"İmamzadə" Gəncənin İslam
aləmindəki böyük nüfuzunun göstəricisidir
Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva fevralın 14-də
Gəncədə "İmamzadə”
dini kompleksini ziyarət ediblər.
AZƏRTACxəbər verir ki, Qafqaz Müsəlmanları
İdarəsinin qərb
bölgəsi üzrə
səlahiyyətli nümayəndəsi
Hacı Tahir Abbasov VIII əsrə aid tarixi memarlıq abidəsi olan və xalq arasında
"Göy günbəz”,
"Göy məscid”,
yaxud "Göy İmam” kimi tanınan "İmamzadə”
dini-mədəniyyət kompleksinin
yenidənqurma işlərindən
sonra bütün müsəlman dünyasından
ziyarətçiləri qəbul
etdiyini bildirdi. Qeyd edildi ki, bu
kompleksin ən qiymətli abidəsi türbədir. Burada beşinci
imam Məhəmməd Baqirin
oğlu İbrahim dəfn olunub. Azərbaycan memarlığının dəyərli
nümunələrindən olan "İmamzadə” piri Şərqin qədim karvan-ticarət yolunun üzərində yerləşib.
Mehriban Əliyevaya və Leyla Əliyevaya "Qurani-Kərim” hədiyyə
edildi.
"İmamzadə”
əsrlərdən bəri
Azərbaycanın müxtəlif
bölgələrindən, eləcə də başqa ölkələrdən
gələn müsəlmanların
ziyarətgahı olub. Bu dini abidə Gəncənin qədimliyini
sübut etməklə
yanaşı, şəhərin
İslam aləmindəki
yerini və nüfuzunu da göstərir. Kompleks Gəncə
Dövlət Tarix-Mədəniyyət
Qoruğu ərazisində
yerləşir. Ölkənin dini-tarixi abidələrinin
tamamilə yenidən qurulmasına və gələcək nəsillərə
çatdırılmasına həssaslıqla yanaşan
Prezident İlham Əliyev bu kompleksin də təmiri və bərpasına xüsusi diqqət göstərib.
İnsanların inam və inanc yeri kimi
üz tutduqları bu məbəd məhz dövlətimizin başçısının sərəncam
və göstərişləri
sayəsində belə
gözəl görkəm
alıb.
Birinci vitse-prezident Mehriban Əliyeva burada ziyarətə gələnlərlə
görüşdü.
Qeyd edək ki, fevralın
14-də "İmamzadə” kompleksində Azərbaycanın
Birinci vitse-prezidentinin
adından ehsan süfrəsi verilib.
Azərbaycan.- 2019.- 15 fevral.- S.2.