Səfərbərlik və
Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidməti qarşıya qoyulan vəzifələri
yüksək keyfiyyətlə
yerinə yetirməyə
qadirdir
Fevralın 13-ü Azərbaycan Respublikası
Səfərbərlik və
Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) yaranması
günüdür.
AZƏRTAC xəbər
verir ki, bu münasibətlə Səfərbərlik və
Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi
və şəxsi heyəti Fəxri xiyabana gələrək xalqımızın ümummilli
lideri, müasir müstəqil Azərbaycan
dövlətinin memarı
və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib,
məzarı önünə
gül dəstələri
qoyub.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə
tər güllər düzülüb.
Sonra Xidmətin əməkdaşları
Şəhidlər xiyabanında
Azərbaycanın müstəqilliyi
və ərazi bütövlüyü uğrunda
mübarizədə canlarından
keçmiş qəhrəman
Vətən övladlarının
xatirəsini anaraq məzarları üzərinə
tər çiçəklər
düzüb, "Əbədi
məşəl” abidəsinin
önünə əklil
qoyublar.
Daha sonra Xidmətin aparatında qurumun yaradılmasının 7 illiyinə
həsr olunan təntənəli mərasim
keçirilib.
Əvvəlcə dövlət himni səsləndirilib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə
Dövlət Xidmətinin
rəisi, general-leytenant
Arzu Rəhimov qurumun yaranması, inkişafı və fəaliyyəti barədə
geniş məruzə
ilə çıxış
edərək şəxsi
heyətə təbriklərini
çatdırıb. Bildirib ki,
bu gün doğma Azərbaycanımız
hər birimizin gözü qarşısında
sürətlə və
hərtərəfli inkişaf
edir. Bu inkişaf
prosesinin şahidi olmaq, onu izləmək
çox qürurvericidir.
Ulu öndər Heydər Əliyevin müəyyən
etdiyi strategiyaya uyğun olaraq Azərbaycan Respublikasının
Prezidenti, Silahlı Qüvvələrin Ali Baş
Komandanı İlham Əliyevin rəhbərliyi
ilə müasir inkişaf dövründə
ölkəmizin tərəqqisi
və davamlı inkişafı istiqamətində
genişmiqyaslı işlər
müvəffəqiyyətlə davam etdirilir.
Xidmət rəisi
qeyd edib ki, ölkəmizdə aparılan islahatların tərkib hissəsi olaraq Prezident İlham Əliyevin 2012-ci il 13 fevral
tarixli Fərmanı ilə Səfərbərlik
və Hərbi Xidmətə Çağırış
üzrə Dövlət
Xidməti yaradılıb.
Ötən yeddi ildə
istər idarəetmənin
təkmilləşdirilməsi, istər qanunvericilik, istərsə də onun tətbiqi ilə bağlı bir sıra ciddi
addımlar atılıb.
Çağırış və səfərbərlik
resurslarını tənzimləyən
mükəmməl mexanizmin
yaradılması istiqamətində
zəruri tədbirlər
görülüb. SHXÇDX
müstəqil mərkəzi
icra hakimiyyəti orqanı kimi Silahlı Qüvvələrlə
cəmiyyət arasında
bir növ körpü rolunu oynayır və yeddi ildir ki,
bu vəzifələri
müvəffəqiyyətlə icra etməklə dövlətin və vətəndaşların xidmətindədir.
Vurğulanıb ki, Ali Baş Komandanın nəzarəti
altında Silahlı Qüvvələrin təkmilləşdirilməsi
prosesində SHXÇDX də
daim diqqət mərkəzindədir. Xidmətin
qarşısına vətəndaşların
hərbi-vətənpərvərlik tərbiyəsi, müddətli
həqiqi hərbi xidmətə çağırışaqədərki
hazırlığı, həqiqi
hərbi xidmətə
çağırışı, ehtiyatda xidmət keçməsi, səfərbərlik
hazırlığı və
səfərbərlik üzrə
çağırışı, xüsusi hərbi ixtisaslar üzrə hazırlığı, Silahlı
Qüvvələrimizin sülh
dövründə çağırışçılarla,
səfərbərlik zamanı
və müharibə dövründə hərbi
vəzifəlilərlə və
hərbi-nəqliyyat vasitələri
ilə, eləcə də mülki heyət vəzifələrində
işləmək üçün
vətəndaşlarla komplektləşdirilməsi
istiqamətində dövlət
siyasətinin həyata
keçirilməsi kimi
mühüm vəzifələr
qoyulub. Dövlətimizin başçısının həyata keçirdiyi islahatlar, qəbul etdiyi qərarlar Xidmətin şəxsi heyətini bu vəzifələrin icrası
üçün daima
səfərbər olmağa
çağırır.
A.Rəhimov diqqətə çatdırıb
ki, indiki dövrdə hər bir azərbaycanlı orduda xidmət etməyi özünün
ən böyük vətənpərvərlik borcu
hesab edir. Çünki
hər bir çağırışçı, ehtiyatda olan hərbi qulluqçu əmindir ki, Azərbaycan Prezidentinin ordu quruculuğu sahəsində apardığı
siyasətin əsasını
Ermənistanın Azərbaycana
təcavüzü nəticəsində
işğal olunmuş
ərazilərin azad edilməsi, qaçqın
və məcburi köçkünlərin öz
torpaqlarına qayıtmaları
təşkil edir. Dövlətimizin başçısı
dəfələrlə bildirib
ki, əgər biz məqsədimizə sülh
yolu ilə nail ola bilməsək,
onda hansı yolla olursa-olsun, düşmən tapdağı
altında qalan ərazilərimizi azad edəcəyik.
General-leytenant
Arzu Rəhimov göstərilən yüksək
etimadı doğrultmaq,
qarşıda duran vəzifələri layiqincə
yerinə yetirmək üçün Xidmətin
şəxsi heyətinin
bundan sonra da səylərini əsirgəməyəcəyini bildirib.
Xidmət rəisi əlavə edib ki, ötən
dövrdə Xidmətin
"Vahid elektron informasiya sistemi” və elektron xidmətlərin göstərilməsi,
ölkəmizdə vətəndaşların
həqiqi hərbi xidmətə çağırış
sistemi əsaslı şəkildə təkmilləşdirilib. Çağırışçıların hərbi uçotunun
dəqiq və düzgün aparılmasına
nəzarət artırılıb,
şəffaflığın təmin edilməsi, vətəndaşlarla maneəsiz
və birbaşa əlaqənin qurulması
məqsədilə Xidmətin
internet saytı üzərindən
elektron xidmətlərin
həyata keçirilməsi
ilə yanaşı, sosial şəbəkə
hesabları yaradılıb.
SHXÇDX-nin rəsmi
internet saytı bu il iki dildə (Azərbaycan və ingilis dillərində) yenidən
müasir standartlara uyğun olaraq hazırlanıb və istifadəyə verilib.
Mərasimdə iştirak edən qonaqlar adından çıxış edən
ehtiyatda olan
general-mayor Məmmədhüseyn Sarıyev və digər natiqlər Xidmətin şəxsi heyətini ildönümü
münasibətilə təbrik
edib və xoş arzularını çatdırıblar.
Tədbirdə Xidmətin
bir qrup hərbi qulluqçusunun təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı,
həmçinin SHXÇDX rəisinin imzaladığı
əmrlər elan olunduqdan sonra xidmətdə fərqlənənlərə
dövlət təltifləri,
həmçinin hərbi
rütbələr və
fəxri fərmanlar təqdim olunub.
Mərasimdə, həmçinin Xidmətlə
əməkdaşlıq edən
vətəndaş cəmiyyəti
institutlarının, veteranların,
şəhid ailələrinin
nümayəndələrinə təltiflər və hədiyyələr təqdim
edilib.
Xidmətin yaradılmasının 7-ci ildönümü
münasibətilə qurumun
yerli idarə, şöbə və bölmələri tərəfindən
respublikamızın rayonlarında
da tədbirlər təşkil olunub.
Azərbaycan.- 2019.- 14 fevral.- S. 6.