Beyləqan şəhərində
abadlıq-quruculuq işlərinin
davam etdirilməsi və əhalinin mənzil-məişət şəraitinin
yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər
haqqında
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
regionlarının sosial-iqtisadi
inkişafı dövlət
proqramlarının icrası
nəticəsində Beyləqanda
mühüm tədbirlər
həyata keçirilmiş,
Olimpiya İdman Kompleksi, Gənclər Mərkəzi, Şahmat Məktəbi, Bayraq Muzeyi, Tarix-Diyarşünaslıq
Muzeyi, Bayraq Meydanı, əlil və şəhid ailələri üçün
ümumilikdə 78 mənzilli
2 yaşayış binası
inşa edilmiş, Mərkəzi Rayon Xəstəxanasının,
Mədəniyyət Sarayının
binaları və 3000 yerlik Mərkəzi Stadion əsaslı təmir olunmuş, 16 ümumtəhsil məktəbi
istifadəyə verilmişdir.
Bundan başqa, Beyləqan şəhərinin
içməli su təchizatı sistemi yenidən qurulmuş, 2x25
MVA-lıq "Beyləqan-1” elektrik yarımstansiyası
istismara verilmiş, yol-nəqliyyat infrastrukturu
yaxşılaşdırılmış, iri istehsal və
emal müəssisələri
yaradılmış, 14 mindən
çox yeni iş yeri açılmış,
genişmiqyaslı abadlıq-quruculuq
işləri görülmüşdür.
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq Beyləqanda abadlıq-quruculuq
işlərinin davam etdirilməsi və istismar müddəti başa çatmış
ikimərtəbəli
8 mənzilli binada və 1970-ci illərdə
inşa edilmiş köhnə yataqxana binasında yaşayan sakinlərin mənzil-məişət
şəraitinin yaxşılaşdırılması
məqsədilə qərara
alıram:
1. Beyləqan şəhərində istismar
müddəti başa
çatmış çoxmənzilli
binaların sakinlərinin
mənzil-məişət şəraitini
yaxşılaşdırmaq və abadlıq-quruculuq işlərini davam etdirmək məqsədilə
Azərbaycan Respublikasının
2019-cu il dövlət
büdcəsində nəzərdə
tutulmuş Azərbaycan
Respublikası Prezidentinin
Ehtiyat Fondundan Beyləqan Rayon İcra Hakimiyyətinə 3,0 (üç)
milyon manat, o cümlədən istismar müddəti başa çatmış çoxmənzilli
binaların sakinlərinin
mənzil-məişət şəraitinin
yaxşılaşdırılması üçün 36 mənzilli
yaşayış binasının
tikintisinə görə
2,0 (iki) milyon manat, abadlıq-quruculuq işlərinin davam etdirilməsinə görə
1,0 (bir) milyon manat ayrılsın.
2. Azərbaycan
Respublikasının Maliyyə
Nazirliyi bu sərəncamın 1-ci hissəsində
göstərilən məbləğdə
maliyyələşməni təmin etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
13 fevral 2019-cu il
Azərbaycan. - 2019.- 14 fevral.- S.4.