Mehriban Əliyeva  qədim Gəncənin müasirləşməsinə böyük töhfələr verir

 

Əbədi ehtiram ünvanı

 

Fevralın 14-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Gəncə şəhərinə gəliblər.

AZƏRTACxəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ulu öndər Heydər Əliyevin Gəncə şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstələri qoydular.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Birinci vitse-prezidentə son illərdə şəhərdə aparılan abadlıq-quruculuq işləri barədə məlumat verdi.

Mehriban Əliyeva Regional İnkişaf İctimai Birliyinin nümayəndələri ilə görüşdü.

 

Azərbaycan.- 2019.- 15 fevral.- S.1.