26 min nəfərə 7 yaşayış
məntəqəsinə Prezident
hədiyyəsi
Fevralın 13-də Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev Beyləqan rayonuna səfəri çərçivəsində Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə-Beyləqan
avtomobil yolunun açılışında iştirak
edib.
AZƏRTAC xəbər
verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına
yolun göstəriciləri
barədə məlumat
verdi.
Regionların sosial-iqtisadi inkişafı
dövlət proqramlarına
uyğun olaraq son illərdə yol infrastrukturunun müasirləşdirilməsi
istiqamətində məqsədyönlü
tədbirlər həyata
keçirilir. Avtomobil yollarının tikintisi
və yenidən qurulması işlərinin
həcmi ildən-ilə
artır. Hazırda respublikanın
yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi
ilə bağlı beynəlxalq maliyyə qurumlarının əsaslı
vəsait qoyuluşları
ilə yanaşı, dövlət büdcəsi
vəsaiti hesabına da irimiqyaslı layihələr uğurla icra olunur. Prezident İlham Əliyevin sərəncam və göstərişlərinə əsasən,
indi əsas diqqət regionlarda kənd və qəsəbələri birləşdirən,
həmçinin yaşayış
məntəqələrinin daxili yollarının təmirinə və yenidən qurulmasına yönəldilib. Bu tədbirlər,
ilk növbədə, Azərbaycan iqtisadiyyatının
gücünü göstərməklə yanaşı, vətəndaşların
rifahının yaxşılaşdırılmasına yönələn
layihələrin davamlı olduğunu nümayiş etdirir.
Belə layihələrdən biri də Mingəçevir-Stansiya
Mingəçevir-Bəhrəmtəpə-Beyləqan avtomobil
yolunun tikintisidir.
Məlumat verildi ki, bu yol 26
min nəfər əhalinin yaşadığı 7
yaşayış məntəqəsini birləşdirir. Mingəçevir-Stansiya
Mingəçevir-Bəhrəmtəpə-Beyləqan avtomobil
yolunun tikintisinə dövlət büdcəsinin investisiya xərclərindən
14,6 milyon manat ayrılıb. Uzunluğu 20,5 kilometr olan yolun hərəkət hissəsinin
eni 6-14 metrdir. İki və dörd hərəkət
zolaqlı yol yüksək keyfiyyətlə tikilib. Yol boyunca üç avtobus dayanacağı,
suötürücü borular, 78 yol nişanı və
göstərici lövhələr quraşdırılıb.
Uzunluğu 73 min metr olan yol-cizgi xətləri
çəkilib, dörd körpü əsaslı təmir
edilib.
Prezident İlham Əliyevə
Beyləqan rayonunun Kəbirli-Eyvazalılar-Birinci
Aşıqlı-Əlinəzərli avtomobil yolunun yenidən
qurulması layihəsi barədə də məlumat verildi. Bildirildi ki,
dördüncü texniki dərəcəli yolun ümumi
uzunluğu 39,4 kilometrdir. İki
hərəkət zolaqlı yolun hərəkət hissəsinin
eni altı metrdir.
İyirmi iki min nəfər əhalinin
yaşadığı səkkiz yaşayış məntəqəsini
birləşdirən yolun təmiri yük və sərnişin
daşınmasının daha da
yaxşılaşdırılmasına imkan verəcək.
Dövlətimizin
başçısı Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə-Beyləqan
avtomobil yolunun rəmzi açılışını bildirən
lenti kəsdi.
Ölkəmizdə yol
infrastrukturunun yenilənməsi və müasirləşdirilməsi
istiqamətində aparılan işlərin ardıcıl və
keyfiyyətlə davam etdirilməsi Azərbaycanın iqtisadi
inkişafının göstəricilərindən biridir. Bu işlər,
eyni zamanda, davamlı tərəqqinin əsas amillərindəndir.
Son illər Prezident İlham Əliyevin
birbaşa tapşırıq və sərəncamlarına əsasən
yolların müasir səviyyədə yenilənməsi
işinə xüsusi diqqət göstərilir. Mühüm məqamlardan biri də odur ki, bu layihələr
qısa müddətdə və yüksək keyfiyyətlə
icra olunur.
Dövlətimizin
başçısı yol inşaatçıları ilə
görüşdü.
Sonda xatirə şəkli
çəkdirildi.
Azərbaycan.- 2019.- 14 fevral.- S.2.