovlanması üçün tezliklə dünya praktikasına istinadən çevik mexanizm hazırlanmalıdır!

Daha gözləmək zamanı deyil!

Bir unutmayaq ki, qanunun cilovu həm ədalətli olur!

 

Bəxtiyar SADIQOV

 

Azərbaycan.- 2019.- 13 fevral.- S. 1; 4.