Mehriban Əliyeva
tapşırıq verdi: 54
yaşlı məktəb əsaslı təmir ediləcək
Fevralın 14-də Azərbaycan
Respublikasının Birinci
vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Gəncə şəhərində
Nizami Aydın adına 18 nömrəli
tam orta məktəbdə
olublar.
AZƏRTAC xəbər
verir ki, məktəbin direktoru Mətanət Rzayeva burada sonuncu dəfə 1988-ci ildə cari təmir işlərinin aparıldığını
və hazırda bu təhsil müəssisəsinin əsaslı
şəkildə yenidənqurmaya
ehtiyacı olduğunu
bildirdi. 1965-ci ildən
istismarda olan məktəbdə tədris
Azərbaycan və rus bölmələrində
aparılır. 39 sinifdən 28-i Azərbaycan,
11-i isə rus bölməsinə aiddir.
640 yerlik məktəbdə
hazırda 795 şagird
təhsil alır.
Onların təlim-tərbiyəsi ilə 56 nəfərdən
ibarət pedaqoji heyət məşğul olur. 2017-2018-ci tədris
ilində məktəbi
61 məzun bitirib və onlardan 20-si Azərbaycanın ali məktəblərinə
qəbul olunub. Qəbul imtahanlarında məktəb üzrə 4
nəfər 600-dən, 5 nəfər
isə 500-dən yuxarı
bal toplayıb.
Məktəbin sinif otaqları ilə yaxından tanış
olan Mehriban Əliyevaya məlumat verildi ki, əsaslı
təmir işlərindən
sonra bu təhsil ocağında tədrisin keyfiyyəti daha da yüksələcək
və məktəb birnövbəli iş rejiminə keçəcək.
Şagirdlərlə söhbət
edən Birinci vitse-prezident Mehriban
ƏLİYEVA dedi:
-Sizə uğurlar arzulayıram. Gələn dəfə sizinlə yeni məktəbdə görüşəcəyik. Sizin üçün burada ən yaxşı şərait yaradılacaq.
Əsas odur ki, siz
yaxşı oxuyun, bilikli, güclü, vətənpərvər olun.
Məktəbinizdə hər cür
şərait olacaq.
Sizə uğurlar, cansağlığı arzulayıram,
sağ olun.
Şagird: Biz Sizi görməyimizə çox
şadıq.
Mehriban Əliyeva: Sağ ol, əziz balam.
Mən də sizi görməyimə
çox şadam.
Çox
sevinirəm ki, belə gözəl balalarımız var.
Şagird: Arzu edirəm ki, nankor ermənilərin tapdağı altında olan torpaqlarımız tezliklə azad edilsin və belə gözəl məktəblər həmin
rayonlarda da tikilsin.
Mehriban Əliyeva: Əhsən,
inşallah.
Birinci vitse-prezident
məktəbdəki mövcud
vəziyyətin araşdırılması
və təcili surətdə yenidən qurulması üçün
tapşırıqlarını verdi.
Azərbaycan.- 2019.- 15 fevral.- S.2.