İlham Əliyev qayğısı idmanın
inkişafının əsas zəminidir
Azərbaycan yelkənçiləri bu
etimadı layiqincə doğruldurlar
Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu idman siyasəti və atletlərimizin qazandıqları nailiyyətlər sayəsində ölkəmiz beynəlxalq səviyyədə nüfuzlu dövlətlərdən biri kimi qəbul olunur. Dövlət tərəfindən hərtərəfli qayğı göstərilən idmançılarımız da bu etimadı layiqincə doğruldurlar. Elə bir mötəbər yarış yoxdur ki, orada ölkəmizi təmsil etməsinlər, medal və mükafatlar gətirməsinlər. Bu həm də müstəqil Azərbaycan dövlətinin gücünü, idmançılarının vətənpərvərliyini göstərir.
Həmçinin mövcud idman obyektləri yenidən qurulur, eyni zamanda yeniləri inşa edilir. Digər tərəfdən, Azərbaycan müntəzəm olaraq qitə və dünya miqyaslı idman yarışlarına evsahibliyi edir.
Nüfuzlu turnirlərin dəyişilməz ünvanı
Fərəhli haldır ki, qısa müddətdə idman sahəsində əldə edilmiş nailiyyətlər beynəlxalq idman təşkilatlarının diqqətindən də yayınmayıb. Məhz bu qurumların istəyi ilə ölkəmizdə onlarca olimpiya lisenziyalı beynəlxalq turnirlər, mötəbər yarışlar, dünya və Avropa çempionatları keçirilib. 2015-ci ildə tarixdə ilk dəfə təşkil edilən I Avropa Oyunlarını və 2017-ci ildə keçirilən IV İslam Həmrəyliyi Oyunlarını xüsusilə qeyd etmək lazımdır. 500 milyondan çox izləyici auditoriyası olan "Formula-1” yarışlarının daha 5 il ölkəmizdə keçirilməsinə qərar verilməsi isə Azərbaycanın idman ölkəsi olduğunu növbəti dəfə təsdiqlədi.
Prezident İlham Əliyevin vurğuladığı kimi Azərbaycanın uğurla evsahibliyi etdiyi beynəlxalq yarışlar ölkənin iqtisadi inkişafına da mühüm töhfələr verir: "2015-ci ildə keçirilmiş Avropa Oyunlarından sonra və 2016-cı ildə keçirilmiş birinci "Formula-1” yarışından sonra Azərbaycana gələn turistlərin sayı 22 faiz artdı. Ondan sonra - 2017-ci ildə İslam Həmrəyliyi Oyunları keçirilmişdir. Biz gördük ki, müsəlman ölkələrindən gələn turistlərin sayı kəskin artdı... Təkcə "Formula-1” yarışı birbaşa ölkəmizə, ölkəmizin xidmət sektoruna təxminən 300 milyon dollara yaxın vəsaitin daxil olmasına şərait yaratdı”.
Xüsusi olaraq vurğulamaq lazımdır ki, belə nüfuzlu yarışlarda idman təşkilatlarımızın həyata keçirdikləri işlərə, möhtəşəm idman bazalarına, bütün əlaqədar təşkilatların birgə səylə nümunəvi fəaliyyətinə heyranlıqlarını gizlədə bilməyən xarici ölkə mütəxəssisləri, milli olimpiya komitələrinin rəhbərləri və üzvləri, ayrı-ayrı beynəlxalq federasiyaların nümayəndələri gələcəkdə öz ölkələrində mötəbər beynəlxalq yarışlar keçirməyə hazırlaşarkən Bakının təcrübəsindən istifadə edəcəklərini hər zaman söyləyirlər.
Yelkənçilərin beynəlxalq qələbəsi
Sevindirici haldır ki, ötən il uğur qazanan idmançılar sırasında yelkənçilərimiz də var. Vurğulayaq ki, Azərbaycan Yelkənli İdman Federasiyasının rəhbərliyinin məqsədyönlü fəaliyyəti nəticəsində bu idman növü də ölkəmizdə uğurla inkişaf etməkdədir. Məhz rəhbərliyin əzmkarlığı sayəsində yelkənli idman növünə olan münasibət istər ölkə daxilində, istərsə də dünyada əsaslı şəkildə dəyişməkdədir.
Aktiv
bazası 2014-cü ildən etibarən fəaliyyətə başlayan Azərbaycan Yelkənli İdman Federasiyasının əsas məqsədi
hər zaman maddi-texniki
bazanı gücləndirmək, məşqçi korpusunu formalaşdırmaq, komandaya
yeni idmançıları cəlb etmək
olub. Azərbaycan Yelkənli İdman Federasiyasında hazırda "Optimist” və
"Laser” sinifləri üzrə
iki komanda formalaşıb. Bu siniflər üzrə ayrı-ayrılıqda, xaricdən
dəvət edilən
2 baş məşqçi
fəaliyyət göstərir.
Məqsədlərə çatmaq üçün
federasiya rəhbərliyi
tərəfindən qabaqcıl
Avropa şirkətlərindən
yelkənli idman üzrə qayıqların
gətirilməsi, eyni
zamanda, qısa müddət ərzində
beynəlxalq səviyyəli
məşqçilərin Azərbaycana
dəvət edilməsi
təmin edilib.
Ölkəmizi beynəlxalq
yarışlarda uğurla
təmsil edən Azərbaycan Yelkənli İdman Federasiyasının
təmsilçiləri ötən
il Qazaxıstanın
Aktau şəhərində
keçirilən "Beynəlxalq
Xəzər Kuboku” yarışında qələbə
qazanaraq növbəti
dəfə onlara göstərilən etimadı
doğruldublar.
Turnirdə Azərbaycan idmançıları
ilə yanaşı, Qazaxıstan və Özbəkistan təmsilçiləri
də mübarizə aparıblar. Beynəlxalq turnirdə kişi
idmançılarımız birinci və üçüncü yerlərdə,
qızlarımız isə
fəxri kürsünün
hər üç pilləsində qərarlaşaraq
medallara sahib olublar. Hər üç əyarlı medalları qazanan yelkənçilərimizin yarışda
parlaq qələbələri
əcnəbi məşqçilərin
də diqqətini cəlb edib, onların uğuru böyük rəğbətlə
qarşılanıb.
Yarışda Azərbaycanı
Murad Hacızadə,
Kristina Kərimova, Ayla
Babayeva, Fidan Ağazadə, Səxavət
Əzimov, Nicat Şükürov, İsmayıl
Həmidov, heyətin rəhbəri Burcu Algon Giorgianni, "Optimist”
sinfi üzrə baş məşqçi Seyhun Yıldız, köməkçi məşqçi
Aleksandr Knyazev təmsil ediblər.
Yelkənli İdman Federasiyasının
gənc yelkənçisi
Kristina Kərimova isə
Sloveniyada keçirilən
"Easter Regatta” adlı beynəlxalq
yarışda 139 idmançı
arasından 4-cü yerdə
qərarlaşaq yüksək
nəticə göstərmişdi.
Yelkənli idman növündə yüksəliş
ili
2018-ci ildə
yelkənli idman növündə ölkə
daxili yarışlar da silsilə xarakter daşıyıb. Azərbaycan
Yelkənli İdman Federasiyası tərəfindən
təşkil olunan Federasiya kuboku üzrə iki gün ərzində
"Laser” və "Optimist” siniflərinin yarışı
keçirilib, "Windsurf sinfi”nin
nümayişi olub. Yarışda həmçinin
"Azərbaycan Xəzər
Dəniz Gəmiçiliyi”
QSC-nin "Xəzər”
Yelkənli Qayıqlar
İdman Klubunun
"Laser-standard” sinfi üzrə
komandası da iştirak edib. Çətin hava şəraitində
gərgin mübarizə
aparan yelkənçilər
yarışı uğurla
başa vurublar.
Maraqlı mübarizə
şəraitində keçən
yarışın yekununda
"Optimist”, "Laser 4.7”, "Laser Standart”
sinifləri üzrə
yarışın qalibləri
mükafatlandırılıblar. "Optimist” sinfi üzrə
qaliblər Yelkənli
İdman Federasiyasının
üzvləri Ömər
İsmayılov, Səxavət
Əzimov və Fidan Ağazadə olublar.
"Laser 4.7” sinfi
üzrə isə qalib adına
da Yelkənli İdman Federasiyasının
idmançıları İsmayıl
Kərimov, Cavid Kərimov və Murad Allahverdi layiq görülüblər.
"Laser Standart”
sinfi üzrə qaliblər isə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”
QSC-nin "Xəzər”
Yelkənli Qayıqlar
İdman Klubunun idmançıları Mixail
Protasov, Tofiq Abdullayev və Ruslan Əzizov olublar.
Xatırladaq ki, yarış idman koordinatoru, hakim Burcu Algon Giorgianni, "Optimist”
sinfinin baş məşqçisi Seyhun Yıldız, "Laser 4.7” sinfinin
baş məşqçisi
Tuğçe Subaşı,
"Laser srandard” sinfinin
baş məşqçisi
Tatyana Srebnaya, köməkçi
məşqçilər Aleksandr
Knyazev, Anton Vilyayev tərəfindən idarə
olunub.
Mayın 31-dən iyunun 3-dək isə milli komandanın hazırlığı, o cümlədən
yerli məşqçilərin
təcrübə qazanması
məqsədilə təlim
düşərgəsi təşkil
olunub. Məşqlərin
yüksək keyfiyyəti
və bu istiqamətdə peşəkarlığın
artırılması məqsədilə
beynəlxalq səviyyəli
məşqçi, altıqat
dünya, dördqat Avropa çempionu, 30 il məşqçi kimi fəaliyyət göstərən Draqan Qasiç Azərbaycan Yelkənli İdman Federasiyası tərəfindən
həmin təlimə
cəlb edilib.
İdmançılarımız "Mussanah Race Week 2019” təlim və yarışlarında
Yelkənli idman növünün inkişafı
istiqamətində görülən
tədbirlər bu il də
davam etdirilir. Belə ki, komandamız Omanda "Mussanah Race Week
2019” təlim və yarışlarına qatılacaq.
23 ölkənin iştirak
edəcəyi yarışlarda
Azərbaycan yelkənçiləri
"Optimist”, "Laser4,7” və
"Laser radial” sinifləri üzrə çıxış
edəcəklər. Təlim
və yarışlarda
Azərbaycanı "Optimist” sinfi üzrə Ayla Babayeva, Fidan Ağazadə, Kristina
Kərimova, Səxavət
Əzimov, "Laser” sinfi
üzrə Murad Allahverdi, İsmayıl Kərimov, Cavid Kərimov, heyətin rəhbəri Burcu Algon Giorgianni, "Optimist”
sinfi üzrə baş məşqçi Seyhun Yıldız,
"Laser” sinfi üzrə
məşqçi Tuğçe
Subaşı təmsil
edəcəklər.
Təlim-məşq düşərgələrində iştirakın əsas məqsədi idmançılarımızın
beynəlxalq yarışlara
hazırlıqlarının təkmilləşdirilməsi, onların
taktiki biliklərinin artırılması və
müxtəlif hava şəraitlərində yarış
təcrübələrinin daha da gücləndirilməsidir.
Şübhə yoxdur ki, yelkənli idman növü ölkəmizdə bu il daha da inkişaf edəcək və idmançılarımız Azərbaycana
yeni-yeni uğurlar qazandıracaqlar.
Elçin CƏFƏROV
Azərbaycan.- 2019.- 14 fevral.- S. 6.